Ölkənin Bank-maliyyə sistemini kim və niyə çökdürür? Qəsd…, qeyri-peşakarlıq… və ya savadsızlıq…

23:30 21.06.2018 587
Ölkənin Bank-maliyyə sistemini kim və niyə çökdürür? Qəsd…, qeyri-peşakarlıq… və ya savadsızlıq…

Son günlər ölkə mətubatı “GünayBank” ASC-də baş vermiş böyük bir talançılıq xəbəri ilə çalxalanır.

Bankın ən yüksək postlarının birində olturan Emin Zeynalov adlı İdarə Heyətinin sədr müavini olan gənc bir oğlanın Banka etibar etmiş şəxslərin 100 milyondan artıq pul vəsaitini mənimsəyərəq qeybə çəkilməsi inandırıcı deyildi. Yəni “GunayBankın” uzun bir müddətdir oləknin valyuta əməliyyatları üzrə “qara bazarı”ın maliyyələşdirəni rolunda çıxış etdiyi heç kimə sirr deyil. Bankda yoxa çıxan məbləğin 100 milyondan artıq olduğu deyilir. Bu proseslərlə bağlı qısa jurnalist araşdırması həyata keçirdik. Araşdırmalarımız zamanı müəyyən olundu ki, oğurlanmış pulların sahibləri arasında həm bankın müştəriləri, həm də, iş adamaları mövcüddür. Belə ki, iş adamlarının böyük mələğdə vəsaitlər bankda qəbul edilməklə onlara hər ay üçün 3-5 % həcmində faizlər ödənilirmiş, özüdə bu faizlər məhz Bankın kassalarından ödənilirmiş. Ona görədə bu məbləğdə vəsaitlərin guya biznes portnyorları arasında şəxsi borc problemləri olması inandırıcı deyil. Həmçinin Bankda yoxa çıxan 100 milyon məbləğin ay ərzində bir neçə dəfə dövr etdiyini nəzər salasaq, sadə bir hesablama ilə bank tərəfindən mütəmadi olaraq hər ay ərzində 1 milyarddan artıq valyutanın qara bazara ötürülməsi və ofşor şirkətlər vasitəsilə ölkədən çıxarılması şübhəsizdir.

Bəli, 1 milyard və bu dövriyyədən qazanılan milyonlar, məqsəd isə heç bir qaydalara sığışmayan “çirkli pulların yuylması” əməliyyatları üzrə çox asan və sadə yolla milyonlara sahib olmaqdır. Ötən illər ərzində bütün növ və iri həcmli valyuta mübadiləsi və ya ölkədən valyuta vəsaitlərinin çıxarılmasında Bankın hegemon rol oynaması faktdır və danıla bilməz. Maraqlısıda odur ki, bütün bu əməliyyatlar Bankın kassalasrında aparılmasına baxmayaraq heç bir halda rəsmiləşdirilməmiş bankın yekun mənfəətində əks olumamış, əldə olunmuş milyonlarla gəlirlər qeyri-rəsmi formada şəxsləşdirlilmişdir.

Bankın sahibində və rəhbərliyində bu arxayınçılıq haradan idi?

Uzun müddətdir (1992-ci ildən) fəaliyyət göstərməsinə baxmayaraq bu bank uzun illər ərzində ölkədə həyata keçirilən ofşor köçürmələri və valyuta əməliyyatarı üzrə “qara bazar”ın formalaşmasındakı fəaliyyəti ilə məhşurlaşmağa başladı.

Belə ki, Respublikada Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldıqdan və bank fəaliyyəti üzrə nəzarət funksiyaları palataya keçməsi ilə “Günaybank”a sanki ikinci nəfəs verildi. Səbəbsiz deyil…


Ölkənin Bank-maliyyə sistemini kim və niyə çökdürür? Qəsd…, qeyri-peşakarlıq… və ya savadsızlıq…
Uzun müddət Ölkənin bank sektorunda sakitliyini qoruyan, fəaliyyətdə olması, belə xəbər mövzusu olmayan bir Bank son illər ərzində onlarla filialı açmaqla geniş bir filial şəbəkəsinə malik olmaqla çox böyük məbləğlərdə xarici valyuta əməliyyatlarının mübadiləsi və xüsusilə ofşor əməliyyatlarının aparılması ilə tanındı. Yeni filialların açılmasında məqsəd, yuxarıda qeyd etdiymiz fəaliyyət sahələri üzrə daha çox əməliyyatlar həyata keçirməklə bu sahə üzrə, dolayısı ilə xarici valyuta üzrə “qara bazar” və ofşor əməliyyatları üzrə daha çox iri həcmli mübadilə və köçürmələrə görə lap çox qazanmaq.

Bank sektorunda baş verən bu kimi hallar, ümumilikdə banklara olan inama ciddi zərbə vurur, əmanətlərin geri çəkilməsinə səbəb olur. Bütövlükdə bank sektoru üçün ciddi zərbədir.

Lakin, “GünayBank”da aparılan bu əməliyyatlardan ölkədə hamının xəbərdar olduğu bir vaxtda, Palatanın bankın bu cür fəaliyyətinə göz yumması maraq doğurmaya bilməz. Səbəb?…

Araşdırmalar zamanı Palatanın səssizliyin səbəbi aydınlaşmağa başlayır. Belə ki, araşdırmalarmızın nəticəsi olaraq Palatanın yeni yarandığı dövrdə “GünayBank”ın sahibi Mahmud Məmmədovla direktorlar şurasının sədri Rüfət Aslanlının çox yaxın münasibətdə olduğu Bank sektorunda heç kimə sirr deyildi. Hətta palatanını işçilərinin məlumatlarına əsasən bu bank vasitəsilə xaricə çıxarılmış pul köçürmələrinə maliyyə monitorinqi xidməti tərəfindən xüsusi yanaşma edilərək, ölkədən çıxarılan pul kütləsi üzrə statistik məlumatlarda və həyata keçirilmiş valyuta mübadilə əməlyyatlarının icmal hesabatlarında bu bankda aparılmış əməliyyatlar nədənsə ya əks olunmur, və ya yekun nəticələrdə Palataya sərf edən düzəliş olunmuş formada göstərildi. Əvəzində isə M.Məmmədov hər ayın sonu R.Aslanlının yanına hesabata gəlirmiş, dolayısı ilə qeyri-rəsmi qazancından R.Aslanlında payını verirmiş. Məhz bu kimi paylar hesabına R.Aslanlının əsl zədagən həyatı yaşaması, bahalı şərablar istifadə etməsi, xarici ölkələrdə bahalı kurotlarda dincəlməsi, bahalı otellərdə qalması haqqında əvvəllər mətbuatda məlumatlar yazılmışdır.

Palatada R.Aslanlı hökmranlığının sona çatdığını hiss edən M.Mammədov bundan sonra İ.Alışovla münasibət qurmağa çalışır və ikincinin pula olan hərisliyi bu işbirliyinin alınmasında müstəsna rol oynayır. Belə ki, əldə etdiymiz məlumatlara əsasən “GünayBank”ın Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, bina 6/8, ünvanda yerləşən filialının bir başa sahibinın Palatanın İcraçı direktoru İbrahim Alışov olduğu dəqiqləşdirə bildik. Həm də, onu dəqiqləşdirdik ki, Bankın həyata keçirdiyi “qara bazar” və ofşor əməliyyatlarının böyük bir hissəsi bu filial vasitəsilə məhz İ.Alışovun nəzarəti altında həyata keçirilmişdir. Yəni uzun illər “Zamin Bank” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi 94 ünvanında fəaliyyət göstərən “Fizuli” filialına rəhbərlik etmiş İ.Alışov işlədiyi dövrdə bu filialda milyardlarla ABŞ dolları məbləğində iri həcmdə valyuta mübadilə və ofşor əməliyyatları həyata keçirməklə, həmin dövr üzrə 10 (on) milyonlarla vəsait qazanmışdır. Sonradan qısa müddət ərzində “ulduzu” parlayan keçmiş filial müdiri bir anda Ölkənin bank maliyyə sisteminə cavabdeh olan qurumda müvəqqəti olaraq “ikinci şəxs”i kimi Palatada peyda oldu. Cəmi bir il sonra isə faktiki olaraq bu qrumun rəhbər statusuna sahibləndi. İ.Alışovun bu “baş döndürən” yüksəlişinin səbəbi təbii sual doğura bilməzdi. Araşdırmalarımız zamanı məlum oldu ki, İ.Alışov bu vəzifəyə yaxın dostu sayəsində gəlib çıxa bilmişdir.

Onun dostu mühüm dövlət postuna təyin edildikdən sonra öz tanışının “qaranlıq keçmişi”nin belə araşdırılmdan onu bu yüksək vəzifəyə təyin olunmasına nail olmuş, bir il sonra isə Paltada söz sahibi etmişdir. Bütün proseslər planlı şəkildə, əvvəlcədən müəyyənləşdirilmiş qaydada öz axarı ilə davam etmişdi. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının faktiki rəhbəri İbrahim Abışovun bank sahəsində ciddi bir peşəkar, təcrübəli mütəxəssis olduğunu söyləmək qeyri-mümkündür. Ona görə də bankların fəaliyyətinə nəzarət daha da pisləşdi.

Bu illər ərzində keçmişi ilə vidalaşmağı bacara bilməyən, qazandığı pulların dadı damağında qalan İ. Alışov, Palatanın faktiki rəhbəri olduğu dövrdə köhnə peşəsini davam etdirir və bu cür əməliyyatları “Günaybank” vasitəsilə həyata keçirməyə başlamışdır. İ.Alışov bank fəaliyyəti üzrə bəlkədə ən yaxşı və yeganə bildiyi bank sahəsi ofşor əməliyyatlardır.

Təbii ki, bu əməliyyatları Alışov təkbaşına həyata keçirə bilməzdi.Belə ki, bir vaxtlar bu iki dost əslində üçlük idi. İki il əvvəl bağlanılmış “ZaminBank” ASC-nin sahibi N.İsmayılovla birlikdə bu üçlüyün dostuğu dillər əzbəri olmuşdu. Lakin sonradan dostların karyerasındakı yüksəliş onunla nəticələndi ki, onların ən yaxın dostlarının Bankını bir gecədə bağlandı. Hətta o vaxtlar bankda çalışanların dediklərinə görə bankın bağlanılma xəbərini də, N.İsmayılov mətbuatdan eşitmişdir. Palata rəhbəri olan İ.Alışov yaxın dostu Nadir İsmayılovu elə inandırırmış ki, ikinci bağlanılma xəbərini oxuyanda belə inanmaq istəmirmiş.

Əslində 2 gün öncə Palatanın “Günaybank” haqqında mətubatda tirajlanan məlumatlara tələm-tələsik münsibət bildirərək Bankda 1 aydır yoxlama aparıldığını və bütün normativlərin qaydasında olması haqqında yersiz açıqlaması nədən xəbər verir…

Araşdırmalarımız zamanı müəyyənləşdirə bidik ki, bankda doğrudan da, Palata tərəfindən yoxlama aparılır, lakin 1 ay deyil, məhz bank haqqında bu məlumatlar mətbuatda əks olunan kimi, İ.Alışovda öz növbəsinə narahatçılıq keçirmiş, bu bank vasitəsilə həyata keçirdiyi çirkli işlərinin ifşa olunmaması və bu əməllərini ört-basdır etmək məqsədilə tez-tələsik özünə yaxın bildiyi Palata işçiləri vasitəsilə bankda yoxlama başlatdırmışdır. . İ.Alışovun məqsədi, digər dövlət qurumlarının Bankda yoxlama apara biləyəcəyi ehtimalını hesablayaraq baş verən əməliyyatların gizli qalması üçün bankda aparılan yoxlama vasitəsilə öz əməllərinin ifşa olunmamasına çalışır.

Yoxsa yoxlama nəticəsi bilinmədən, Bankın rəhbəri Mahmud Məmmədovun 3 gün öncə verdiyi açıqlamanı təsdiqləməklə Palata cəmiyyətə hansı mesajı vermək istəyir

Əldə etdiymiz, lakni dəqiqləşdirə bilmədiymiz məlumatlara görə İ.Alışov bu bankda da, törətdiyi əməllərini ört basdır etmək məqsədilə vəzifə səlahiyyətlərindən istfadə etməklə Bankın bağlanılmasına çalışır. Belə ki, “Günaybank”ıda “Zaminbank”ın taleyi gözləyir. Bu səbəbdəndir ki, M.Məmmədov çox danışıb, səs küy salmamış, baş verənlərdə kimlərin əlinin olduğunu müəyyən dairələrdə açıqlamamış guya onunla yaxın olduğunu sübut etmək üçün İ.Alışov, Mahmud Məmmədovu arxayınlaşdırmaq üçün onunla həmrəylik nümayiş etdirir.

Əslində isə Məmmədovun üzərinə oynalınan oyuna əsasən qarşıya qoyulmuş məqsəd, yoxlamadan dərhal sonra bütün baş verənlərin səbəbkarı və günahkarı kimi onu göstərməklə, müəyyən dairələrlə əlaqəsini kəsmək və mümkün qədər qısa müddətdə Bankın lisenziyasını geri çağırmaqdan ibarətdir.

Məlumatlara görə Emin Zeynalov hal-hazırda hüquq mühafizə orqanları tərəfindən həbs olunub.(azinforum.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO