Gəncə-Şəmkir avtomobil yolunda bıçaqlanma hadisəsi olub.
Trend-in məlumatına görə, sentyabrın 17-də axşam saatlarında 1 nəfər kəsilmiş-deşilmiş yara ilə Gəncə şəhər 3 saylı Xəstəxanasına gətirilib.
Müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Yusifov Orxan Rövşən oğlu Gəncə-Şəmkir yolundakı "Hyundai-Servis"in qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıb.
Zamantv.az