"Euromed Özəl Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Azərsu" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC elektrik və ya istilik enerjisinin ödənilməsi barədə tələb irəli sürüb.
Məhkəmənin hazırlıq iclası oktyabrın 15-nə təyin edilib.
İddia hakim İlham Əhmədovun icraatına verilib.
Qeyd edək ki, "Euromed Özəl Tibb Mərkəzi" MMC 2002-ci ildən fəaliyyət göstərir.
Zamantv.az