Impera
XƏBƏR LENTİ
19:32Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA15:53Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:38Prezident Rövşən Rzayevi qəbul edib15:20“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:01Türkiyədə dollar ucuzlaşdı14:45Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:26Ağsuda nə baş verir? - İTTİHAM14:13İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:50Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:31Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:12Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:48UEFA "Qarabağ"ın oyunlarında baş verənlərlə bağlı qərarları təxirə salıb11:21“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:08Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:46Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:25"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:12Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:50Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!18:28Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1018 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:56Taleh Qaraşov həm qazanır, həm də qazandırır... - İDDİA17:33Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:10Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:58Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:47Mayk Pens ANKARADA14:28Hava buludlu olacaq14:11Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:53Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:37“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:22Arzu Rəhimovun kadrı əsl oliqarxdır... - İDDİA12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:18"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət10:52Delfi yarışları yeni formatda keçiriləcək10:34Prezidentin iqtisadi müşavirədə misal gətirdiyi hesabatlar - Onlarda nələr əks olunub?10:14Dünya birjalarında neftin SON QİYMƏTİ09:58ABŞ səsdən iti raketlər istehsal edəcək18:04Prezident Mayıl Əhmədovu təltif etdi17:38“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:23Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:06İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:52DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:27Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:10Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:48"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:30Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:16Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:01"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:43Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:27"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:53Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:35Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES12:55Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”12:46Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:13Gəncədə naqolay kadr islahatları... - İDDİA11:48İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:25“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:10Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:51Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:31Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:46BNA-nın şok planı - İDDİA21:30Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:18Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:06Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:55Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:02Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:51"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:38Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:11GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:44Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:27Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:07Göygöl DYP-yə yeni rəis təyin olunub13:52“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:40Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:09“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:55Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:26Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:50Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:31Azərbaycan neftinin SON QİYMƏTİ19:27Ərdoğan Azərbaycana təşəkkür etdi19:17Tənqid olunan şeir dərsliyə salınıb? - Nazirlik19:04Hansı oyun, hansı kanalda? - Avro-202018:48Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: - “Atdığımız addımdan vaz keçməyəcəyik”18:37Macarıstanın Baş naziri Azərbaycana gəldi18:23İlham Əliyev Ərdoğanla görüşdü - FOTO18:08Prezidentdən vacib - FƏRMAN17:56Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”17:42Göygölün icra başçısı haqda ilginc iddia... - Belə deyirlər...17:28Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ16:12Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib15:57Türkiyə Prezidenti Azərbaycana gəlib15:44Maliyyə Bazarlarına Nəzarət Palatasında süründürməçilik... - İTTİHAM14:28Hadi Rəcəblinin təklifi dəstəklənmədi - AÇIQLAMA14:02İcra başçısının qəbulunda ŞOK OLAY... - Şikayətçiyə cavab verə bilməyən müavin İSTEFA VERDİ13:30Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir13:17Azərbaycan birinci Dünya Çimərlik Oyunlarının medal sıralamsında altıncı yerdə qərarlaşıb13:00Ərdoğan Bakıya yola düşüb
BÜTÜN XƏBƏRLƏR

AAK sədri necə narazılıq yaradır? - Daha bir müraciət

23 Ağu 2018, 11:30   
AAK sədri necə narazılıq yaradır? - Daha bir müraciət

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun barəsində olan şikayətlərin ardı-arası kəsilmir. Artıq AAK-ın sıravi əməkdaşları deyil, ekspert şuralarının üzvləri ayağa qalxıb, AAK rəhbərinin qanunsuz əməllərinə şərik olmaq istəmirlər.
Canı boğazına yığılan tanınmış professorlar və bəzi iddiaçılar bu gün «Təzadlar»ın redaksiyasında oldular. Onların Prezident İlham Əliyevə və surəti «Təzadlar» qəzeti redaksiyasına ünvanlı müraciətində Azərbaycan elminə sonsuz təəssübkeşlik nümayiş olunur, eləcə də Vəli Hüseynovun AAK-a müvəqqəti sədrlik vəzifəsini icra etdiyi dövrdən bəri elmimizi və alimlərimizxi aşağılamağın ən çirkin üsulları tənqid edilir, Prezidentdən kömək istənilir.
Beləliklə, aşağıda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvlərinin Prezident İlham Əliyevə ünvanlı müraciətini olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Surəti: "Təzadlar" qəzetinin redaksiyasına
MÜRACİƏT
Çox hörmətli Cənab Prezident!
Biz alimlər Sizin yeritdiyiniz daxili və xarici siyasəti bəyənirik, Sizə uzun ömür, cansağlığı və ölkəmiz üçün taleyüklü məsələlərin həllində uğurlar arzulayırıq.
Bu müraciətə imza atan biz professorlar, elmimizin saflığı naminə, Prezidentin apardığı siyasətə sadiq olaraq əlimizdən gələni əsirgəmirik. Lakin bəzi yerində olmayan məmurlar açıq şəkildə hansı məqsədləsə buna mane olur. Onlardan ilk sırada dayananlardan biri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovdur.
Biz AAK-ın iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləriyik. Vəli Hüseynov sədr vəzifəsini müvəqqəti icra edəndən bu quruma elm ictimaiyyəti tərəfindən nifrət dözülməz həddə çatıb. Daimi olaraq müəyyən ciddi müqavimət göstərməyimizə baxmayaraq, onun özünü elm adamı deyil, "bazar adamı" kimi aparması bizi bu addımı atmağa məcbur etdi.
Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırır. Konfliktə getməmək, abır-həyamızı gözləmək naminə dözürdük. Son iclaslarda isə ekspert üzvləri olaraq təzyiqlərə dözməyərək ardı-arası kəsilmədən, açıq şəkildə öz etirazlarımızı bildirirdik.
Vaxtınızı almamaq üçün bir epizod: 2 iyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın "Azəriqaz" İB Baş direktorunun satış üzrə müavini) "Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı - iqtisadi problemləri" mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi müzakirəyə çıxarıldı.
Bu dissertasiya işinə Ekspert Şurasının 25 iyun 2018-ci il tarixli iclasında rəy yazmaq ekspert, professor Ədalət Əliyevə tapşırılmışdı. Lakin sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdənsə ekspert Şəfa Əliyevə tapşırıldı və bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu idi.
Bəs niyə Vəli Hüseynov belə narahat olmuşdur? Çünki o, professor Ədalət Əliyevin obyektiv və prinsipial olmağını nəzərə almışdı, onun cəmiyyətdə böyük nüfuzunu bilərək təzyiq göstərə bilməyəcəyini bilib narahat idi ki, iş layiqli deyilsə, Ədalət Əliyev müsbət rəy verməyəcək. Əvvəlki iclasların birində Vəli Hüseynov zala daxil oldu və qeyri-obyektiv, aşağılayıcı bir fikir söylədi. Professor Ədalət Əliyev isə Vəli Hüseynovdan AAK-da neqativ hallara yol verilməməsini xahiş etdi və həmin neqativ hallar haqda konkret faktlarını söylədi, onu elmimizin taleyi naminə ədalətli olmağa çağırdı. Bu, əlbəttə ki, Vəli Hüseynovun xoşuna gəlmədi, tutarlı cavab da verə bilməyib pərt oldu və otağı tərk etdi.
Müzakirə vaxtı Şəfa Əliyevin müsbət rəy, Ədalət Əliyevin isə mənfi rəy verməsi məlum oldu. Belə olan halda, biz təklif etdik ki, iddiaçını növbəti iclasa dəvət edək ki, iradlara cavab versin. Bu qərar 1 nəfər əleyhinə, 1 nəfər də bitərəf olmaqla qəbul edildi. Ancaq işə həmin anda obyektiv baxılsaydı, mənfi qərar veriləcəkdi. Buna ciddi əsaslar var idi.
1. Ruslan Əliyevin cəmi 15 məqaləsinin olması. Əsasnaməyə görə isə 20 məqalə olmalıdır, özü də AAK-ın tələb etdiyi nəşrlərdə.
2. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması. "Azəriqaz"da satış üzrə müavin işləyən şəxsin mənzil sferası sahəsində doktorluq dissertasiyası yazması və özü də 7 aya (?!), bu, elmi ələ salmaqdır. Elm və təhsil idarələrində çalışanlar elmlər doktoru dissertasiyasını 10 ilə güclə başa çatdırırlar.
Cənab Prezident!
4 iyul 2018-ci il tarixdə AAK-ın rəyasət heyətinin iclası olmuşdur. Burada Vəli Hüseynov qəzəbini gizlətməyərək həmin qərarın lehinə səs verən ekspertləri cəzalandıraraq, Rəyasət Heyətinin üzvlərinə onları tərkibdən kənarlaşdırmaq təklifi vermişdir. Bu təklifə ciddi müqavimət olsa da, Vəli Hüseynov Rəyasət Heyətinin üzvlərinə yalan informasiya verərək, guya bütün bunları ekspert şurasının sədri ilə razılaşdırdığını bildirmişdir. Biz sədrdən öyrəndik ki, o, Ekspert Şurasının heç bir üzvünün tərkibdən çıxarılması haqda nə yazılı, nə də şifahi razılıq verib. Sədr şuraya yalnız yeni ekspertlərin əlavə olunmasına şifahi razılıq verdiyini bildirdi.
Bəs görəsən, bu hadisə niyə indi baş verdi? Niyə 3-4 ay əvvəl olmurdu? Bu, elmdə heç bir yeri olmayan, "Azəriqaz"da Baş direktorun müavini vəzifəsini tutan Ruslan Əliyevin dissertasiya işinin obyektiv müzakirəsindən sonra reallaşdı. Biz çoxdan bilirdik ki, Vəli Hüseynova obyektiv müzakirələr, qərarlar lazım deyil. Ona şəxsi mənafeyini müdafiə və vəzifə səlahiyyətlərindən sui-istifadə lazımdır. Ancaq səlahiyyətli vəzifə sahibi kimi o, bizdən obyektiv qərarlar tələb etməlidir.
Cənab Prezident!
Çoxsaylı faktları yazıb vaxtınızı almaq fikrində deyilik. Və bu müraciəti yazmaqda məqsədimiz heç də yenidən Vəli Hüseynovun rəhbərlik etdiyi təşkilatın Ekspert Şurasına qayıtmaq istəyimizdən irəli gəlmir. Məqsədimiz dəhşətli faktları üzə çıxarmaq və elmdə saxtakarlığın, neqativ halların qarşısını almaqdır. Təəssüflər olsun ki, biz Vəli Hüseynovu qanuni və sivil formada təsir göstərməklə buna nail ola bilmədik.
Cənab Prezident!
Xahiş edirik ki, müvafiq orqanlara konkret olaraq aşağıdakı məsələlərə aydınlıq gətirmək üçün göstəriş verəsiniz və əsl günahkar cəzalandırılsın.
1.Vəli Hüseynov AAK-ın rəyasət heyətinin iciasında Ekspert Şurasının üzvlərini (bizim iştirakımız olmadan) guya "banda" yaratmaqda ittiham edib. Hər bir ekspert üzvünün fəaliyyəti araşdırılsın və onda məlum olacaq ki, "banda"nı kim yaradıb və onun başçısı kimdir. Biz, yoxsa Vəli Hüseynov? Bunun cavabını elm adamları çoxdan bilir.
2.Vəli Hüseynovun idarəçiliyi dövründə yazdığımız müsbət rəylərin çoxu qeyri-qanuni olaraq gizli rəylərə göndərilib və mənfi rəy alınıb, ya da mənfi rəy yazdıqlarımız müsbət həll olunub. Bu, kütləvi hal alıb və növbəti mərhələlərdəki proseslərdən bizim xəbərimiz olmayıb.
Məqsəd nə olub, rüşvət, yoxsa nə?
3.Mərhum akademik Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlər Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılıb (halbuki 2 dəfə imtina olunmuş işlərə baxmaq olmaz). Bu faktın araşdırılması bəzi neqativ məsələlərə aydınlıq gətirə bilər (hələ Arif Mehdiyevin dövründə Vəli Hüseynovun bizdən hansı xahişlər etdiyini, razılıq vermədikdə təzyiq göstərdiyini demirik).
4.Kənd təsərrüfatı sahəsində olan müdafiə şurasında ayda bir neçə dissertasiya işi müdafiə edilir (yəni normadan artıq). Hansı ki, 2 fəlsəfə doktorundan və ya bir elmlər doktorundan artıq müdafiə təşkil etmək «Əsasnamə»yə ziddir. Bu şurada hətta profilə uyğun olmayan, məsələn, turizm, neft-qaz sənayesi, maliyyə və s. sahələrdə müdafiələr təşkil olunub. Bu şuradan Ali Attestasiya Komissiyasına gələn bütün işlər Vəli Hüseynovun müxtəlif istiqamətli təkidləri ilə qısa bir zamanda təsdiq olunub. Bu şurada müdafiə edənlərin əksəriyyəti isə elm və təhsildə çalışmırlar, özəl sektorda işləyirlər. Məqsəd məlumdur. Araşdırma çox ciddi nöqsanları və «bazar elementləri»ni aşkara çıxaracaq.
5.Araşdırması çox ciddi tələb olunan məsələlərdən biri də Vəli Hüseynovun idarəçiliyi dövründə neçə nəfərin müdafiə etməsi, onların neçə nəfərinə Vəli Hüseynovun təkidi və təzyiqi ilə müsbət rəy verilməsi və bu işlərin səviyyəsidir. Bütün bu araşdırmaların nəticəsi göstərəcək ki, elmə əsl elm adamları deyil, bazar adamları gəlir. Təəssüf... Çox təəssüf.
Cənab Prezident!
Respublikamızın gələcəyi naminə bu yolda elmə köməklik göstərməyinizi və tez bir zamanda AAK-ı Vəli Hüseynovdan xilas etməyinizi Sizdən xahiş edirik.
Sizin şəxsiyyətinizə dərin hörmət və ehtiramla:
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləri.
Redaksiyadan: müraciət Prezident İlham Əliyevə, eləcə də əlavə olunmuş digər mühüm sənəd və materiallar Baş Prokurorluğa, Prezident Administrasiyası humanitar şöbənin rəhbərliyinə göndərildiyindən, eləcə də şikayətçi şura üzvləri Azərbaycanın elm ictimaiyyəti arasında nüfuzlu şəxslər olduğundan onların imzalarını bu dəfə göstərməmyi məsləhət bildik. Bəzi xüsusatlar da var ki, bu barədə növbəti yazıda daha incəliklə bəhs olunacaq.
Nəhayət, müraciət müəllifləri tərəfindən redaksiyaya təqdim olunmuş və AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun təzyiq və təhdidləri ilə müsbət rəy alaraq elmlər doktoru olmuş 32 nəfərin siyahısı barədə. Bu siyahıda bizim də yaxından tanıdığımız insanlar var deyə, onların imicinə ağır zərbə vurula biləcəyini nəzərə alıb hələki dərc etmirik və həmin siyahını ciddi araşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərəcəyik. Nəticəsi barədə əlavə məlumat veriləcək. \\tezadlar.az\\
OXŞAR MÖVZULAR