Rusiyada azərbaycanlılarla ermənilərin kef məclisi və QARABAĞ SÖHBƏTİ... - Mixaylov HƏR ŞEYİ AÇDI

17:30 24.09.2018 513
Rusiyada azərbaycanlılarla ermənilərin kef məclisi və QARABAĞ SÖHBƏTİ... - Mixaylov HƏR ŞEYİ AÇDI

Beynəlxalq münaqişələr və təhlükəsizlik üzrə mütəxəssis, rusiyalı politoloq Yevgeni Mixaylov azərbaycanlılar və ermənilərin Qarabağ münaqişəsini istəmədiyini, bunun canlı şahidi olduğu haqqında maraqlı açıqlamalar verib.

Zamantv.az publika.az-a istinadən xəbər verir ki, Y. Mixaylov azərbaycanlılarla ermənilərin uzun müddət bir yerdə yaşadığını, bu gün də xaricdə mehriban münasibətlər saxladığını deyib.

O, Sankt-Peterburqda Tofiq adlı azərbaycanlı ilə erməninin içki masasında canlı şahidi olduğu söhbətini qələmə alıb.

Mən Sankt-Peterburqda restoranların birində şam edirdim və sağ tərəfdən tipik aksent səsləri eşitdim. Özümdən asılı olmayaraq, qulaq asmağa başladım. Anladım ki, masa ətrafında əyləşənlər azərbaycanlılarla ermənilərdir. Onlar öz biznesləri haqqında danışırdı və söhbət tədricən Qarabağın üzərinə gəldi. Maraqlıdır ki, həmsöhbətlər bütün müzakirə vaxtı bu münaqişənin heç kimə lazım olmadığı fikrini tez-tez təkrarlayırdılar. Onlar sülh içində yaşamağı arzuladıqlarını qeyd etdilər və bunun üçün tost də dedilər.

Tofiq adlanan azərbaycanlı 1992-ci ildə Ağdam istiqamətində vuruşduğunu danışırdı və müharibədə ad çıxarmış İbad Hüseynovdan bəhs etdi.

"O və dəstəsi Ağdam istiqamətində qabaqda irəliləyirdi, biz də onların arxasınca. İbad və dəstəsi bir neçə erməni postunu darmadağın edərək, Xramort kəndinə girdi. Kənddəki erməni döyüşçülər dağlara qaçdı. Xatırlayıram, kəndi mərkəzində məktəb var idi. İbad qapını açaraq ora girdi və içəridən qışqırıqlar eşidildi. Məlum oldu ki, məktəbdəkilər erməni qadın və uşaqlardır. İbad onlara izah etdi ki, onlar qorxmasınlar, biz silahsız insanlara, qadınlara və uşaqlara toxunmuruq. "Biz yalnız əsgərlər və terrorçularla döyüşürük", - deyə İbad bildirdi. Sonra öz dəstəsinə kəndi tərk etməyi əmr etdi", - deyə azərbaycanlı danışır.

Qısa fasilədən sonra erməni danışmağa başladı və İbad Hüseynov haqqında ilk dəfə öz dayısından eşitdiyini bildirdi. Dayısının dediklərinə görə, İbad heç vaxt silahsızlara toxunmurmuş. Hətta onun cəbhə xəttindəki qadın və uşaqlara güllə atmadığı haqqında danışırdılar.

Sonra hər kəs "yaxşı oğlanların sağlığına" içdi və xoşagəlməz mövzuları bağlamağa qərara gəldilər.

Lakin mən öz yeməyimi bitirə bilmədim. O haqda düşünürdüm ki, bu iki xalq münaqişəyə tam 30 il sərf edib. Hərçənd, bu onlara lazım deyildi.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR