Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri, cənab İlham Əliyevə

12:13 7.08.2018 828
Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri, cənab İlham Əliyevə

Bakı şəhər Suraxanı rayonu A.Rzayev küçəsi, ev 132, mənzil 2-də yaşayan 3-cü qrup əlil, əmək veteranı, qabaqcıl
neftçi Şəbiyev Təzəxan Nəci oğlu tərəfindən
Müraciət

Hörmətli Prezident!

Əvvəlcə bildirmək istəyirəm ki, apardığınız siyasət, onun məzmunu dövlətimizin beynəlxalq təcrübə və meyllərini
artırıb, həyata keçirdiyiniz Dövlət Strategiyası xalqımızın həyatında ciddi və ümdə vəzifə kimi misilsiz əhəmiyyət

daşıyır. Sevinirik ki, bu gün Azərbaycandakı davamlı inkişaf, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət
dəyişikliklər məhz Sizin adınızla bağlıdır.

Möhtərəm Prezident!

Mən, 1956-cı il təvəllüdlü Şəbiyev Təzəxan Nəci oğlu 1985-ci ildən «Suraxanıneft»də operator vəzifəsində
çalışıram. 1990-cı ildən aidiyyatı idarədə ev növbəsindəyəm. 2006-cı ildə işlədiyim idarə «Suraxanı Oyl Opereyşn
Kompanı S.A.» şirkəti adı ilə təsis olundu və mən orada da vicdan və namusla xidmətə başladım. Lakin ev
növbəsində olduğumu bildirəndə, aidiyyatı şəxslər mənə dedilər ki, siz artıq SOKAR-ın işçisi deyilsiniz, evi yalnız
onlardan tələb edə bilərsiniz.
Mən, operator vəzifəsində illərdir dövlətimizin neftçilərin qarşısında qoyduğu vəzifələrin həyata keçməsində üzərimə
düşən işin öhdəsindən layiqincə gəlmişəm. Hazırda da həmin peşəni layiqincə təmsil edirəm. Ailə tərkibim 8
nəfərdən ibarətdir, məcburən 18 kv. metrlik 1 otaqlı evdə yaşayırıq. Həyat yoldaşım uzun illərdir yataq xəstəsidir.
Özümün sağlamlıq problemlərim var. Həkim mənə geniş şəraitdə yaşamağı məsləhət bilir. Darısqallıq səbəbindən
ailəmizin sosial problemlərini həll edə bilmirik. 23 fevral 2007-ci ildən də Suraxanı rayon Əmircan qəsəbə
bələdiyyəsində torpaq növbəsindəyəm. Lakin hələ də nə ev, nə də torpaq almaq xoşbəxtliyi yaşaya bilmirik.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, qabaqcıl neftçi, 3-cü qrup əlil və əmək veteranı olmağım nəzərə alınsın, mənə
ev, ya da torpaq sahəsi verilsin. Bununla 8 nəfərdən ibarət ailənin həyat qayğılarını tamamilə həll etmiş olarsınız.
Bu gün sayənizdə Azərbaycanda bütün dünyaya örnək olacaq uğurlu siyasət aparılır. Apardığınız xarici siyasətin
təməlində sülh və əmin-amanlıq, əhalinin sosial yüksəlişi dayanır. Bu təcrübi uğura söykənərək üzümü Sizə tutur,
xahiş edirəm ki, heç olmasa, bu yaşımda mənə ev verilməsi, yaxud da fərdi torpaq sahəsi ayrılmasına göstəriş
verəsiniz. İnanıram ki, məndən köməyinizi əsirgəməyəcəksiniz.
Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətlə: Şəbiyev Təzəxan Nəci oğlu
Zamantv.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO