Gömrük sektorundakı qanunsuz “rüsum” artımının başında vergilər naziri dayanır? - İDDİA

12:30 4.09.2018 584
Gömrük sektorundakı qanunsuz “rüsum” artımının başında vergilər naziri dayanır? - İDDİA

İddiaya görə, Səfər Mhediyev hazırda de-fakto Mikayl Cabbarovun müavini funksiyasını icra edir.

Bu iddianı PİA..az-a Gömrük Komitəsində baş verənlərdən geniş məlumatl olan mənbə də təsdiq edib.

Son zamanlar gömrükdən mal keçirən sahibkarlar qanunsuz “rüsumun” artırılmasında şikayətlənirlər. Bu artım isə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin olunduqdan sonra müşahidə olunmaqdadır. Qəribədir ki, sahibkarlara “rüsum” artımının səbəbini izah edən gömrükçülər bildirirlər ki, quruma “rüsum”un artırılması ilə bağlı tapşırıq Vergilər Nazirliyindən gəlib. Gömrükçülər iddia edirlər ki, ölkəyə mal gətirənlərdən tutulan qanunsuz pul yığımları barədə göstərişi birbaşa vergilər naziri tərəfindən verilib və DGK sədri bu işdə sadəcə icraçı rolunu oynayır.

Gömrük sektorunda apardığımız araşdırmaları davam etdirərkən isə çox maraqlı və təəccüb doğuracaq məlumatlarla qarşılaşdıq. Xaricdən ölkəmizə pal-paltar və ayaqqabı idxal edən sahibkarlarla Binə və Sədərək yarmarkalarında etdiyimiz söhbətlər əsnasında şok effekti doğuracaq məlumatlar əldə etdik. Əvvəlcə onu qeyd edək ki, sözügedən yarmarkalardakı sahibkarlar gömrük və vergi orqanlarından “dad” deyirdilər. Onların iddiasına görə, Dövlət Gömrük Komitəsinə yeni rəhbər təyin olunduqdan sonra nə sirrdirsə, istər karqo vasitəsilə, istərsə şəxsi kanallarla gətirilən məhsullara ödənən qeyri-rəsmi “rüsumların” məbləği ən azı 1.5 dəfə artıb.

Məsələn, Türkiyədən ayaqqabı idxalçıları iddia edir ki, son dəfə ayaqqabı gətirən zaman bir kub üçün 1000 dollar ödəməli olublar. Əvvələr isə bu məbləğ 500 dollar civarında olub. Tualet və ətriyyat məhsullarının ticarəti ilə məşğul olan iş adamları isə əvvəl kubuna 500 azn ödənən malların kubuna son dəfə 800 azn verdiklərini bildirirlər. Məsələnin maraqlı tərəfi isə ondadır ki, ölkəyə mal gətirənlər bu artımlarda günahı Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-polkovniki Səfər Mehdiyevdə deyil, vergilər naziri Mikayıl Cabbarovda görürlər.

Müsahibimiz olan iş adamlarının iddiasına görə, bu artım əsasən Mikayıl Cabbarovun təyinatından sonra olub. Səfər Mehdiyevin quruma sədr keçməsindən sonra isə artımlar daha da ciddiləşib. İş adamları artımın səbəbləri ilə maraqlandıqda həm logistika və karqo işi məşğul olan sorumlular, həm də gömrük məmurları belə bir göstərişin Mikayıl Cabbarov tərəfindən verildiyini söyləyiblər. Həmin şəxslərin iddiasına görə, guya büdcənin vergi və gömrük ödənişləri ilə doldurulması işinə tam nəzarəti cənab M. Cabbarov həyata keçirir, Səfər Mehdiyev de-fakto onun müavini vəzifəsini icra edir.

Bu istiqamətdə araşdırmalarımızı davam etdirərəkən uzun zamandan bəri mediada dolaşan informasiyanı konstatasiya edən daha bir maraqlı iddia ilə qarşılaşdıq. Deyilənə görə, adı çəkiln iki qurumun – Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşdiriləcəyi gün uzaqda deyil. Sadəcə, Vergilər Nazirliyinin çoxmərtəbəli, müasir memarlıq standartlarına uyğun yeni binasının tikilib istifadəyə verilməsi gözlənilir. Yeni bina istifadəyə verildikdən sonra iki qurumun birləşməsi barədə çoxdan hazır olan fərman imzalanacaq. İki dövlət qurumu birləşdikdən sonra DGK sədri Səfər müəllim cənab Cabbarovun birinci müavini olacaq. Əldə etdiyimiz məlumata görə, bu barədə DGK sədrinin özü də məlumatlıdır. PİA..az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO