Türkiyə Statistika Komitəsi bu ölkəyə köçən əcnəbilərin siyahısını açıqlayıb.
Aparılan araşdırmalara görə, 2017-ci ildə Türkiyəyə yaşamağa gələn şəxslərin sayı ötən illə müqayisədə 22,4 faiz artaraq 466 min 333 nəfər təşkil edib. Ən çox axın olan şəhər isə İstanbuldur – bir ilə 166 min 44 nəfər.
Türkiyəyə köçən hər dörd nəfərdən biri isə iraqlıdır. 2017-ci ilin statistikasına görə, qonşu ölkəyə üz tutan İraq vətəndaşlarının payı ümumi sayın 26,6 faizini təşkil edib. 10,4 faiz Əfqanıstan, 7,7 faiz Suriya, 5,7 faiz Azərbaycan və 5,6 faiz isə Türkmənistanın payına düşür.
Türkiyədən köçən əcnəbi əsilli şəxslər arasında da iraqlılar üstünlük təşkil edir – 20,4 faiz. Növbəti yerlərdə isə 7,5 faizlə Azərbaycan, 6,7 faizlə Suriya, 4,6 faizlə Əfqanıstan və 4,5 faizlə Çin vətəndaşları gəlir./Virtualaz.org
Zamantv.az