83 yaşlı fermer: "Kəndi qoyub, şəhərə qaçmasınlar"

15:20 23.07.2018 515
83 yaşlı fermer: "Kəndi qoyub, şəhərə qaçmasınlar"


1963-cü ilin sentyabrından kənd təsərrüfatı sektorunda çalışıram. İki ali təhsilim var, 24 il heyvandarlıq sovxozunun direktoru olmuşam. Partiya işindən sovxoza keçdikdən sonra məndə kənd təsərrüfatına böyük inam yarandı.



Milli.Az xəbər verir ki, bu sözlərin müəllifi 83 yaşlı fermer, ömrünü kənd təsərrüfatında çalışmaqla keçirmiş Bayram Əlləzovdur. Ağsaqqal fermer deyir ki, insan torpaqla yaşamağa məhkumdur: "Kənd təsərrüfatı insanları maddi nemətlərlə, ərzaqla təmin edir. Rəhmətlik atam bizə tövsiyə edərdi ki, insanlar öləndə torpağa yapışan kimi gərək diri vaxtda da torpağa yapışsın, torpaqla məşğul olsun, əksin, biçsin, becərsin. Onun o sözləri qulağımda qalmışdı, ona görə kənd təsərrüfatı ilə çox məşğul olmuşam. 19-cu əsr Qərbi Avropa ölkələrinin iqtisadçılarından biri yazmışdı ki, zəhmət sərvətin atası, torpaq isə sərvətin anasıdır. İnsanlar gərək yaşamaq üçün zəhmət çəksinlər, yaratsınlar, yaşatsınlar".



Bayram Əlləzov kənd təsərrüfatının bütün istehsal sahələrindən üstün sayır: "Çünki insanları maddi nemətlərlə təmin edən kənd təsərrüfatıdır. Kənd təsərrüfatı ilə məşğul olanlar əkir, səpir, biçir, məhsul götürür və görəndə ki, zəhməti hədər getməyib, daha da cavanlaşır. Bu altmış il ərzində torpağa sevgim dəfələrlə artıb. 83 yaşım var, hələ də kənd təsərrüfatı ilə məşğulam".

Qocaman fermer ölkədə kənd təsərrüfatına göstərilən diqqətdən çox razıdır: "Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük şərait yaradılıb. Regionlarda iqlim şəraitinə uyğun olan bütün kənd təsərrüfatı məhsulları əkilib-becərilir. Dövlət lazımi qayğı göstərir, fermerlərə subsidiyalar verir, kapital qoyur, kənd təsərrüfatını inkişaf etdirir. İndi Azərbaycanda sovet dövründə olmayan bitkilər becərilir. Mən heyvandarlıqla da məşğul olmuşam, zootexnikliyi qurtarmışam. Sovet İttifaqı dövründə Azərbaycanda indiki qədər cins heyvan yox idi. Bir qonur Qafqaz cinsi mallar vardı, onu da 19-cu əsrin ortalarında almanlar İsveçrədən gətirmişdilər. Sonrada ala mallar gətirildi. İndi isə ölkədə çoxlu sayda cins mal-qara var, dövlət maldarlığın inkişafına diqqətlə yanaşır".



Bayram Əlləzovun 51 hektar torpaq sahəsi var: "Onun 31 hektarı özümündür, yəni torpaq satanlardan alıb istifadə edirəm. 20 hektarını isə 99 il müddətinə icarəyə götürmüşəm. 13 hektarında üzüm əkmişəm, 10 hektarı məhsuldardır, 3 hektar üzümlüyü isə 3 il əvvəl salmışam, bu il az məhsul verəcək. Üzümçülük iqtisadiyyat üçün əlverişli sahədir. 1991-ci ildə Azərbaycana "Merlot" adında üzüm sortu gətirdim. Bu sort Moldovada becərilir. Bu sortu on hektar sahədə becərirəm. Budama vaxtı bu üzüm sortunun çubuqlarını bütün Azərbaycana yaydım. Qazaxdan, Tovuzdan, Şəmkirdən, Ağstafadan, Ağsudan, Abşerondan gəlib budanmış çubuqları məndən alıb apardılar. Aparanlar becərdilər, gördülər ki üçüncü il bu sort hər hektardan 17 ton üzüm verir. Bu səbəbdən Qərb zonasından olan üzümçülər bu sortdan geniş istifadə etməyə başladılar. Sortun əlverişli xüsusiyyəti nədir? Xəstəliyə davamlıdır, məhsuldardır. Şamaxıda bu sortdan hər hektardan 35 ton üzüm götürənlər var. Çox gözəl də şərabı olur".

Ağsaqqal fermerin cavanlara tövsiyələri də var: "Cavanlara məsləhət görürəm ki, kəndi qoyub, şəhərə qaçmasınlar, gedib şəhərdə göy satmaqla məşğul olmasınlar. Torpaqla məşğul olsunlar, o torpaq onun dolanışığını təmin edəcək. İki hektar sahəsi olan adam o sahədə taxıl əksin, toyuq-cücə saxlasın, iki-üç baş mal-qara saxlasın, dolanışığını artıqlaması ilə təmin edəcək. Vaxtilə böyük böyük istedadlar, tanınmış yazıçılar kənd təsərrüfatı ilə məşğul olublar, kəndi seviblər. Məsələn, Lev Nikolayeviç Tolstoyun Yasnaya Polyanada bir malikanəsi olub. Orada torpağı əkib-becərərmiş. Bir gün çar Aleksandr onu yanına çağırır, deyir ki, Lev Nikolayeviç, bu qədər şöhrətli istedadlı yazıçının kənddə nə işi var, gəl Kremldə yaşa, mənim müşavirim ol. Tolstoy cavabında deyir ki, Yasnaya Polyana torpağı mənə dünya qədər əzizdir, mən o torpaqdan ayrıla bilmərəm. Çar onu Moskvaya gətirə bilmir. Torpaqla məşğul olan, torpağın qədrini bilən elə dahilər olub".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL