Paşinyan hökuməti: manyakdan tutmuş kokain ticarətçisinə qədər…

11:40 19.06.2018 521
Paşinyan hökuməti: manyakdan tutmuş kokain ticarətçisinə qədər…


Ermənistanın baş naziri Nikol Paşinyan növbədənəkənar parlament seçkilərinin keçirilməsini sürətləndirmək üçün seçki qanunvericiliyinin qəbulundan sonra istefa verməyə hazırlaşır.
Beləliklə, Paşinyan bu ilin sentyabr ayına təyin edilən növbədənkənar parlament seçkiləri vasitəsilə hökumətin sabiq başçısı Serj Sarqsyana sadiq olan deputatları tam neytrallaşdırmaq istəyir. Bu hadisələrin nələrə səbəb olacağı, Paşinyanın onun hökumətini dəstəkləyəcək parlament qura bilib-bilməyəcəyi açıq qalan məsələlərdir.
Bu gün Ermənistan cəmiyyətini daha çox hökumətdə və digər yüksək vəzifələrdə edilən son təyinatlar maraqlandırır, daha çox isə narahat edir.
Məsələn, N.Paşinyanın Smbat Qoqyanı Ermənistan Ali Attestasiya Komissiyasının rəhbəri vəzifəsinə təyin etməsi sosial şəbəkələrdə və mətbuatda fırtınaya səbəb olub. Onun kimliyi ermənilərdə, yumşaq desək, narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri yeni təyin olunmuş məmuru faşist, manyak və özünü idarə edə bilməyən insan kimi xarakterizə ediblər. Yeri gəlmişkən, onun yalnız bir şəkli hər şeydən xəbər verir.
Paşinyan hökuməti: manyakdan tutmuş kokain ticarətçisinə qədər…

Georgi Muradyan

Ermənistan baş naziri müavininin müşaviri vəzifəsinə ölkənin Odessadakı keçmiş konsulu, Ermənistanda və ondan kənarda daha çox “Jorik” kimi tanınan cinayətkar Georgi Muradyanın təyin olunması isə Ermənistanda peşəkar qıtlığının və ya baş nazirin peşəkarı səriştəsiz şəxsdən ayıra bilməmisinin bariz nümunəsidir.
G.Muradyanın adı vaxtaşırı KİV-də polisin həftəlik hesabatlarında çıxıb: o, narkotik alveri ilə məşğul olub və böyük miqdarda kokain qaçaqmalçılığına görə azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra Ermənistan parlamentinin sədri, sonradan ölkənin baş naziri olan Ovik Abramyan onu “qanadları” altına alıb. G.Muradyan bir müddət onun baş müşaviri vəzifəsində çalışıb, 2012-ci ildə isə Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Odessadakı baş konsulu vəzifəsinə təyin olunub.
Oxucuların diqqətini cəlb etməyin zəruri olduğu başqa bir şəxs Ermənistanın yeni mədəniyyət naziri Lilit Makuntsdur. Belə ki, daha əvvəl “Lenta.Ru” yeni nazirin “Facebook” səhifəsində “Mədəniyyət mənəm, o, hər birimizdə olduğu kimi, həm də məndədir” yazmasının sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olduğunu, nəticədə nazirin postunu sildiyini yazıb.

Paşinyan hökuməti: manyakdan tutmuş kokain ticarətçisinə qədər…
Lilit Makunts

Sonradan L.Makunts hərəkətinə bəraət qazandırmaq üçün yazdıqları ilə maraqlananlara onun, mədəniyyətin harada olduğunu, onların harada görüşdüklərini izah etmək istədiyini bildirib. Bundan əlavə, ermənilərin hamısı onun kim olduğunu və haradan gəldiyini anlamağa çalışırdılar. Sonda cavabı Rusiya-Ermənistan (Slavyan) Universitetinin tələbələri tapıb.
“Bu ki bizim ingilis dili müəllimimizdir” – deyə bir qız elə həmin “Facebook”da yazıb. Onun sözlərini digər tələbələr də təsdiqləyiblər. Sonradan məlum olub ki, L.Makunts müxalif Erməni Milli Konqresi üzrə N.Paşinyanın keçmiş silahdaşıdır, hətta 2012-ci ildə bu blok siyahısına əsasən parlamentə namizədliyini də irəli sürüb. Onun 34 yaşı var, liberaldır, Ermənistan Liberal Partiyasını təmsil edir.
Amma DJ Ed Ward kimi də tanınan 30 yaşlı Eduard Ağacanyan hökumət aparatının rəhbəri vəzifəsinə təyin olunmasına heç bir izah da gətiməyib. O, N.Paşinyanın çoxdankı tərəfdarıdır, yeni təyinata qədər Paşinyanı hakimiyyətə gətirən “Yolk” blokundan Yerevan Ağsaqqallar Şurasının (paytaxt bələdiyyəsinin idarəetmə orqanı) üzvü olub. E.Ağacanyanın atası Yerevanda elit restoran sahibidir, elektrik cihazlarının satışı üzrə böyük ticarət zəncirində pay sahibidir, oğul isə siyasi fəaliyyətlə yanaşı, iaşə sahəsində biznes qurmağa çalışıb. Amma görünür, Monako Beynəlxalq Universitetinin iki diplomu da işə yaramayıb və o, indi siyasət aləmindədir.

Paşinyan hökuməti: manyakdan tutmuş kokain ticarətçisinə qədər…
Eduard Ağacanyan

Bu, Paşinyanın hökumətdəki 11 silahdaşı arasında “uğursuz təyinatlar”la bağlı sadəcə bir neçə nümunə idi. Onun ətrafını ictimaiyyət müsbət qarşılamır, əksinə, son hadisələr yeni baş nazirin hakimiyyətinin yalnız onun şəxsiyyətindən asılı vəziyyətdə olduğunu göstərir.
Lakin N.Paşinyan “Facebook”da post yerləşdirməklə artıq özünə bəraət qazandırmağa çalışıb: “Biz düzgün kadr siyasəti aparmaq istəyirik, amma bu heç də həmişə alınmır. Amma təyinatlar da bu ana qədər fəlakətə gətirib çıxarmayıb. Belə olarsa, sizi əmin ediriəm, məmur məsuliyyət daşıyacaq”. Bu vəziyyət nə qədər davam edəcək? Küçə inqilabının keçmiş lideri ölkəni cinayətkar, DJ-biznesmen, manyak və erməni cəmiyyətinin digər “qaymaqları” ilə idarə edə biləcəkmi? O, ən azı buna inanır və xalqı da inanmağa çağırır. (cebhe.info)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO