Bu gün əhalinin böyük əksəriyyəti rayon icra hakimiyyətlərinin işindən narazıdır və şikayətlərin əksəriyyəti də onlardandır.

11:52 8.08.2018 617
Bu gün əhalinin böyük əksəriyyəti rayon icra hakimiyyətlərinin işindən narazıdır və şikayətlərin əksəriyyəti də onlardandır.

Zamantv.az DogruXeber.az-a isdinaden xəbər verir ki,prezident İlham Əliyev seçkilərdən sonra Nazirlər Kabinetində ciddi dəyişiklər etdi. İlk seçkidir ki, ardınca xeyli sayda nazir öz postunu itirir. İndi də kadr islahatları növbəsi icra hakimiyyətlərinə çatıb. İH-lərdə dəyişikliklər kifayət qədər zəruridir. Çünki vətəndaşları narazı salan, təmas qurmayan, təhqir edən, danışığını bilməyən, rayonda abadlıq-quruculuq işləri görməyən icra başçıları əhalini hökümətdən narazı salırlar.

Prezident İlham Əliyev nazirləri dəyişərkən də bu meyarları əsas götürdü. Prezident seçkilərdən dərhal sonra hakimiyyət üçün "axilles dabanı" sayılan sosial sektorlarda dəyişikliklərə getdi. O sahələrdə ki, dəyişiklik edilməsi artıq qaçılmaz idi.
Ölkədə sosial gərginliyə, təbəqələşməyə, yoxsulluq və məmur qudurğanlığına səbəb olan halları təcili və qeyd-şərtsiz aradan qaldırmaq lazım idi. Hakimiyyət rəhbərliyi və texnoloqlar təhlil edirdilər ki, hansı sahələr “zəif bənd”dir və örtülü qazanın ağzını açmaqla qaynar nöqtələrin buxarını necə çıxarmaq olar...

Beləliklə, bu siyasi strategiyaya əsaslanaraq vətəndaşların ən çox narazılıq elədiyi, şikayətlər göndərdiyi, məmur-vətəndaş təmasının tez-tez olduğu sahələrdə islahatlara başlandı.
Çünki elə gün, həftə olmurdu bu nazirliklərdən və icra hakimiyyətlərindən prezidentə və mətbuata şikayətlər gəlməsin. Qısası, ölkə rəhbərliyi sosial problemləri dərinləşdirən, vətəndaş-məmur təmasının intensiv olduğu sektorlarda dəyişikliklərə getməyi zəruri hesab etdi. Yarıtmaz nazirlərin himayə etdikləri icra hakimiyyətləri də rayonlarda prezidentin fəaliyyətinə ciddi problemlər yaradırlar. Bu cür məmurlarla işləmək isə qeyri-mümkündür. Xalqla, vətəndaşla işləməyi, problemlərini həll etməyi bacaran gənc kadrlara hazırda daha çox ehtiyac var.
Belə rayonlardan biri də vətəndaşların ən çox narazılıq etdiyi Lerik və onun başçısı Rovşən Bağırovdur.

Oxucuların yadında olar, 2017-ci il oktyabrın 26-da tv-lər, qəzetlər, saytlar bu xəbəri manşet etmişdi: "Lerik rayonunda yaşayış evi uçub. Rayonun Pirzəkücə kəndində 59 yaşlı Fərziyeva Xanımnisə Hənifə qızına məxsus evin bir otağının divarları tamamilə uçub. Kənd sakinlərinin bildirdiyinə görə, ev hələ 7-8 il əvvəldən də qəzalı vəziyyətdə olub. Lakin 6 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşayıb. Hadisə bu gün səhər saatlarında baş verib. Evin bütün əşyaları uçqun altında qalsa da, xoşbəxtlikdən ailə üzvlərindən xəsarət alan olmayıb. Hadisə ilə bağlı əlaqədar qurumlara məlumat verilib".

Bəli, əlaqədər qurumlara xəbər verilib, lakin bu günədək də həmin qurumlar bu istiqamətdə heç bir iş görməyib. Ona görə də, hər yerdən əli üzülən vətəndaş mətbuat vasitəsiylə Prezident İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya, Ombudsman Elmira Süleymanovaya, fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edir.
Lerikin ucqar dağ kəndində yaşayan X.Fərziyevanın yaşadığı evi görəndə dəhşətə gəldik. Buraya ev də demək doğru deyil. Uçmuş evin xarabalığında yaşayır bir ana və övladları. Buna baxmayaraq, hələ də ümid edir ki, dövlətimiz onu çətində qoymayacaq.
Xanimnisə Fərziyeva deyir ki, yaşadıqları ikigözlü evləri hələ 2011-ci ildən uçmağa, tökülməyə başlayıbmış. Bu haqda rayon icra hakimiyyətinə də dəfələrlə müraciət edib ki, bir gün bu ev uçacaq, altında qalacağıq: "Dəfələrlə icra hakimiyyətnə gedib, icra başçısı Rövşən Bağırovun qəbulunda olmuşam, xahiş etmişəm, yalvarmışam ki, bizə kömək edin, heç olmasa, daşından, sementindən verin, küçədə, çölün düzündə qalmayaq, başımızı soxmağa bir koma tikək. Lakin heç kim kömək etmədi. Elə qəzalı vəziyyətdə yaşayırıq ki, hər dəfə evə girib-çıxanda bu dəqiqə uşacağını düşünürük. Bir həftə bundan qabaq zəlzələ oldu, gecəydi, özümüzü bayıra atdıq. Mən yataq xəstyəsiyəm, uşaqları qorxumdan içəridə yatırda bilmirəm. Mən demirəm ki, mənə ev tiksinlər, heç olmasa kömək etsinlər. 2011-ci ildən 2017-ci ilədək icra hakimiyyətinin yollarında qalmışam. 2017-ci ildə ev uçandan sonra isə uşaqlarım təpik döyür. Uşaqlarıma da, özümə də başçı deyir ki, get qapındakı heyvanı sat, evini tikdir. Biz onları başa sala bilmirik ki, heyvanımız yoxdur, bir-iki toyuq-cücəmiz var. Onunla da ev tikilsəydi, daha sizə niyə müraciət edirdim ki? İmkanımız yoxdur. Özləri də gəlib, baxıb gediblər və deyiblər ki, burada yaşamaq olmaz. Amma yenə də kömək etmirlər. Mən 6 uşaq boyutmüşəm bu evdə. Uçan evdən 3 oğul göndərmişəm hərbi xidmətə. Öz gücümüzə 3 il əvvəl çay daşlarından yeni evin himini qoyduq. Amma artıra bilmədik. Tikintisi yarımçıq qaldı".

X.Fərziyevanın dərdi deyiləsi deyil. Övladlarından böyük oğlunun deyiklisini evləri olmadığına görə başqasına ərə veriblər. Həmin gün də ailə də faciə baş verib. Oğlu Azər intihar edib, elə yarımçıq qalan evin bünövrəsinin yanında: "Oğlumu faciəli şəkildə itirdik. 3 ildir yataq xəstəsiyəm. Dərdim deyiləsi deyil. Axı mən Azərbaycan vətəndaşıyam. İcra başçısına az qala yalvarıb ayağna düşdüm ki, heç olmasa bizə yaşamağa bir sığınacaq verin. Evimiz bərpa olundan sonra köçərik. Deyir dərdiniz böyükdür, sizi başa düşürəm. Kömək edəcəyik. Amma ortada heç nə yoxdur. Elə kömək sözü başçının otağında qalır. Oradan bayıra çıxmır. Dəfələrlə möhtərəm prezidentimizə, Mehrban xanım Əliyevaya yazmışam. Onlar da cavab yazıblar ki, ailə qəzali evdən köçürülsün. Amma icra başçısı nə prezident İlham Əliyevin, nə də Mehriban xanım Əliyevanın məktubda yazdıqlarına əməl etməyib.

Dedilər köçün məktəbə. Elə sevindik ki, sonra bəlli oldu ki, məktəbin otaqlarını da satıblar, yer yoxdur. Bundan sonra isə dedilər ki, gəl sovet dönəmindən qalma seçki məntəqəsi var, təmir edin, köçün oraya. Amma orada da vəziyyət bizim evimizdəki kimidir. Tamamən uçub. Deyirlər ki, əgər uçan eviniz daşdan olsaydi, çoxdan tikərdik evinizi. Nə dəxli varmış? Mən də Azərbaycan vətəndaşıyam, gecənin birində bu ev uçacaq, altında qalacayıq. Bəs biz öləndə cavabını necə verəcəksiniz? Axı biz də Azərbaycan vətəndaşıyıq. Guya dərdimizə yanırlar ki, bu yarıuçmuş evdən köçün. Amma hara köçək? Bunu deyən yoxdur. Axırıncı dəfə başçının qəbulunda olanda dedim ki, heç olmazsa mənə sığınacaq verin. Evimiz nə vaxt bərpa olsa geri qayidaq. Məni ələ saldılar. İcra başçısı Rövşən Bağırov məni ələ saldı, gülüb müavinlərinə deyir ki, görün bir aptekdən zaddan nə tapırsınız, verin gedib orada yaşasınlar. Sonra da deyir ki, buralara gəlmə. Bəs hara gedim? Prezident icra başçılarını ona görə təyin edir ki, vətəndaşların problemlərini həll etsin, onları dinləsin, köməklik etsin. Bəs qəbul günləri nə üçündür? 6 uşaq böyütmüşəm, özü də atasız. Amma mən heç kimdən kömək istəməmişəm. Sonra başçının nümayəndələri gəldi, dedilər burada yaşamaq təhlükəlidir, baxdılar getdilər. Elə o gedəndirlər. Bugün- səhər qış qapının ağzını kəsəcək. Dağ kəndidir. Hara gedək, kimdən kömək istəyək? O vaxt ev uçanda kəndin icra nümayəndəsi və bələdiyyədən gəldilər. Uçan evin bir tərəfini kəsib, o biri tərəfini yamadılar. Qorxurdular ki, kimsə gəlib görər. Lerikdə qar yağanda azı 1 metr olur. Bu yamaqlı ev dözməyəcək o qara. Fövqəladə Hallar Nazirliyinin Lənkərandakı Regional İdarəsinə müraciət etdim. Cavab verdilər ki, eviniz təhlükəli qəzalı vəziyyətdədir.

Lakin gərək rayonun icra başçısı bunun üçün bizə sərəncam göndərsin. Biz də təcili sizin evi tikib, təmir edək. Başçı isə sərəncam vermir. Niyə vermir, bilmirəm. Başçı deyir ki, eviniz uçanda xəsarət alan, ölən olmayıb. Əgər ölən olsaydı, mütləq kömək edərdik. Allaha baxın, tanrıya baxın. Mənə qarğış etməyin. Gərək balalrımdan itki verəm ki, bizə kömək edəsiniz? Mən Mehriban xanım Əliyevaya müraciət edirəm. Siz də anasınız. Lütfən, mənə kömək edin... Prezident İlham Əliyev həmişə çıxışlarında icra başçılarına, məmurlara deyir ki, xalqı incitməyin, əhalinin dərdini öyrənin, problemini həll edin. Prezidentə yazmışıq ki, siz dəfələrlə məmurların vətəndaşları incitməməsi ilə bağlı tapşırıq vermisiniz. Bəs bizim səsimizə niyə səs verən yoxdur? Səsimizə səs vermək əvəzinə Lerikin icra başçısı Rövşən Bağırov köməksiz vətəndaşı ələ salır. Avqustdan yağışlar başlayır, sentyabrda isə qar yağır. Biz nə edək, kimə müraciət edək, dərdimizi kimə danışaq? Deyəcəksiniz icra başçısına. İcra başçısı vəzifəsini yerinə yetirmək əvəzinə vətəndaşı ələ salır, dərdiylə oynayır. Uçan ev onun deyil, heç evsizlikdən intihar edən də onun balası deyil. O başçıdır, özləri demiş başçı da gedib uçuq evdə yaşayası deyil ki... Maşallah, günləri, güzəranları, firavan yaşayırlar, kasıb onların vecinə deyil. Veclərinə olsaydi, prezidentin, FHN-nin icra başçısına ünvanladığı məktuba hörmət edərdilər".

Çəkilişimizi bitirib kəndin bələdiyyə sədri Güləddin Şahvələdovla telefon əlaqəsi saxladıq. Bələdiyyə sədri telefon danışığı zamanı bildirdi ki, bələdiyyənin nəyi var ki, vətəndaşa da kömək etsin: "Neyləməliyəm? Getsin icra hakimiyyəti eləsin. Eləmir, prezidentə müraciət etsin. Ölkənin qarantı prezidentdir. Vətəndaşa da köməyi qoy, prezident etsin. Bələdiyyənin nəyi var ki, getsin vətəndaşa ev tiksin? Mənim ailənin vəziyyətindən xəbərim var. Bilirəm ki, qəzalı vəziyyətdə yaşayırlar. Ev uçanda yenə mənim sayəmdə kömək etdilər. Orasını-burasını yığdılar ki, çöldə qalmasınlar. Bu işə əncamı icra hakimiyyəti və FHN çəkməlidir. Mən kiməm ki? Gedin, elə beləcə də yazın ki, vətəndaşa nə bələdiyyə sədri, nə icra hakimiyyəti, nə də icra nümayındəsi kömək etmir! Elə beləcə də yazın."-, deyə o narazılığını ifadə edib.

DogruXeber.az komandası olaraq problemin araşdırılıb vətəndaşa dövlət yardımı və dəstəyi verilməsi üçün Lerik Rayon İcra hakimiyyətində olduq. Lerik rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov bizi qəbul edib, insafən bildirdi ki, vətəndaş Xanimnisə Fərziyeva həqiqətən də acınacaqlı vəziyyətdə yaşayır: "Xanimnisə Fərziyeva pis yox eee, çox pis qəzalı vəziyyətdə yaşayır: "Vətəndaşa xəbərdarlıq edilib ki, həmin qəzalı evi təcili boşaltsın. 3 il bundan əvvəl icra hakimiyyətinin imkanı vardı ki, vətəndaşa kömək etsin. Onda rayonun büdcəsi 20 milyon AZN idi, indi isə 5 milyon 200 min AZN-dir. Yəni bütün idarə və təşkilatlar, müəssisəsər getdi regional idarənin tərkibinə. Təhsil, səhiyyə, mədəniyyət, işıq, qaz, meşə idarəsi... hamısı getdi.
Digər say xərclər yoxdu ki, açıq deyim də, hansısa vətəndaşa kömək edək.

Vaxti ilə cənab prezident pul ayırırdı, tutaq ki, hansısa yolun, ya da məktəbin tikintisinə. Ordan 3 dənə daş, ya sement götürüb vətəndaşa kömək etmək olurdu. İndi bunların heç biri yoxdur. Pulu verir təhsil nazirinin özünə. Azəravtoyolnəqliyyatın özünə, get tik. Biz heç onları görmürük, necə gəlirlər, necə gedirlər. O gün bizə məlumat daxil olub ki, kəndlərdən birində məktəb tikintisinə başlanıb. İcra nümayəndəsinə göstəriş verdik ki, dayandır. Kimsən, sən gəlib burada nəsə tikirsən? Təhsil nazirliyi. Bala, sən bir gəl icra hakimiyyətinə görək nə tikirsən? Mənim memarım var də burada. Görək necə tikirsən, bunun sementini düz tökürsən ya yox. Sabah bu uçanda rayon icra hakimiyyəti baxacaq. Güləddin də bilir ki, o həyətdə yarımçıq tikili var. Başçı onlara dedi ki, sən həmin bünövrəni tik, onun bütün taxta materiallarını və dam örtüyünü verəcəm sizə. Başqa cür kömək mümkün deyil. Lerik də çox çətindir. Maash günü olsaydı, əmək haqqımdan 5-10 manat kömək edərdim. Başçı bir 10 günlük məzuniyyətə gedib. Dünən icra hakimiyyətində qəbul günüydü. Kaş qəbulda olaydınız. Görəydiniz ki, vətəndaşlar bura necvə gəlirlər və nələr istəyirlər. Vətəndaş gəlir ki, mən işıq pulunu ödəyə bilmirəm, bir aydır işığım kəsilib. Öyrənirik ki, tək-tənha qadındır, heç kimi də yoxdur. Başçı çıxardıb cibindən 10 manat verir ona. Həmin gün 200 manatadək yardım olundu. İdarə müdirlərinə tapşırıldı ki, vətəndaşlara gücləri daxilində kömək etsinlər. Vətəndaş gəlib ki, pulum yoxdur, mənə bir kisə un verin, yaşamaq istəyirəm. İcra hakimiyyətində axı belə bir büdcə yoxdur, yardım edək. Bunun üçün dövlət vəsait ayırmalıdır ki, tutaq ki, evi dağılana ev tikək, Kİmsəsiz ailələrə, şəhid ailələrinə yardım göstərə, mualicəsini təşkil edə bilərik. Bizim rayona bu məqsədlə büdcə ayrılmır".

Vəssalam, Lerikdə evi uçan vətəndaşın işi qalıb Allaha. Görəsən, prezidentin sərəncamıyla təyin edilən icra başçısı Rövşən Bağırovun vəzifə borcu nədən ibarətdir? Qəbul günlərində idarə müdirlərindən yığılan vəsaitin vətəndaşlara paylamaq, ya onun problemini həll etmək üçün rayonun daxili gücünü səfərbər etmək? Əgər bunu edə bilmirsə, vətəndaşın səsini əlaqədar təşkilatlara çatdıra bilmirsə, RİH-də nə işi var? Rövşən Bağırovu kimdir belə himayə edən? Nəyə görə, belə məmurlar bu işi daha yaxşı bacaran, prezidentin üzünü vətəndaşın yanında ağ edən, daha bacarıqlı icra başçılarıyla əvəzlənmir?

11 ildir ki, Lerikin problemləri problem olaraq da qalır. Düzələçəkmi? Təbii ki, düzələcək, lakin Rövşən Bağırovun hər qəbulda payladığı 10 manatla yox... Dövlətə can yandıran, vətəndaşın problemini öz problemi bilən insanların sayəsində...

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO