Ali məhkəmənin qərarı niyə icra olunmur?

18:29 10.07.2018 999
Ali məhkəmənin qərarı niyə icra olunmur?


Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında məmurların təvazökar və hər bir
dövlət məmurun xalqın xidmətçisi olmasını, hətta, özünü də xalqın xidmətçisi olduğunu
dəfələrlə vurğulasa da, lakin buna baxmayaraq, bəzi məmurlar öz vəzifə borclarını layiqincə
yerinə yetirməyir, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların mənafelərini
öz şəxsi maraqlarına qurban verirlər.

Sumqayıt şəhəri, MİK-17, ev 55, mənzil 4- də yaşayan I qrup xəstəliyə görə əlil Əliyev
Mikayıl Seydulla oğlunun bildirdiyinə görə, Bakı şəhəri B.B.Məcidov küçəsi ev 55-də
yaşayan 12.09.1985-ci il təvəllüdlü Talıbova Cəlalə Əfsər qızı onun inam və etibarından
sui-istifadə edərək dələduzluq yolu ilə 9972 manat pulunu mənimsəyib. M. Əliyev deyir ki,
Cəlalə Talıbova tərəfindən aldadıldığını biləndən sonra məhkəməyə müraciət edib.

Bakı şəhər Yasamal Rayon Məhkəməsi tam obyektiv araşdırma apardıqdan sonra 18 iyul
2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Əliyev Mikayıl Seydulla oğlunun cavabdeh Talıbova
Cəlalə Əfsər qızına qarşı pul tələbinə dair iddiası təmin edilmiş, borclu Talıbova Cəlalə
Əfsər qızından 9972 manat məbləğində borcun və məhkəməyə ödədiyi 30 manat dövlət
rüsumun cəmi 10002 manat pulun tutularaq Əliyev Mikayıl Seydulla oğluna ödənilməsini
qət edib.

Cəlalə Talıbova borcunu ödəməkdən yayınaraq və vaxt qazanmaq üçün Bakı Appelyasiya
Məhkəməsinə müraciət edib. Bakı Appellyasiya Məhkəməsi 17 yanvar 2017-ci il tarixli
qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qətnaməsi
dəyişdirmədən qüvvədə saxlanmasını qət edib. Bu dəfə Cəlalə Talıbova Azərbaycan
Respublikası Ali Məhkəməsinə müraciət edir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2017-ci il iş №
2(102)-3950 saylı qərarı ilə Bakı Appellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərarı
qətnaməsi dəyişdirilmədən qüvvədə saxlayır.

Qərarın icrası Yasamal Rayon Məhkəməsinin icra şöbəsinin icra məmuru Orxan
Abdullayevin icraatında olsa da, lakin həmin qərar icra olunmur.

Ali Məhkəmənin qərarının icra olunmadığını görən Mikayıl Əliyev məcburiyyət qarşısında
qalıb aidiyyəti qurumlara müraciət edib. Yasamal rayon İcra şöbəsi aidiyyatı qurumların
diqqətini yayındırmaq üçün borclu Cəlalə Talıbovanın iddiaçı Əliyev Mikayıla 10002
manat olan borcun ödənilməsi barədə Ali Məhkəmənin qərarın icra olunmamasına səbəb
kimi borclu Cəlalə Talıbovanın yaşadığı ünvanın müəyyən edilməməsini göstərir. Çox
qəribə məntiqdir, axı Cəlalə Talıbova xarici dövlətdə yox, Azərbaycan Respublikasında
yaşayır. Görəsən, Yasamal Rayon İcra şöbəsinin Məhkəmə qərarının icra olunmamasına
göstərdiyi səbəbin qanunamüvafiq olub-olmadığı barədə düşünüblərmi?

Nəhayət, Mikayıl Əliyevin aidiyyatı qurumlara etdiyi çoxsaylı müraciətlərin
getdikcə artdığını görən Yasamal Rayon Məhkəməsinin İcra şöbəsinin İcra məmuru
Orxan Abdullayev iddiaçı Mikayıl Əliyevi, borclu Cəlalə Talıbovanı və borclunun
atası Əfsər Talıbovu dəvət edib onlarla danışıq aparır. 01.05.2018-ci il tarixində
Cəlalə Talıbovanın atası Əfsər Talıbov Yasamal Rayon Məhkəməsinə ərizə ilə
müraciət edərək, qızı Cəlalə Talıbova iddiaçı Əliyev Mikayıla olan 10002 manat
borcun ödəyə bilməyəcəyini bildirir və borcun ödənilməsi üçün öhdəliyi bir valideyn
kimi öz üzərinə götürmək üçün xahiş edir və bu məqsədlə Daxili İşlər Nazirliyinin
təqaüdçüsü kimi aldığı 553 manatın, 250 manatının tutulub iddiaçıya verilməsi
barədə qərar çıxarılsın. İddiaçı da mövcud vəziyyəti nəzərə alaraq razılıq ərizəsi
verir.

Bakı şəhər Yasamal Rayon Məhkəməsi həmin ərizəni rədd edərək, İş № 8(04)-
676/2018 saylı 04.05.2018-ci il tarixli qərardad qəbul edir. Həmin qərardadda bildirilir ki,
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən
Cəlalə Talıbovanın atası işdə iştirak etməmiş şəxs olduğu üçün onun ərizəsi qəbul edilə
bilməz. Yəni, onun pensiyasından tutulub qızı Cəlalə Talıbovanın borcunun əvəzinə ödənilə
bilməz.

Halbuki Cəlalə Talıbova subaydır, atasının axırıncı övladıdır və onunla birgə yaşayır.
Əfsər Talıbovun oğlan övladı olmadığı üçün hal-hazırda Cəlalə Talıbova onun bütün
mülkünün varisi sayılır. Lakin əfsuslar olsun ki, məhkəmə prosesi zamanı bunların heç biri
nəzərə alınmamışdır.

Yasamal Rayon Məhkəməsi mövcud vəziyyəti tam obyektiv araşdırmadan Əliyev
Mikayıl Seydulla oğlunun I qrup əlil olmasını nəzərə almadan yenə borclu Cəlalə
Talıbovanın borcunu ödənilməsindən yayınması üçün şərait yaradır.

Sözügedən məsələ ilə əlaqədar araşdırma apardığımız zaman məlum oldu ki, Cəlalə
Talıbovanın dələduz olması barədə olan faktlardan biri də Nəsimi Rayon Polis İdarəsinin
İstintaq şöbəsinin rəisi Oruc Əmiraslanovun Yasamal rayon İcra şöbəsinin icra məmuru
Orxan Abdullayeva 13 mart 2018-ci il tarixli 082-72561218 saylı məktubudur. Həmin
məktubda bildirilir: “ Talıbova Cəlalə Əfsər qızının Azərbaycan Respublikasının CM-nin
178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə daair 170070296 saylı cinayət işi
üzrə ibtidai istintaq davam edir.

Cəlalə Talıbovanın atası Talıbov Əfsər Kərim oğlu Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının üzvüdür və peşəkar hüquq müdafiəçisidir. Onun “peşəkar vəkil” olması
barədə əsas dəlillərdən biri də qızı Cəlalaə Talıbovanın Ali Məhkəmənin qərarının icra
olunmaması üçün yaratdığı süni əngəlliklərdir. Daha doğrusu onu bu sahədə “Qəhrəman”
da adlandırmaq olar. Məhz onun “fədakarlığı” nəticəsində qızı Cəlalə Talıbova Mikayıl
Əliyevi 2015-ci ildən maddi və mənəvi təzyiqlərə məruz qoyaraq 1000, 2 manat (on min
iki) manat pulu dələduzluq yolu ilə mənimsəsə də, lakin atasının “Qəhrəman” lığı
nəticəsində onun üçün qanunamüvafiq heç bir tədbir görülməmişdir.

Araşdırmalar göstərir ki, Cəlalə Talıbovanın dələduzluğunun qurbanına çevrilən
təkcə Mikayıl Əliyev deyil, bir çox vətəndaşlar vardır. Hal-hazırda Cəlalə Talıbova və onun
atası Əfsər Talıbov məsuliyyətən boyun qaçırmaq üçün əlaqə telefonlarını söndürüblər.

Sual olunur. Əgər ziyalı bir ailənin qız övladı xəstə və əlil insanın başına bu cür oyunları
gətirirsə, vay bu millətin halına!

Hal-hazırda I qrup olan xəstə əlil Mikayıl Əliyevin taleyi futbol topuna çevrilib,
Yasamal rayon məhkəməsində bir-birinə ötürülür. Görəsən, nə vaxtsa, aidiyyatı qurumlar
bu köməksiz insana öz kömək əlini uzadarlarmı?
Araşdırmamız davam edir.

Araşdırmanı apardı:

ZamanTV-nin Redaktoru Zahid Səmədov
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO