Səfər Mehdiyevin işçilərindən ŞOK ÖZBAŞINALIQ... - Azərbaycandan Azərbaycana GÖMRÜK RÜSUMU???

11:30 5.09.2018 505
Səfər Mehdiyevin işçilərindən ŞOK ÖZBAŞINALIQ... - Azərbaycandan Azərbaycana GÖMRÜK RÜSUMU???Gömrük orqanlarında baş verən neqativ hallarla bağlı mətbuatda çoxsaylı faktlar dərc olunmaqdadır. Xüsusən də Dövlət Gömrük Komitəsinin (DGK) bəzi əməkdaşlarının vətəndaşlarla kobud rəftarı hər zaman müşahidə edilməkdədir. Bu, demək olar ki, bütün sərhəd keçid məntəqələrində özünü göstərir.

Gömrük orqanlarının vətəndaşlardan hər hansı məhsula görə əsassız rüsumlar tələb etməsi də eynilə davam etməkdədir. Belə ki, “Hürriyyət” qəzetinə daxil olan şikayətə görə, Naxçıvan Muxtar Respublikasından (MR) “karqo” ilə gətirilən məişət mallarına Bakı aeroportunda 36 faiz rüsum tələb olunur. Hətta vətəndaşlar həmin rüsumu ödəmək istəmədikdə onlarla kobud davranılır, təhqir edilir, hətta gömrük əməkdaşları onları döyməyə belə cəhd edirlər.

Maraqlıdır ki, Naxçıvan MR-dən Bakı şəhərinə fərdi istifadə üçün gətirilən məişət mallarına 36 faiz rüsum tətbiq edilməsi nə dərəcədə ədadlətli bir qərardır? Hətta məişət malları gətirən şəxlər bizneslə məşğul olsalar belə, Türkiyədən idxal olunan məhsullara görə Sədərək sərhəd-keçid məntəqəsində vergi ödənilirsə, təkrar Bakı aeroportunda 36 faiz vergi ödənilməsinin hüquqi əsası olmasının özü belə, absurddur. Çünki bir məhsula görə iki dəfə vergi ödənilməsi mümkün deyil. Bu baxımdan, bəzən belə neqativ hallarla qarşılaşdıqda istər-istəməz düşünməlı olursa ki, bəlkə, Naxçıvan Muxtar Respublikası ayrı bir dövlətdir, xəbərimiz yoxdur...

Əlbəttə, Naxçıvan Azərbaycanın tərkibində Muxtar Respublika olduğu halda Bakıya gətirilən məişət əşyaları üçün 36 faiz rüsum tələb edilməsi heç bir qanuna sığa bilməz. Odur ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi vətəndaşların etirazlarını nəzərə alıb, rəsmi cavab verməlidirlər.

Azərbaycan vətəndaşları, xüsusən də Naxçıvan sakinləri cənab Səfər Mehdiyevin DGK-ya rəhbər təyin edilməsindən sonra gömrük məntəqələrində daha rahat şəraitin yaradılmasına ümid etdikləri halda, daha kobud münasibətlə üzləşdiklərini bildirirlər. Və sual edirlər ki, “Dövlət Gömrük Komitəsinin rəisi cənab Səfər Mehdiyevin yeni qanunları hələ Bakı aeroportunda işləmirmi?”

Vətəndaşların narazılığını nəzərə alaraq, dünən gün ərzində Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə telefon əlaqəsi saxlamağa cəhd etsək də, təəssüf ki, suallarımıza cavab almaq mümkün olmadı.

Naxçıvandan Bakıya gətirilən məişət əşyalarına 36 faiz rüsum tələb edilməsi ilə bağlı “Hürriyyət”ə danışan iqtisadçı Rəşad Həsənov isə bildirdi ki, Naxçıvan Respublikasının blokdada olmasını nəzərə alaraq Muxtar Respublika ilə qonşu ölkələr, əsasən Türkiyə və İran arasında xüsusi gömrük razılaşmaları var: “Bu razılaşmalar əsasında Naxşıvan Muxtar Resbulikasına idxal olunan məhsullara daha aşağı vergi rüsumları tətbiq olunur. Amma Azərbaycana vergi rüsumları fərqlidir. Azərbaycan bazarına müxtəlif istiqamətlərdən məhsullar daxil olur və tətbiq olunan rüsumlar da daha yüksəkdir. Yəni Naxçıvan Muxtar Respubilkasına idxal olunan məhsullara güzəştlərin olması məhsulların maya dəyərinin aşağı olmasına səbəb olur. Və sonradan bu məhsulların Azərbaycan bazarına çıxarılması özü gəlirli fəaliyyət növü hesab olunur. Hətta bu istiqamətdə biznes subyektləri fəaliyyət göstərir. Bəzi hallarda fərdi istehlak məqsədilə də Bakıya məhsullar gətirilir. Bu yollarla məhsulların Azərbaycan bazarına daşınması baş verir. Hüquqi baxımdan güzəştlər naxçıvanlılar üçün nəzərdə tutulub və bu bazar üçün verilib. Amma Azərbaycan bazarına məhsulların daxil olması sonda rəqabət mühitini pozur. Çünki digər gömrük məntəqələrindən ölkəyə məhsul gətirən sahibkarlar qeyd olunan məhsul növləri üzrə daha yüksək rüsumlar ödəyirlər. Bu fonda isə rəqabət prinsipi pozulur”.

“Dövlət Gömrük Komitəsi çalışır ki, kənardan bazara daha aşağı qiymətlərlə daxil olan məhsulların qarşısını alsın”

“Burada digər məqam inhisar faktorudur. İnhisarçı suyektlər müxtəlif formada müvafiq qurumlarla sövdələşmlər həyata keçirirlər. İnhisar üçün münbit şəraiti yaradan qurumlar, o cümlədən Dövlət Gömrük Komitəsi də çalışır ki, kənardan bazara daha aşağı qiymətlərlə daxil olan məhsulların qarşısını alsın. Çünki onlar arasında müəyyən sövdələşmələr var, hər məhsul üzrə inhisar üçün müxtəlif məbləğlərdə vəsaitlər ödənilir. Mütamadi olaraq aeroportda və digər sərhəd keçid məntəqələrində nəzarətin daha da sərtləşdirilməsi, daşınma xərclərinin artırılması yolu ilə son nəticədə bu məhsulların qiymətlərinin yükəsəldilməsi və sahibkar marağının istəkləri göstərilir. Məsələyə birinci tərəfdən baxanda rəqabətli bazardan və burada prinsiplərin pozulmasından söhbət gedirsə, ikinci tərəfdən baxanda rəqabətin olmadığı bir bazarda inhisarçının özünün əlində olan imkanlardan istifadə edərək prosesə müdaxiləsindən söhbət gedir. Amma məsələyə bir vətəndaş olaraq yanaşsaq, hansısa formada kvotanın tətbiq edilməsi daha yaxşı olar. Çünki Naxçıvanın blokdada olması region əhalisinin məşğulluğuna ciddi mənfi təsir göstərir və gəlir mənbələrini azaldır. Naxçıvanın Azərbaycanla birbaşa əlaqələrinin olmaması özü ciddi bir problemdir. Bu şəraitdə müəyyən məhsullar üzrə kvotalar müəyyənləşdirilə və bu kovotalar daxilində məhsulların Naxçıvandan Bakıya daşınması təmin oluna bilər. Yəni Naxçıvanda əhalinin dolanışığının təmin olunması prinsipi ilə buna göz yummaq olar. Amma çox təəssüf ki, burada əsas prinsip məhz inhisarçının maraqlarının qorunmasıdır. Ona görə də müvafiq qurumlar uzun illər belə sərt rüsumlar tətbiq edir”,- deyə iqtisadçı qeyd etdi.

“İnhisarçının prosesə müdaxiləsi nəticəsində nəzarət sərtləşdirilir”

R.Həsənov əlavə etdi ki, gömrükdə müxtəlif mexanizmlər qurulur: “Yəni bu, aeroportda da, İran üzərindən yük daşınmalarında da olur. Naxçıvandan Bakıya gün ərzində kütləvi şəkildə gediş-gəliş var və müəyyən bir şəbəkləşmə baş verir. Hər bir gələn adam bir soyuducu, bir televizor və yaxud bir kondisioner gətirməklə, gün ərzində xeyli daşınma ola bilir. Müxtəlif məhsullar üzrə də belə mexanizmlər qurulub. Bu, təkcə elektrik məhsulları üzrə deyil. Yəni Naxçıvandan Bakıya məhsulların biznes məqsədilə daşınması mexanizmi var. Müxtəlif vaxtlarda bu mexanizmlərə nəzarət zəiflədilir. Bəzən də inhisarçının prosesə müdaxiləsi və yaxud bu mexanizmi işlədənlərlə qurumlar arasında sövdələşmələrin baş tutuması nəticəsində bu, sərtləşdirilir”.

“Daha səmərli mexanizmin qurulmasına ehtiyac var”

Rəşad Həsənov onu da vurğuladı ki, Naxçıvandan Bakıya gətirilən məhsullar üçün 36 faiz rüsüm tələb olunması düzgün deyil: “36 faiz deyəndə, burada söhbət 15 faiz rüsumdan, 18 faiz isə ƏDV-dən, 3-5 faiz arasında isə digər rəsmiləşdirmədən gedir. Yəni tamamilə yenidən gömrük prosedurlarına cəlb etmə baş verir. İstənilən halda burada daha səmərli mexanizmin qurulmasına ehtiyac var”.

“Bunun heç bir hüquqi əsası yoxdur”

İqtisadçı Rəşad Həsənovdan fərqli olaraq Naxçıvandan Bakıya gətirilən məişət əşyalarına 36 faiz rüsum tələb edildidiyini eşidən hüquqşünas Əkrəm Həsənov buna təəccübləndi: “Belə şey olmamalıdır. Bu mallar xaricdən gəlmir, axı. Xaricdən gəlsəydi, gömrük rüsumları almalıydılar. Naxçıvandan Azərbyacanın istənilən yerinə məhsul gətirilə bilər. Çünki Naxçıvan da Azərbaycandır. Ölkə qanunları da hər yerdə eynidir. Bunun heç bir hüquqi əsası yoxdur. Bu gün Avropa Birliyi ölklərinin vətəndaşları istənilən Avropa ölkələrinə gedəndə və hansısa məhsul aparanda onlardan heç bir vergi tutulmur. Hələ Avropa Birliyi vahid dövlət deyil, dövlətlərin birliyidir. Azərbaycan heç federasiya da deyil. Hətta federasiyalarda belə qayda yoxdur. Ona görə də, bu, qanuna da, dəyərlərimizə də ziddir. Bəlkə bizim bilmədiymiz şey var, onda bu barədə bizə məlumat versinlər”.

“Ölkəmiz vahid iqtisadi zonadır”

“Nə dəxli var ki, Naxçıvana idxal olunan məhsullara vergi güzəştləri var?! Naxçıvandan Azərbaycanın digər yerlərinə məhsulların gətirilməsi elə də ucuz başa gəlmir. Ölkəmiz vahid iqtisadi zonadır. Yenə deyirəm, belə bir şey olmalı deyil”, - deyə hüquqşünas vurğuladı

“Hürriyyət”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO