Qazağın icra başçısına ittiham - “Meşəni qırdırır”
Gündəm
12:2021.06.2018525
zər Məmmədli: “Bu yaşıllıq mərhum prezident Heydər Əliyevin dövründə salınıb”
Qazax rayon sakini Azər Məmmədli “Yeni Müsavat” qəzetinə müraciət edərək, rayonda 54 hektar meşə sahəsinin məhv edilməsi ilə bağlı məlumat verib. Şikayətçi bildirib ki, müvafiq qurumlara müraciət edib, kömək ala bilməyincə, məsələni ictimailəşdirmək qərarına gəlib. O, şikayətini geniş formada aşağıdakı kimi bildirib:
“Bildirmək istəyirəm ki, 1969-cu ildə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə salınmış 54 hektar meşə sahəsinin (25 mindən çox ağac var) artıq yüzlərlə ağacı qırılıb. Meşənin Qazax bələdiyyəsinin mülkiyyətinə heç bir aidiyyəti olmasa da Qazax bələdiyyəsi tərəfindən ”Turan bank"da hesab açılıb və hər sotunu 800 manatdan vətəndaşlara satmaq adı ilə hesaba pul köçürülür. Torpağın satılmasına və vətəndaşlar tərəfindən hesaba köçürülən pullara birbaşa Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov nəzarət edir.