Elmi ad almış deputatlar - Kim hansı sahənin alimidir? - SİYAHI

14:40 20.07.2018 584
Elmi ad almış deputatlar - Kim hansı sahənin alimidir? - SİYAHI


Elmi ad, elmi vəzifə daşımaq son günlər sosial şəbəkələrdə ən müzakirə olunan mövzulardan biridir. Digər sahələrdə çalışanlar kimi, Milli Məclisin deputatları arasında da elm sahəsində nailiyyət əldə edənlər az deyil.

Modern.az saytı elmi dərəcəsi olan bəzi deputatlarla bağlı dəqiqləşdirmə aparıb. Siyahı ilə siz də tanış olun.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədri Ağacan Abiyev texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimidir. Bundan əlavə, o, 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir, 4 ixtirası var.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalının da elmi dərəcəsi var. O, tarix elmləri doktoru, professordur. Deputat həmçinin 2 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir.

İqtisadi siyasət, səneye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov texnika elmləri doktoru, professordur. 300-ə yaxın elmi məqalənin müəllifidir. Deputat həm də 72 səhifəlik "Sahibkar-menecment" kitabın müəllifidir.

Mədəniyyət komitəsinin üzvü Elmira Axundova filologiya elmləri namizədidir.

Mədəniyyət komitəsinin digər üzvü Gövhər Baxışəliyevanın isə filologiya elmləri doktoru, professor və akademik elmi dərəcəsi var. O, həm də AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktorudur. Deputat həmçinin, 120-dən artıq məqalə və məruzənin, 4 monoqrafiyanın, 10 kitabın müəllifidir.

İqtisadi siyasət, səneyə və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə 2012-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. O, həm də 1 elmi kitabın, 7 elmi məqalənin və 3 elmi tezisin müəllifidir.

Mədəniyyət komitəsinin üzvü Novruz Aslanov da fəlsəfə doktorudur.

Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli siyasi elmlər doktoru, professordur. Deputat bununla yanaşı, 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir.

İqtisadi siyasət, səneye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iqtisad elmləri doktoru, professor və akademikdir. Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi problemlərə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov psixologiya elmləri doktoru, professordur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli iqtisad elmləri namizədidir.

Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın da elmi dərəcəsi var. Deputat siyasi elmlər üzrə fəlsəfə doktorudur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili 2006-cı ildə "Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Deputat 1 kitabın və 10-dan çox elmi məqalənin müəllifidir. Yerli və xarici mətbuatda İqtisadiyyat və İnformasiya Kommunikasiya Texnologiyaları ilə bağlı 100-ə yaxın analitik məqaləsi dərc edilib. Elektron hökumət quruculuğu üzrə bir sıra layihələrin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov siyasi elmlər namizədi, dosentdir.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı siyasi elmlər doktoru, professordur.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov tarix elmləri doktoru alimlik dərəcəsinə malikdir, professor vəzifəsindıə çalışır.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə hüquq üzrə fəlsəfə doktorudur.

Əmək və sosial siyasət komitəsinin üzvü Yaqub Mahmudov tarix elmləri doktoru, professor və akademikdir. Deputat Azərbaycanın orta əsrlər tarixi, diplomatiya tarixi və ümumdünya tarixinə dair 700-dək monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.

Səhiyyə komitəsinin sədrinin müavini Musa Quliyev tibb elmləri namizədi, professordur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Cavid Qurbanov texnika elmləri doktorudur.

Səhiyyə komitəsinin üzvü Rafiq Məmmədhəsənovun tibb elmleri doktoru, professordur.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov huquq elmləri doktoru, professordur.

Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvüdür. Deputat 89 kitabın, 1428 məqalənin və 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. Bundan əlavə, deputat 12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 2 dərs vəsaitinin, 28 broşüranın, 21 tərtib kitabının da müəllifidir.

Elm və təhsil komitəsinin üzvü Şəmsəddin Hacıyevin iqtisad elmləri doktoru, professordur.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da iqtisad elmləri doktoru, professordur.

Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov da tibb uzrə elmlər doktoru, professordur.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO