DYP 100 taksi sürücüsünü cərimələyib: "Hər sürücülük vəsiqəsi olan şəxs taksi sürücüsü ola bilməz"

14:53 8.10.2018 555
DYP 100 taksi sürücüsünü cərimələyib: "Hər sürücülük vəsiqəsi olan şəxs taksi sürücüsü ola bilməz"

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYPİ) qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı aparılan mübarizəyə dair məlumat yayıb. İdarədən “Report”a daxil olan açıqlamada bildirilib ki, son vaxtlar Bakıda nəqliyyatın hərəkətində yaranan sıxlığın əsas səbəblərindən biri də qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların qanunsuz hərəkətləridir: “Artıq iş o yerə çatıb ki, vətəndaşlar da taksi sürücülərinin qanunsuz əməlləri barədə polisə şikayətlər edir. Taksi sürücüləri tərəfindən dayanma-durma qaydalarının pozulması, xüsusən avtobus dayanacaqlarının zəbt edilməsi adi hala çevrilib. Bütün bunlar vətəndaşların, sürücülərin, bütövlükdə hər bir hərəkət iştirakçısının haqlı narazılığına səbəb olur”.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi vətəndaşların müraciətlərini, bu sahədə qayda-qanunun bərpasını nəzərə alaraq qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizəyə başlayıb. Mübarizə tədbirləri çərçivəsində metronun “20 Yanvar”, “İnşaatçılar” stansiyalarının, 3-cü mikrorayon dairəsinin, iri ticarət və təhsil müəssisələrinin ətrafında qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olan, digər hərəkət iştirakçılarına maneə törədən, küçədən keçən insanlara qarşı qeyri-etik ifadələr işlədən, ictimai davranış qaydalarını pozan sürücülər barəsində ciddi tədbirlər görülür. Onların sənədləri yoxlanılarkən aylardır heç bir fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Bəzilərinin idarə etdiyi avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı da üzə çıxıb. Digər müvafiq sənədlər olmadan taksi fəaliyyəti göstərən şəxslərə də rast gəlinib. Artıq son 3 gün ərzində Bakı şəhər DYPİ-nin əməkdaşları 100-dən artıq taksi sürücüsü ilə bağlı inzibati qaydada tədbirlər görüb.

Yol polisi taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, bu sahədə nizam-intizamın yaradılması olduqca vacibdir: "Hər sürücülük vəsiqəsi olan şəxs taksi sürücüsü ola bilməz. Taksi sürücüsü avtomobili daim saz vəziyyətdə saxlamalıdır. Onlar müvafiq nişanlar nişanlanmış yerlərdə dayanıb taksi fəaliyyəti ilə məşğul olmalıdırlar. Qanunla nəzərdə tutulan yerlərdə maşın saxlamaq, yoldan keçənlərə qarşı qeyri-etik hərəkətlər etmək, sürücülərin, piyadaların yolunu kəsərək sıxlıq yaratmaq qanunsuzdur və yol polisi bu cür əməllərə qarşı mübarizəni bundan sonra da davam etdirəcək".

Yol polisi tərəfindən mütamadi olaraq taksi fəaliyyəti ilə məşğul olan sürücülərin hüquq və vəzifələri barədə məlumatların çatdırılmasına baxmayaraq, hələ də fərqlənmə nişanı olmadan qanunsuz fəaliyyətlə məşğul olan sürücülər müəyyən olunur. Onlarla yerlərdə profiklatiki söhbətlər aparılır, xətanın ictimai təhlükəliliyi izah olunur, ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparılır: “Hər bir hərəkət iştirakçısı, xüsusilə sürücülər yollarında qanunlara həssas yanaşmalıdır, müvafiq tələblərə ciddi şəkildə əməl etməli, dövlətin və cəmiyyətin maraqları naminə, öz hüquq və vəzifələrini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Bu, ictimai etimad və hörməti doğruldur, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.

Avtomobil yollarında süni sıxlıq yaradan, dayanma-durma qaydalarının pozan, avtobus dayanacaqlarını, piyada səkilərini zəbt etməklə qanunsuz taksi xidməti göstərən şəxslərin əməlləri ictimai, həm də sosial məsuliyyət yaradır. Hər bir hərəkət iştirakçısına tövsiyyə edirik ki, yollarda digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşsınlar”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO