"Dedi ki, səni tutacaqlar, öz həyatımı yaşayacam" – Arvadını baltalayan kişi danışdı

16:15 17.07.2018 588
"Dedi ki, səni tutacaqlar, öz həyatımı yaşayacam" – Arvadını baltalayan kişi danışdı


Sumqayıtda arvadını öldürməkdə təqsirləndirilən Famil Abduləzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Zamantv.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Famil Abdulzəimov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində, Dəmiryol yaşayış massivində yaşayan 30 yaşlı Famil Abduləzimov özündən 3 yaş böyük olan həyat yoldaşı Xalidə Günəşovanı balta ilə qətlə yetirib.

Qeyd edək ki, Famil Abduləzimov arvadını öldürdükdən sonra intihara cəhd edib, bıçaqla boğazına və bədəninə xəsarətlər yetirib.

Ailə üzvləri onu xəstəxanaya vaxtında çatdırdığından həyatını xilas etmək mümkün olub.

Famil Abduləzimovun ilk evliliyi 2009-cu ildə olub və 2012-ci ildə boşanıb. O, boşanandan sonra aliment ödəməkdən boyun qaçırıb və buna görə həbs edilib.

Məhkəmədə ifadə verən Famil Abduləzimov qeyd edib ki, daha əvvəl də evlilik həyatı yaşayıb. Onun sözlərinə görə, bir neçə aylıq məhkum olunub.

Onun həbs edilməsinə səbəb isə birinci ailəsinə aliment ödəməməsi olub.

Famil Abduləzimovun birinci ailəsindən 2 azyaşlı övladı var: "Həbsdən çıxandan sonra ikinci həyat yoldaşım mərhum Xalidə Günəşova ilə münasibətlərim yaxşı idi. Şabran Rayon Məhkəməsinin qərarı ilə mən birinci həyat yoldaşıma aliment ödəməli idim, lakin bundan qaçırdım. Xalidə Günəşova ilə 4 il yarım evli olmuşam. Hadisədən əvvəl onu Sumqayıt şəhərində yerləşən Tağıyev qəsəbəsindəki evimə gətirdim. Bir gecə orada qaldıq".

Famil Abduləzimov qeyd edib ki, mərhum Xalidə Günəşova ona birinci həyat yoldaşına aliment ödəyə bilməməsinə görə söz atıb: "Xalidə mənə dedi ki, səni alimentə görə tutacaqlar, gedib öz həyatımı yaşayacağam. Bu söz də məni tutdu. Bundan sonra baltanı evin qabağından götürüb onu başından vurdum. Uşaq isə hasarın o biri tərəfində oynayırdı. Evə girəndə anam gördü".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt şokda olub, özünə də xəsarət yetirib: "Qolumdan, qarnımdan bıçaq zərbəsi vurdum. Uzun müddət isə xəstəxanada yatdım".

İstintaq orqanı tərəfindən Famil Abduləzimovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO