Bu yay kimlər "tutuzdurdu"? - Hər yerdə onları eşitdik - SİYAHI

16:45 10.09.2018 551
Bu yay kimlər "tutuzdurdu"? - Hər yerdə onları eşitdik - SİYAHI

Ötən illərə nisbətən bu yay şou-biznes daha qaynar və işgüzar oldu. Belə ki, sənətçilərin əksəriyyəti maraqlı iş ortaya qoyaraq rəqabətə qoşuldular. Kimisi mahnı, kimisi klip, kimisi isə konsertləri ilə yadda qaldı. Bu sezon dillər əzbəri olan, bir sözlə hitə çevrilən mahnılar da ortaya çıxdı.

Zamantv.az qafqazinfo-ya istinadən yayın ən hit mahnılarının siyahısını təqdim edir:

Natavan Həbibi - "Sevgi bizi yola verdi"

Uzun müddətdir ki, hit mahnılar ifa etməyən Natavan bu ilin aprelində sükutu pozdu. Lakin mahnı yay fəslində partlayışa səbəb olub, TV və radio hit-paradlarında həftələrlə birinci olub.

Bundan əlavə, layihəni "Youtube"də 5 milyondan çox insan izləyib.

Murad Arif və Ramil Nabran "Oppalara"

Müğənni-bəstəkar Murad Ariflə Ramil Nabranın "Oppalar"ı yayda ən çox klublarda, əyləncə mərkəzlərində səsləndirilən, sosial şəbəkələrdə paylaşılan mahnı oldu. Maraqlı klip və iki məşhurun fərqli obrazı bəstənin hit olmasına kömək etdi, "Youtube"də 8 milyondan çox baxış topladı. Həmçinin, türkiyəli müğənni Ziynet Sali də bəstəni "Hadi oppalara" adı ilə ifa edib klip çəkdirdi.

Əhməd Mustafayev - "Canan"

Sözləri Məşhədi Babaya, musiqisi isə Əhmədə aid mahnı gənclərlə yanaşı, yeniyetmə və uşaqların sevimlisinə çevrildi. Fərqli tərzdə aranjıman olunan mahnıya çəkilən klip də fərqlidir. Bu mahnını Əhmədin yaradıcılığının zirvəsi hesab etmək olar. Klipi "Youtube"da 10 milyondan çox insan izləyib.

Fərhad Xəlif - "Badamı"

Sosial şəbəkələrdə fenomenə çevrilən mahnı son bir ayda hitə çevrildi və "Youtube"da 7 milyondan çox baxış toplayıb.

Bu məqamda bildirək ki, məşhur mahnının müəllifi elə ifaçının özüdür.

Damla - "Xəncər"

Son zamanlar ifaçının mahnılarının demək olar ki, hamısı tanınır və müxtəlif məkanlarda səsləndirilir.
"Xəncər" isə onlardan fərqli oldu və yayın hitinə çevrildi.

Mahnı aprel ayında işıq üzü görsə də, mayın sonu, iyulun əvvələrindən etibarən diqqət çəkdi və sosial medianın gündəmindən düşmədi. Klipə "Youtube"da 11 milyon baxış olub.

Pərviz Bülbülə və Türkan Vəlizadə - "Divanən Olmuşam"

Cütlük sözügedən mahnını ilk dəfə mayın əvvəlində "Xəzər TV"də təqdim edib. Elə onların bu dueti televiziyanın rəsmi "Youtube" səhifəsində yerləşdirilib və ifanı 12 milyondan çox insan dinləyib.

Qısa müddətdə mahnı toy məclislərinin, restoranların bəzəyinə çevrilib, uğurlu duet kimi yaddaşlarda qalıb.

Aysel Əlizadə- "Yandırdın qəlbimi"

Gənc müğənni bu mahnı ilə yaradıcılığının zirvəsini yaşayır. Aysel xalq artisti Rübabə Muradovanın ifası ilə sevilən və bir çox məşhurların repertuarına saldığı "Yandırdın qəlbimi" mahnısını fərqli şəkildə aranjıman etdirib və oxuyub.

Bəstə sənətçinin ifasında mart ayında çıxsa da, iyun ayının əvvəlində fenomenə çevrilib. Ayselin ifası nəinki Azərbaycanda, Türkiyədə də populyarlaşıb. Mahnı ilk dəfə "Survivor" yarışmasında səsləndirilib və daha sonra sosial şəbəkə gündəmini alt-üst edib. "Yandırdın qəlbimi" türk səhifələrində, gecə klublarında, xalq konsertlərində səsləndirilib.

A.Əlizadə Üzeyir Mehdizadədən sonra Türkiyədə ən çox sevilən müğənni olub. "Youtube"da isə mahnını 14 milyona yaxın insan dinləyib.

Bu məqamda bildirək ki, digər şou nümayəndələri də yayda boş qalmayıb. Belə ki, xalq artisti Aygün Kazımovanın "Hardasan", Raufla dueti olan "Yaraşdın mənə", Röya Ayxanın "Mənə sevgindən bəhs et", Günay İbrahimlinin "Kaderinle barış" və "Demə" mahnıları populyar olsa da, hitə çevrilməyib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO