Ziya Məmmədov və qudası haqda yeni sensasion iddialar – Bakını tərk ediblər

10:30 31.08.2018 531
Ziya Məmmədov və qudası haqda yeni sensasion iddialar – Bakını tərk ediblər

Sabiq nəqliyyat naziri Ziya Məmmədov və bu ilin aprelində keçirilən prezident seçkisində kənd təsərrüfatı naziri kürsüsü ilə vidalaşan qudası Heydər Əsədov bir müddətdir ki, medianın diqqətindən kənarda qalıb. Daha doğrusu, onların harada olduğu, nə işlərlə məşğul olduğu haqda informasiyalar kəsilib.

Məlumata görə, medianın yadından çıxmaqdan məmnun olan Z.Məmmədov yay mövsümü başlayandan Türkiyədədir. Keçmiş nəqliyyat nazirinin öz ailə biznesinin əhəmiyyətli hissəsini Türkiyəyə daşıması yeni xəbər deyil. Hələ nazir işlədiyi dönəmdə Məmmədovlar Türkiyədə hotel, nəqliyyat və neft daşımaçılığı, o cümlədən sərnişindaşıma ilə məşğul olan bir neçə şirkət yaratmışdılar. Bu şirkətlər əvvəl Z.Q.A.N adlanan, sonradan “Qarant”a çevrilən holdinqlərinin törəmə şirkətləri kimi yaradılmışdı.

Məmmədovların Rusiyada da bir neçə şirkətləri olsa da, onlara elə ciddi investisiya yatırmayıblar. Səbəb Rusiyanın hakim elitasından çəkinmələri olub ki, günlərin birində var-dövlətlərinə “əl qoyula” bilər. İddialara görə, nəhəng biznes imperiyasına sahib olan Z.Məmmədov və oğlunun ən çəkindiyi məsələ kriminallarla üzləşmək olub. Bu səbəbdən də onlar bizneslərini daima qarantiya altına almaq üçün işlərini etibarlı tutublar, həm də kriminallara “hesab” verməmək üçün Rusiyada yerlərini möhkəmlətməyiblər.

Mənbənin məlumatına görə, Z.Məmmədovun bir neçə rusiyalı məmurla yaxşı əlaqələri olub, onların bir neçəsini artıq işdən çıxarıb, amma vəzifədə qalanlar da var. Buna baxmayaraq, Z.Məmmədov son illər Moskvaya ayaq basmayıb, yalnız iki-üç dəfə qısa müddətdə Krasnodar vilayətindəki kurortlarda olub. Bildirilir ki, Moskvaya getməmək onun yaxın dostu, əlaqələri hələ də qalan Telman İsmayılovun məsləhəti ilə olub. Məlumdur ki, Rusiyadan didərgin salınan oliqarx müflis edilib, barəsində cinayət işi qaldırılıb və axtarışdadır.

Türkiyəyə yerləşən sabiq nazir Ziya Məmmədov burada da son dərəcə ehtiyatlı davranır. Bildirilir ki, sabiq nazir və onunla tez-tez görüşən qudası Heydər Əsədov kənar adamlarla təmaslarında xeyli çəkincəlidirlər. Məsələn, Məmmədovla Heydərov Azərbaycandan gedib dost ölkədə biznes quranları birmənalı yaxınlarına buraxmırlar, ofislərində hətta azərbaycanlıları işə götürmürlər. O cümlədən, Türkiyənin iş adamları ilə əlaqələrdə də xeyli ehtiyatlıdırlar. Onlarla təmas yaratmaq istəyənlərin yeddi arxa dönəni araşdırdıqdan sonra görüş üçün müsbət cavab verirlər.

Xəbəri verən mənbə deyir ki, Anar Məmmədov da son aylar əsasən, Türkiyədə yaşayır, Londona az-az gedir, ABŞ-a getməsini isə atası şəxsən yasaqlayıb. Bunun da səbəbini təxmin etmək olar. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ən çox sevinən Anar Məmmədov idi. Elə bu cür “bayram” Ziya Məmmədovun karyerasının sonunu gətirdi, oğlu isə Azərbaycanı tərk etməli oldu. Görünür, ABŞ-a getmək, bəlkə də keçmiş şərikindən görüş almağın onlar üçün riskli olduğunu Z.Məmmədov hamıdan yaxşı dərk edir.

Yeri gəlmişkən, Məmmədovların Bakıdakı “Yelkən-hotel”i (əvvəlki adı Trump Tower Baku) Türkiyədən olan bir iş adamına satdıqları barədə də iddialar var. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb. Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və tikilini onun şirkəti həyata keçirib.

Məlumdur ki, bu ilin aprelində hotelin üst qatında yanğın olub və bəzi hissələr yarasız hala düşüb. Məmmədovların hoteli satmaq xəbərinin nə dərəcədə həqiqət olduğunu söyləmək çətindir. Amma maraqlıdır ki, bu iddiadan sonra az qala 4 aydır eyni vəziyyətdə qalan hotelin üst fasadının təmirinə başlanıb. Məmmədovların hökmranlığına son qoyulduğu və bir daha əl-qollarını aça bilməyəcəklərini nəzərə alsaq, onların hoteli satmaları təəccüblü deyil.

Sirr deyil ki, Heydər Əsədovun qızı (Z.Məmmədovun gəlini) Türkiyədə ünlü moda evinin sahibidir. Amma bildirilir ki, Məmmədovlar yeni dönəmə tezliklə öyrəşə bilsələr də, H.Əsədov üçün hələ də çətinliklər qalmaqdadır. H.Əsədov Türkiyə mühitinə öyrəşə bilmir, tez-tez Bakıya gəlir. Bu isə Məmmədovların ürəyincə deyil. Onun Bakıya bağlılığı ilə bağlı nəsə demək çətindir, İrəvan mahalında anadan olsa da, o gənclik illərindən Bakıda yaşayır. Bu səbəbdən gələn il 60 yaşı olacaq sabiq nazirin yenidən başqa ölkədə “həyata başlaması”nın çətinliyi anlaşılandır. İddia var ki, o da paytaxtdakı bir neçə villasını satmaq niyyətindədir və bunun üçün Türkiyədə hələ oturuşa bilmir.

Qeyd edək ki, 2013-2018-cü illər də nazir olan H.Əsədov kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrılmasına baxmayaraq, bu sahədə dönüş edə bilmədi. Xüsusilə dövlətin kənd təsərrüfatı istehsalçılarına ayırdığı subsidiyaları paylayan, kənd təsərrüfatı texnikasının alınmasına yönəldilən yüz milyonlarla manat vəsaiti xərcləyən, güzəştli gübrə-maşın satan “Aqrolizinq” ASC, idxal-ixrac prosesləri zamanı sahibkarların qəniminə çevrilən Dövlət Fitosanitar Nəzarəti Xidməti, maldar fermerlərin canını boğazına yığan Dövlət Baytarlıq Xidməti kimi qurumların işində ciddi nöqsanlar olub. Bu səbəbdən də H.Əsədovla bərabər o idarələrin rəhbərləri də vəzifələrini itirməli oldular. Dia.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO