"Hörmətli Səfər Mehdiyev, bəs günahkar kimdir?" - QALMAQAL

10:15 28.08.2018 546
"Hörmətli Səfər Mehdiyev, bəs günahkar kimdir?" - QALMAQAL

Masallı şəhər R.Abbasov küçəsi ev 42 ünvanında yaşayan Cəlal Abıyev Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsi tərəfindən qanunla müəyyən edilmiş zamanın azlığından istifadə edilərək, məcburiyyət qarşısında, Gürcüstan Respublikasından aldığı “Hundai Sonata” markalı avtomobilin gömrük rəsmiləşdirilməsi zamanı aldadıldığını iddia edir. Şikayətçi bildirir ki, avtomobilin gömrük rəsmiləşdirilməsi zamanı ABGİ ondan 1033 manata qədər əlavə vəsait alıb. C.Abıyev məsələ ilə əlaqədar müvafiq dövlət qurumlarına, Prezidentə və DGK-ya üzləşdiyi problemlə əlaqədar müraciət edib. Lakin C.Abıyevin şikayətinə həmin dövlət qurumları “səndən sənə şikayətim var” prinsipi ilə münasibət bildiriblər. ABGİ-nin rəisi Hüseyn Həsənlinin imzası ilə daxil olan məktub məzmunu adı vətəndaş üçün aydın olmayan qərar sıralamasından ibarətdir. Yol vergiləri idarəsinin rəisi Ülvi Məmmədovun imzası ilə daxil olan məktubda kolleqasının naməsindən fərqlənmir. Ü.Məmmədov bildirir ki, gömrük dəyərənin müəyyən edilməsini gömrük orqanı müəyyən edir. Əslində şikayətçi buna etiraz etmir. Şikayətçinin etiraz etdiyi məqsədli və süni qiymət artımınadır. Laklin Ü.Məmmədovun məktubunun davamı isə daha maraqlıdır. İdarə rəisi qeyd edir ki, “malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə bu avtomobillərin satışını həyata keçirən xarici təşkilatların kataloqlarından və digər mənbədən istifadə edilə bilər.” Ən böyük absurdda məhz budur. Əvvəla həmin şirkətlər istehsal etdikləri məhsulun ilkin satıçılarıdırlar. Yəni məhsul istehsal edən şirkət qiyməti də özü müəyyən edir. Şikayətçinin aldığı avtomobil isə ikinci əl satışdır. Yəni bu zaman qiymət avtomobilin sahibi ilə alıcı arasında müəyyən edilir. Satıcı alıcıya istədiyi qiymətə öz əmlakını təklif etməkdə sərbəstdir. Yəni əgər alqı-satıq zamanı məcburetmə və ya zor tətbiq edilməyibsə. Prosedur qanuna müvafiq olubsa, o halda DGK-nın hansısa kataloqa baxması sadəcə absurddur. Onu da qeyd edək ki. DGK özünə sərf edən mövcud prosedurun tətbiqi zamanı “Gömrük dəyərinin təyin edilməsi üsulları”na istinad edir. Görəsən DGK 11.2.4. Dəyərin çıxılması üsulu-nda qeyd edilən “...alıcının satıcıdan asılı olmaması şərtinə riayət olunmalıdır.”- prinsipini özü üçün necə aydınlaşdırıb? Bəyəm alqı satı-zamanı DGK əməkdaşı həmin prosedura şahidlikmi edib? Yox. Deməli bu zaman intiutsiya işə düşür. Lakin son məqamda aydın olur ki, DKG-nın ABGİ adlı idarəsinin intuitsiyasıda “məqsədlidir”. Belə olan təqdirdə isə qanun sadəcə zora məruz qalır. Zora məruz qalan qanun isə pozulmaq zorunda qalır. Deməli cinayət baş verir. Bəs hörmətli Səfər Mehdiyev günahkar kimdir? Bəlkə halal zəhməti ilə ailəsinin istifadəsi üçün xaricdən avtomobil alıb gətirən Azərbaycan vətəndaşı?
Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən şəxslərin və müəssisələrində mövqelərini dərc edə bilər.

P.S. DGK adlı qurumun indiyə qədər mətbuat xidmətinin olması ilə bir məlumatımız olmadığından kimdən mövqe öyrənəcəyimizlə bağlıda çaşbaş qalmışıq.
BakuNews.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO