Azərbaycanın məmur qardaşları: Kim kiminlə qardaşdır? - SİYAHI

17:30 25.07.2018 581
Azərbaycanın məmur qardaşları: Kim kiminlə qardaşdır? - SİYAHI


Ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri müxtəlif sahəyə məsul dövlət məmurlarının həyatı ictimai diqqət çəkir. Əslində burada qəribə bir şey də yoxdur. Bir insan məşhurdusa, yüksək dövlət vəzifəsi daşıyırsa, ictimaiyyətin onun həyatına, ətrafındakı insanlara maraq göstərməsi təbiidir.

azxeber.com Azərbaycanda yüksək vəzifə daşıyan məmurlarla bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qardaşdır. Əhməd Əhmədzadənin 73, Mübariz Əhmədzadənin isə 71 yaşı var. Ə.Əhmədzadə 12, M.Əhmədzadə isə 9 ildir eyni vəzifəni daşıyır.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla Milli Məclisin deputatı Malik Həsənov qardaşdır. Kərəm Həsənovun hazırda 49, Malik Həsənovun isə 47 yaşı var. İddialara görə, M.Həsənov paralel olaraq qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və ölkənin ən böyük tikinti şirkətlərindən olan "Azinko"nun sahibidir.

Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevlə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qardaşdır. Xanlar Vəliyevin 63, Elmar Vəliyevin isə 58 yaşı var. E.Vəliyev bir müddət öncə sui-qəsdə məruz qalsa da, hazırda səhhəti yaxşıdır və müalicəsini davam etdirir.

Kənd Təsərrüfatı Naziri İnam Kərimovla Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimov qardaşdır. İnam Kərimovun 41, Mətin Kərimovun isə 39 yaşı var. İ. Kərimov son təyinata qədər Asan Xidmətin sədri, M.Kərimov isə Vergilər Nazirliyinin idarə rəisi vəzifələrində çalışıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Milli Məclisin deputatı Cavanşir Paşazadə qardaşdır. Şeyxülislamın 69, C.Paşazadənin isə 65 yaşı var. Hələ sovetlər dönəmindən bütün Qafqazın Şeyxi statusunu qoruyan A.Paşazadə tarix elmləri doktoru, professordur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tarıyel Qurbanov qardaşdır. Mübariz Qurbanlının 64, Tarıyel Qurabanovun isə 59 yaşı var. M.Qurbanlı eyni zamanda hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavinidir.

Xatırladaq ki, vaxtilə yüksək vəzifə daşımış sabiq məmurlar arasında da qardaşlar az olmayıb.

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Milli Məclisin keçmiş deputatı Elton Məmmədovla, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev "Azpetrol"un keçmiş rəhbəri Rafiq Əliyevlə, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev Səbail rayon Polis İdarəsinin keçmiş rəisi Nazim Nağıyevlə, sabiq Təhsil naziri Misir Mərdanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbərinin müavini İlham Mərdanovla qardaşdırlar.

Qardaşlar nümunəsi digər sahələrdə də var. Misal üçün "ATV" teleradio şirkətinin rəhbəri Azər Xəlilovla "CBC" teleşirkətinin rəhbəri Vüqar Xəlilov qardaşdır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO