Direktor ölən şagirdlərdən danışdı: - Dərs vaxtı...

15:59 3.10.2018 541
Direktor ölən şagirdlərdən danışdı: - Dərs vaxtı...

Laçın rayonu 21 saylı orta məktəbin direktoru dünən saat 10 radələrində, yəni dərs vaxtı iki şagirdin yol qəzasında ölməsi hadisəsinə münasibət bildirib.

Publika.az-a açıqlama verən məktəbin direktoru Aygün Kərimova faciəvi şəkildə ölən şagirdlərin dərsdən yayınmadığını, hadisənin tənəffüs vaxtı olduğunu deyib:

“Hadisə şagirdlər tənəffüsə çıxarkən baş verib. Digər şagirdlər dedilər ki, ikisi qaça-qaça dənizin sahilində şəkil çəkdirməyə gediblər. Deyiblər ki, tez şəkil çəkdirib gələcəklər. Məktəbin 8-ci sinfində oxuyurdular. Yol da bura yaxındır”.

2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunun öldüyü qəzanın sürücü Fəxrəddin Bəşirovun ucbatından baş verdiyini deyən direktor yük maşınınn hadisə vaxtı çox sürətlə hərəkət etdiyini əlavə edib:

“Mənə dedilər ki, həmin yük maşını şirniyyat firmasına məxsusdur. Sürücünün dediyinə görə, guya qarşısına it çıxıb, ona görə də yolun kənarında dayanmış şagirdləri vurub. Deyilənə görə, maşını saatda 180 kilometr sürətlə sürürmüş”.

Qeyd edək ki, dünən saat 10-da Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobillə Dəniz Kənarı küçəsində hərəkətdə olarkən vurub öldürdüyü 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlu Sarıqaya yaşayış massivindəki Şəfəq düşərgəsində yerləşən məcburi köçkün məktəbinin şagirdləri imiş.

Bildirilir ki, hər iki yeniyetmə məcburi köçkün ailəsinin övladıdır və Sarıqayadakı keçmiş sanatoriya binalarında məskunlaşıblar. Dünən dərsə getmək üçün evdən çıxan yeniyetmələr məktəbə getməyərək dərsdən yayınıb. Onlar dəniz sahili istiqamətindən qəsəbəyə tərəf yolu keçmək istəyərkən sürətlə hərəkət edən “İsuzu”nun altında qalıblar.

Qəza vaxtı sürücü Fəxrəddin Bəşirov əyləci sıxsa da, yük maşını asfaltın üzərində təxminən 20 metr xətt çəkərək dayana bilib.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Sürücü F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO