Sahibkarlar prezidentdən və Cavid Qurbanovdan kömək istədilər... - Müraciət

10:15 20.09.2018 486
Sahibkarlar prezidentdən və Cavid Qurbanovdan kömək istədilər... - Müraciət

Bir qrup sahibkar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab prezident,

Sizin iş adamlarına, sahibkarlara göstərdiyiniz diqqət və qayğı nəticəsində ölkəmizdə azad sahibkarlıq mühiti uğurla inkişaf etməkdədir. Siz hər bir görüş və çıxışınızda iş adamlarına əlverişli şəraitin yaradılmasının, sahibklarlarla dövlət qurumları arasında olan münasibətdə bürokratik əngəllərin aradan qaldırılmasının vacibliyini vurğulayırsınız. Son dövrlərdə yaradılan əlverişli şərait iş adamlarında iqtisadiyyatımıza yatırım etmək istəklərini artırmış, yeni iş yerlərinin açılmasına səbəb olmuşdur.
Hörmətli cənab prezident,

Hörmətli cənab prezident,

Biz iş adamları olaraq dəmir yolu nəqliyyatından davamlı istifadə edib xarici ölkələrdən Azərbaycana tikinti materialları gətirməklə, onların satışı ilə və bununla əlaqəli digər sahibkarlıq fəaliyyətyti ilə məşğuluq. Son günlərə kimi biz yüklərimizi Keşlə dəmiryolu stansiyasının yük həyətinə gətirə bilirdik. Şəhərimizdə gedən tikinti işlərinin mərkəzdə olması, həmçinin tikinti bazarlarının Keşlə yük həytinə yaxın olması bizim iş prosesimiz, eləcədə yüklərin daşınması üçün xeyli əlverişlidir. Bu isə bizə işlərimi çevik, operativ və az məsrəflə həll etməyimizə yardım edir.

Hörmətli cənab prezident,

Sizin iştirakınızla 13 avqust tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışı biz iş adamlarını xeyli ruhlandırmışdır. Yaradılan müasir şərait hamının ürəyincə olmuşdur.

Lakin sentyabr ayının 5-dən etibarən ADY QSC rəhbərliyinin biz iş adamlarına göstərdiyi münasibət bizləri xeyli dərəcədə məyus etmiş, Sizin dəstək verdiyiniz sahibkarlıq fəaliyyətimizə xeyli zərbə vurmuş və bu proses davam etməkdədir.

Bizim yüklərimizi daşıyan yük vaqonları Keşlə stansiyasına çatsa da bizə yüklərimizi təhvil almağa icazə verilmir. Dəmiryolunun rəhbərliyi bizə bildirir ki, Keşlə stansiyasının yük həyəti fəaliyyətini dayandırır və bizi məcbur edir ki, biz Keşlə stansiyasına çatan vaqonlarımızı yeni açılan Abşeron stansiyasına göndərək. Bu isə heç bir sahibkarı qane etmir. Biz Keşlə yük həyətində yükümüzü boşaltmaq istədikdə bizə bildirilər ki, ADY QSC sədrinin əmri var ki, 5 sentyabr tarixində Rusiya ərazisindəki və digər stansiyalardan çıxan vaqonlar Abşeron stansiyasına yönləndirilməlidir.
ADY QSC sədrinin əmrini iş adamlarına göstəriblər və orada yazılıb ki, sahibkarların istəyi ilə vaqonlar Abşeron stansiyasdına göndərilsin. İş adamlarına isə yüklərini Keşlə yük həyətində təhvil almaq sərf etdiyindən onlar ərizə yazmaq istəmir. Bu zaman isə dəmir yolunun rəhbərliyinin tapşırığı ilə könüllü ərizə yazmaq istəməyən iş adamlarına yüklərini boşaltmağa icazə verilmir. Bu barədə bizə əvvəldən heç bir xəbərdarlıq edilməmişdir.
Biz Rusiya və Azərbaycan ərazisində bütün daşıma haqqlarını, gömrük rüsumlarını ödəsək də iş adamlarına bu cür əngəl yaradılır və bu davam etməkdədir.
Belə bir sual yaranır. Əgər QSC sədri əmr imzalayıbsa o zaman niyə iş adamlarına ərizə yazmaq təklif edilir? Ərizə yazmaq istəməyən iş adamlarına niyə yüklərini boşaltmağa icazə verilmir? Əmr varsa iş adamlarına demədən də vaqonları Abşeron stansiyasına yönləndirə bilərlər. İş adamlarına "hörmət "edib fikirlərini bilmək istəyirlərsə biz bir daha deyirik ki, yeni stansiyada yükümüzü boşaltmaq heç bir baxımdan bizə əlverişli deyil. Bu hal davam edəcəksə bizə icazə verilənədək yüklərimizi Keşlə stansiyasında saxlamaq niyyətimiz var. Bunu nəticəsində isə stansiyada bizə cərimə tətbiq ediləcək. Biz nə edək?
Bir neçə iş adamı gözlənilməz və əvvəlcədən xəbərdar edilməmiş bu vəziyyətdən çıxmaq üçün çarəsizlikdən vaqonların Keşlə stansiyasından Abşeron stansiyasına göndərilməsinə razı olmuşdur. Lakin Abşeron stansiyasından şəhərə gələn yolun yüklü maşınır üçün əlverişsiz olması səbəbindən 18 sentyabr tarixində Abşeron stansiyasından çıxan faner yüklü 1 yük maşını yükünü yolda aşırmışdır. Biz gələcəkdə belə hallarla qarşılaşıb fəaliyyətimizdə problemlərin yaranmasını istəmirik.

Sizdən xahiş edirik bizi düşdüyümüz bu çıxılmaz vəziyyətdən xilas edəsiniz və yüklərimiz əvvəlki qaydada Keşlə stansiyasında və ya digər stansiyalarda təhvil almağımıza kömək edəsiniz".

Dia.az olaraq bütün maraqlı tərəfləri də dinləməyə hazırıq..
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO