Səfər Mehdiyev inhisarçıların əlinə oynayır - İDDİA

11:15 4.09.2018 502
Səfər Mehdiyev inhisarçıların əlinə oynayır - İDDİA

“Azərişıq” ASC sədri Baba Rzayevin elektrik avadanlıqları və məhsulları üzrə ixtisaslaşmış iriçaplı biznesmen olması nəinki yerli ictimaiyyətə sirr deyil, hətta energetika üzrə məşhurlaşmış beynəlxalq jurnalistlər belə bu fakt barədə məlumatlıdırlar.

AzEuroNews.com xəbər verir ki, onun adı korrupsiya ilə bağlı araşdırma aparan beynəlxalq təşkilatların hesabatına düşsə də, beynəlxalq mediada hallansa da, bir dəfə də olsun deyilənləri təkzib edən açıqlama ilə çıxış etməyib, əksinə, susub.

Susmanın isə razılıq əlaməti olması köhnə məsəldir. Məqsədimiz köhnə palan içi tökərək Baba Rzayevin biznesmen olduğunu yada salmaq deyil, baş işıqçının yeni əməllərindən oxucuları agah etməkdir.

Əvvəla qeyd edək ki, “Azərişıq” ASC-nin hörmətli sədri digər iri çaplı məmurlardan fərqli olaraq nəzarət etdiyi biznes sahəsində tam monopoliya yaratmamışdı.

Bəzi elektrik məmulatlarını başqaları da, xüsusən də sabiq təhlükəsizlik naziri Eldar Mahmudovun nəzarətində olan sələfi tikinti məhsulları alverçiləri də gətirib sata bilirdilər.

Lakin Eldar Mahmudovun gedişindən sonra Baba Rzayev bu sahəni tam nəzarət altına almağa başlayıb və iddilara görə, bu məsələ ilə bağlı yeni gömrük şefi Səfər Mehdiyevlə razılığa gəlib.

Elektrik məhsullarının satışı ilə məşul olan iş adamlarının iddialarına görə, ölkəyə gətirilən elektrik mallarına qoyulmuş qeyri-rəsmi gömrük rüsumu iki dəfə artırılıb.

Bunun effekt vermədiyini görən Baba Rzayev-Səfər Mehdiyev tandemi rüsumu daha bir dəfə artırıblar. Nəticədə gətirilən malların qiyməti bir neçə dəfə qalxıb və bazarda sözügedən malların qiyməti xeyli artıb.

Çılçıraq idxalında isə Baba Rzayevin tam monopoliya tətbiq etmək fikrində olduğu bildirilir. Dövlət qurumlarına alınan böyük çılçıraqları onsuz da Baba Rzayevin şirkəti gətirirdi.

Artıq yeni “qaydalara” görə adi çılçıraqları da yalnız Baba Rzayevə məxsus şirkət gətirəcək. Digər çılçıraq idxalçıları özünə başqa iş tapsın.

Bəllidir ki, Baba müəllimin ailə üzvlərinin adına olan şirkətlər elektrik məhsullarının ölkəyə idxalından tutmuş, elektrik təchizatı və avadanlıqlarının alınması ilə bağlı dövlət sifarişlərinin icarsına qədər milyonların fırlandığı işlərlə məşğul olur.

Bəs görəsən, bu qədər qazanca malik bu oliqarxın yenidən belə bir ifrat monopolizmə sürüklənərək orta və xırda sahibkarın qanını qara etməsinə səbəb nədir?

İddialara görə, Baba müəllim son vaxtlar yuxarıdan tələbə olunan xərclərin artmasından şikayət edir və son günlər atdığı addımların səbəbi də bu imiş. Yoxsa Baba müəllim çox insaflı adamdır, deyirlər…
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO