"Qoşa bulaq"da "sevgililər" çılpaq yaxalandılar - Azərbaycandakı hadisənin TƏFƏRRÜATLARI

11:00 5.09.2018 635
"Qoşa bulaq"da "sevgililər" çılpaq yaxalandılar - Azərbaycandakı hadisənin TƏFƏRRÜATLARI

Goranboy rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Mikayıl Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Zamantv.az "ölkə.az"a istinadən xəbər verir ki, Mikayıl Hümbətov icarə əsasında işlətdiyi Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən "Qoşa bulaq" istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil edib.

O, istirahət mərkəzlərinin otaqlarından birində Samirə Əliyevanı (ad və soyad şərti verilib – H. Z.) fahişəliklə məşğul olması üçün 30 manat pul müqabilində Sənanla görüşməsinə şərait yaradıb.

Sənanla Samirə cinsi əlaqədə olan vaxt Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Məlum olub ki, Mikayıl Hümbətov Sənan ilə Samirənin intim əlaqədə olmalarına şərait yaradılması üçün qardaşı oğlu Turala göstəriş verib.

İstintaq orqanı tərəfindən Mikayıl Hümbətovun barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mikayıl Hümbətov bildirib ki, Sənanla Samirənin intim əlaqədə olmalarına şərait yaradılması üçün qardaşı oğlu Tural ona telefonla məlumat verməyib:

"Ümumiyyətlə, həmin vaxt ora qonaqların gəlməsindən, yemək yeməsindən, polis əməkdaşlarının gəlişindən məlumatım olmayıb. Hadisədən sonra istirahət mərkəzində işləyən kababçı mənə telefonla məlumat verib. Mən də yalnız polis əməkdaşları istirahət mərkəzindən getdikdən sonra hadisədən məlumatım olub və bununla maraqlanmışam.

Mənim Sənan və Samirənin istirahət mərkəzində cinsi əlaqədə olmalarından, buna görə qardaşım oğlu, həmin istirahət mərkəzində Tural Hümbətova 30 manat vermələrindən məlumatı olmayıb".

Cinayət işi üzrə şahid qismində ifadə verən Sənan bildirib ki, Gəncə şəhərində Samirə ilə görüşüb, ona 50 manat pul ödəməklə cinsi əlaqədə olmağa razılaşıb:

"Samirə ilə birlikdə "Qoşa bulaq" istirahət mərkəzinə gəldik. İstirahət mərkəzinin xidmətçisi Tural Hümbətova yaxınlaşdım. Ona yanımdakı qadınla bizə otaq verməsini xahiş etdim. Tural Hümbətovun 30 manat müqabilində otaqlardan birini verə biləcəyini bildirdi. Tural 30 manatıaldıqdan sonra 1 saylı otağı mənimlə Samirəyə təqdim etdi".

Şahid qismində ifadə verən Tural Hümbətov qeyd edib ki, istirahət mərkəzindəki otaqlardan birində yatdığı vaxt qapı döyülüb:

"Yuxudan qalxaraq, qapını açdım. Sonradan adlarının Sənan və Samirə olmasını bildiyim şəxslər yemək yeyəcəklərini dedilər. Sənandan yemək haqqı üçün 30 manat pul aldım. Müştərilər yerləşdikdən bir qədər sonra İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları istirahət mərkəzinə gəldi, özlərini təqdim etdi, istirahət mərkəzinə baxış keçirdilər. Baxış zamanı Samirə ilə Sənan otaqda yarıçılpaq vəziyyətdə aşkar edildilər".

Tural Hümbətovun sözlərinə görə, obyektə yemək yeməyə 3 nəfər gəlibmiş: "Onlardan biri qız, ikisi oğlan idi. Çay kənarı soyuq olduğu üçün bayırda yemək istəmədilər, onlar örtülü bir yer istədilər. Mən də yemək yemələri üçün onlara zalda yer açdım. Onlar qalmaq üçün məndən yer istəmədilər".

Goranboy rayon Məhkəməsinin hökmü ilə Mikayıl Hümbətov 400 saat ictimai işlər cəzasına məhkum edilib.

Hökmdən narazı qalan Mikayıl Hümbətov apellyasiya şikayəti verib. Onun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Mikayıl Hümbətovun apelyasiya şikayəti təmin edilib və onun barəsində bəraət hökmü çıxarılıb.

Bu hökmdən narazı qalan prokurorluq kasasiya protesti verib.

Bu günlərdə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada prokurorluğun protesti araşdırılıb.

Sonda hakim heyəti prokurorluğun protestini təmin etməyib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO