Yerli mediada yayımlanan xəbərlərdə "Azərenerji” və "Azərişıq” ASC enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət edildiyi bildirilir. Qeyd olunur ki, enerji qiymətləri 14-16 qəpiyədək qaldırılacaq.
Məsələyə aydınlıq gətirmək üçün adıçəkilən iki qurumla əlaqə saxalsaq da, yalnız "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mövqeyini öyrənə bildik.
Sfera.az-a açıqlama verən "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, "Azərişıq” ASC icraçı qurumdur, öhdəlikləri yerinə yetirir. T.Mustafayev Tarif Şurasına müraciət edilməsi ilə bağlı yazılan məlumata da aydınlıq gətirib: "Bizim tərəfimizdən Tarif Şurasina müraciət edilməyib”.
Sfera.az
Zamantv.az