Məktəbə getmək neçəyə başa gəlir? - REPORTAJ

14:30 27.08.2018 761
Məktəbə getmək neçəyə başa gəlir? - REPORTAJ

Yeni dərs ili ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

Qeyd edək ki, yarmarkalar paytaxtın 10-a yaxın rayonunun ərazisində, eləcə də, “28 May”, “Memar Əcəmi”,“İnşaatçılar” və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir.



Yarmarkalardakı satış, məktəbli ləvazimatları və dərsliklərin qiymətləri ilə maraqlanaraq, məktəbli səbətinin dəyərini müəyyənləşdirməyə çalışdıq.



Məlum olub ki, yarmarkalarda qiymətlər mağazalardan bir qədər ucuzdur. Bununla belə, müştərilərin sayı elə də çox deyil. Ancaq bu, satıcıları məyus etmir. Belə ki, onlar müştərilərin sayının artacağını düşünürlər.

O ki qaldı qiymətlərə, cari dərs ili üçün məktəbli ləvazimatlarının qiymətləri aşağıdakı kimi dəyişir:



Rəngli karandaş 2-5 manat. Yerli məhsul olan “Oyal” karandaşları 6,50 manat

Qələm - 0,2-1 manat

Rəsm albomu (vərəqlərinin sayından asılı olaraq) - 1-3 manat

Pozan - 0,2-0,3 manat

Su qabları - 8-12 manat



Adi məktəbli çantası - 8-45 manat

Təkərli məktəbli çantası - 35-50 manat

Yapışdırıcı - 0,6-1 manat

Dəftər - 0, 12-1.2 manat



Yazı lövhəsi - 25-150 manat

Penallar - 3-9 manat

Ən ucuz sirkul - 1,5 manat

Xətkeş - 0,80-4 manat

Qayçı - 0,80-2 manat

Plastilin - 1,2-10 manat.



Metodiki vəsaitlərə gəlincə, birinci siniflər üçün riyaziyyatdan 3000 misal kitabı 1,60 manat, “Azərbaycan dili” 5 manat, “Azərbaycan dili” iş dəftəri 5 manat, “Azərbaycan dili” yazı dəftəri 4 manat, “Riyaziyyat” iş dəftəri 4,50 manat “Ana dili“” qiymətləndirmə 3 manat, “Uçmaza” riyaziyyat 2 manat, Məktəbəqədər hazırlıq üçün əlifba 4 manat, “Azbuka” 2 manat təşkil edir.

Nəzərə çatdıraq ki, yarmarkalarda məktəbli geyimləri satılmır. Səbətə məktəbli geyimlərinin qiymətlərini də daxil etdikcə, valideynin xərcləri artmış olur.

Qeyd edək ki, hazırda bazarda Türkiyədən və Çindən gətirilən məktəbli geyimləri ilə yanaşı, Bakı Tikiş Evinin (BTE) tikərək satdığı məktəbli formaları var.



İdxal geyimlərinin qiymətləri müxtəlif istiqamətdə dəyişir. Alıcıların sözlərinə görə, lirənin ucuzlaşması səbəbindən bu il Türkiyə istehsalı olan məktəbli formaları nisbətən ucuzdur.

Böyük partiyada satılan Bakı Tikiş Evinin məhsullarının qiymətlərinə gəldikdə, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, köynəklər 8 manat, jilet 8 manat, 26-42 ölçülü şalvarlar 15 manat, I-VI siniflər üçün yubkalar 15 manatdır.

Bundan çıxış etsək, məktəbə getmək yaşı çatan bir uşağın ən zəruri dərs ləvazimatları və geyimi minimum, eləcə də, kobud hesablamalarla valideynə 200 manata başa gələcək.Oxu.az

Məktəbə getmək neçəyə başa gəlir? - REPORTAJ
Məktəbə getmək neçəyə başa gəlir? - REPORTAJ
Məktəbə getmək neçəyə başa gəlir? - REPORTAJ
Məktəbə getmək neçəyə başa gəlir? - REPORTAJ
Məktəbə getmək neçəyə başa gəlir? - REPORTAJ
Məktəbə getmək neçəyə başa gəlir? - REPORTAJ
Məktəbə getmək neçəyə başa gəlir? - REPORTAJ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO