Şəmkirdə nə baş verir? - İTTİHAM

11:15 5.10.2018 548
Şəmkirdə nə baş verir? - İTTİHAM

Ötən sayımızda bildirmişdik ki, Şəmkir rayon sakinlərinə ayrılan müavinətin 7 ayı mənimsənilib, yalnız 3 ayın pulu ödənilib. Halhazırda isə bu cür haqsızlığa dözməyən yerli camaat arasında böyük narazılıq yaranıb. Bundan sonra ƏƏSMM-nin rəhbərliyi tərəfindən, vəzifə sahibi olan Qoşun Heydərovun ərizəsi alınaraq işdən kənarlaşdırılıb. Bu olay 2014-cü ildə baş versə də, gözəgörünməz qüvvələr tərəfindən əhalinin narazılığına səbəb olaraq işdən çıxarılan qalmaqallı məmur 2015-ci ildə Ağstafa rayonunun Maliyyə idarəsinə təəssüf ki, yenidən rəis təyin olunur. Mötəbər mənbələrdən "Gündəm Xəbər"ə daxil olan məlumata görə, Qoşun Heydərov kabinet baxımından da standartlardan kənara çıxıb. Belə ki, o kabinetindəki əyləşdiyi ərazini teatrlardakı səhnələrə bənzədərək, hündürə qaldırıb. Yəni qəbuluna gələn vətəndaşlar, rəisin üzünə baxmaq üçün, gərək aşağıdan yuxarı baxsınlar. Belə bir məlumatın ictimailəşməsinə baxmayaraq Samir Şərifov dediyini elədi və qalmaqallı məmur imicini qazanmış Qoşun Heydərovu qovulduğu Şəmkir rayonunun Maliyyə İdarəsinə rəis müavini də olsa təyin etməyə müvəffəq oldu.

Redaksiyamıza məlumat verən Şəmkir sakinləri bildirdi ki, Ağstafa rayonunda maliyyə problemlərinə və eyni zamanda bir çox nöqsanlara da yol vermiş Qoşun Heydərov Maliyyə naziri Samir Şərifovun xeyr-duası ilə yenidən Şəmkir rayonunun Maliyyə İdarəsinə rəis müavini vəzifəsinə təyin olunub. Artıq bu məsələdən xəbər tutan yerli sakinlər narahat olmağa başlayıblar .

Bölgədəki mənbəmizin redaksiyamıza verdiyi məlumata görə, əhali arasında belə bir söz-söhbətlər də gəzir ki, yerli camaat yenidən üsyana qalxa bilər. Belə olan halda sual olunur ki, Maliyyə naziri Samir Şərifov hansı maraqlar əsasında Şəmkirdə üsyana səbəb olacaq addımlar atır...?

Ölkə başçısı İlham Əliyev cənabları dəfələrlə çıxışında bildirib ki, “məmurlar xalqa xidmət etməlidir və insanlarda narazılıq yaratmamalıdır”. Ancaq buna baxmayaraq, şəmkirlilərin narazılığına səbəb olmuş və yerli sakinlərin haqlı etirazına görə, vəzifə daşıdığı rayondan kənarlaşdırılan məmur yenidən qəbul olunmadığı rayona gətirilir. Elə burada ataların məhşur deyiminə istinad etmək yerinə düşür. Atalar sözündə qeyd olunur ki, “Burada mənəm Bağdadda kor xəlifə”. Bundan öncə də müavin vəzifəsinə təyin olunan Qoşun Heydərov qeyd etmişdi ki, "mətbuatın nə yazmasından asılı olmayaraq, mən arxamda dayanan yüksək vəzifə sahibinə güvənirəm və Şəmkirə gəlməkdə israrlıyam". Onu da qeyd edib ki, "şəmkirlilər mənə heç nə edə bilməz. Çünki, mənim arxa-dayağım güclüdür". Əsas maraq kəsb edən məsələlərdən biri və birincisi odur ki, Ağıstafa kimi strateji bir rayonda Maliyyə Idarəsinin müdiri vəzifəsində çalışan bir şəxsi, Şəmkir rayon Maliyyə Idarəsinin müdir müavini vəzifəsinə gətrilməsidir. Vəzifəsinin aşağı enməsinə razı olub, Şəmkirə gəlməsinə qisas almaqdan başqa ad qoymaq mümkün deyil. Əlbəttə ki, bölgələrdə olan “xırda padişahlar” siyasi hakimiyyətin tövsiyələrini qulaq ardına vuraraq, öz bildiklərini çəkinmədən həyata keçirirlər. Hərhalda onu deyə bilərik ki, cənab prezidentin, “məmurlar yerli sakinlərin xidmətində olmalıdır” deyiminə əhəmiyyət verməyən nazir Samir Şərifov öz bildiyini etməklə yanaşı, ölkə başçısı İlham Əliyevin kadr siyasətinin əleyhinə getməkdən belə çəkinmir.

Şəmkir sakinləri redaksiyamız vasitəsilə Azərbaycan Prezidentinə səslənərək bildirirlər: ''Cənab Prezident, Maliyyə naziri Samir Şərifovun atdığı bu qərəzli addımın adı nədir? Qisas, yoxsa xidmət?''
GundemXeber.Az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO