Qənirə Paşayeva AŞPA-da Türkiyəni müdafiə edib

15:27 8.10.2018 584
Qənirə Paşayeva AŞPA-da Türkiyəni müdafiə edib

"Ötən il iyunun 24-də Türkiyədə keçirilən prezident və parlament seçkiləri azad, demokratik və beynəlxalq normalara uyğun təşkil olunub".

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva qurumun payız sessiyasının ilk günü “Tərəqqi hesabat” və “Türkiyədə keçirilən seçkilər” mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı bildirib.

Azərbaycanlı deputat AŞPA-nın Azad Demokratlar Qrupu adından çıxış edərək bildirib ki, Türkiyə seçkilərin müşahidəsi ilə bağlı beynəlxalq missiyalarla uzun illərə söykənən əməkdaşlığa malikdir: "Bu baxımdan, AŞPA və ATƏT-in müşahidəçiləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatlardan və parlamentlərdən xeyli sayda müşahidəçi seçkiləri müşahidə etmək üçün dəvət olunmuşdu. Türkiyə də onların seçkiləri müşahidə etmək imkanlarını bütün ölkəboyu genişləndirmişdi. Mən hesabatda da Türkiyədəki seçkilərə münasibətdə ümumi müsbət qiymətləndirməni görürəm. Bundan başqa, mən bu hesabatla bağlı dəqiqləşdirilməsi zəruri olan bir sıra məsələlərə diqqətinizi cəlb etmək istərdim. Hesabatda qeyd edilir ki, seçki məntəqələrinin köçürülməsi və birləşdirilməsi xüsusi ərazilərdə seçicilərin iştirakını azaltmaq məqsədi daşıyırdı. Ancaq hesabat müəllifləri nəzərə almayıblar ki, müəyyən ərazilərdə məhdud sayda seçki məntəqələrinin köçürülməsi/birləşdirilməsinin həyata keçirilməsi seçicilərin azad seçim etmək hüququna mane olan PKK/KCK kimi terror təşkilatlarının səylərinə qarşı yönəlmişdi. Ağrı/Doğubeyazıtda seçkilərdən sonra bir seçki qutusunun məhv edilməsi PKK/KCK terror təşkilatlarının seçiciləri sıxışdırmaq cəhdlərinin konkret nümunəsidir".

Q.Paşayeva həmçinin hesabatda medianın informasiya almaq hüququnun məhdudlaşdırılması ilə bağlı ifadələrin yer almasının da narahatlıq doğurduğunu söyləyib: "Türkiyədə 1700-dən çox kütləvi informasiya vasitəsi var. Bu ölkədə ifadə azadlığı və informasiya almaq hüququ Konstitusiya ilə təmin olunub. Bundan başqa, Ali Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tələblərinə uyğun olaraq, müxtəlif və plüralist medianı təmin etmək məqsədilə müstəqil tənzimləyici orqan kimi nəzarət funksiyasını həyata keçirir. Fövqəladə vəziyyətə gəlincə, bu, terrorla mübarizə də Türkiyənin qanuni tələbidir. Bu, plüralist və həqiqi demokratik seçkilərin aparılmasına mane olmur. Seçkilər bir çox ölkələrdə fövqəladə vəziyyət şəraitində keçirilib. Elə 2017-ci ildə Fransada keçirilən seçkilər, faktiki olaraq, bunun bariz nümunəsidir. Azad Demokratlar Qrupu inanır ki, Türkiyədə seçkilər azad, demokratik və bütün aspektləri ilə yüksək səviyyədə, beynəlxalq normalara uyğun keçirilib. Eyni zamanda biz Türkiyənin Avropa Şurası dəyərlərinə sahib olmaqda davam edəcəyinə inanır və ölkənin bu istiqamətdə addımlarını dəstəkləyirik”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL