Afaq Aslan: "İndiyə qədər nə içki içmişəm, nə damağımda siqaret görən olmayıb" - VİDEO
Gündəm / Şou
15:1018.06.2018829
Azərbaycanlı müğənni Afaq Aslan növbəti dəfə səs-küyə səbəb olacaq açıqlamalar verib.
Müğənni ARB TV-nin "Sirdaş Rövşanə" proqramında maraqlı anlar yaşanıb. A.Aslan verilişdə onu tənqid edənləri şiddətlə qınadığını deyib:
"Elə qadın var ki, bədəni gözəldir. Lakin o qədər qapalı geyinir ki, sən onun həyat tərzinə baxsan, qadınlığına nifrət edərsən. Gəzmədikləri ocaq başı qalmır. Oturub-durmaqdıqları bucaq qalmır. Onun-bunun sevgilisini əlindən alırlar. Heç vaxt heç kimi geyiminə görə müzakirə etmək olmaz. İndiyə qədər nə içki içmişəm, nə damağımda siqaret görən olmayıb. Uşaqlıqdan idmanla məşğul olmuşam", - deyə Afaq Aslan bildirib.