Xaçmazda şəhid Orxan Çobanovun xatirəsi əbədiləşdirilib

09:15 12.08.2021 836
Xaçmazda şəhid Orxan Çobanovun xatirəsi əbədiləşdirilib

Xaçmaz rayonunun Pirquluoba kəndində Vətən müharibəsi şəhidi, gizir Orxan Çobanovun xatirəsi əbədiləşdirilib. Bu məqsədlə kənddə abidə-bulaq kompleksi inşa olunub. Açılış tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının müavini Bəxtiyar Osmanov, rayonun digər idarə-təşkilat əməkdaşları, şəhid valideynləri, qazilər, kənd sakinləri və digər kəndlərdən gələn insanlar da iştirak edib. Belə xatirə komplekslərinin artıq rayon ərazisində bir neçəsinin istifadəyə verildiyini vurğulanıb. Daha sonra şəhid valideynləri, yaxınları, qazilər, şəhidlərin xidmət yoldaşları və ictimaiyyət nümayəndələri çıxış ediblər. Birinci və İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərin abidəsi, "Vətən müharibəsi Qəhrəmanı" Orxan Çobanovun xatirəsinə tikilmiş bulaq kompleksi, yaşıllıq zolağı və bulağın üzərində digər şəhidlərin şəkilləri mərmər lövhə üzərinə həkk olunub. Orxan Çobanov 1997-ci il avqustun 2-də Xaçmaz rayonunda dünyaya göz açıb. Əsgərliyini başa vurduqdan sonra Orxan müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Gizir Orxan Çobanov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. O, göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin işğaldan azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Bulağın açılış mərasiminin iştirakçıları əvvəlcə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Orxan Çobanovun şərəfli həyat yolundan danışıb. Bildirilib ki, şərəfli döyüş yolu keçən Orxan və onun kimi şəhidlərin xatirəsi heç bir zaman unudulmayacaq. Onuda qeyd edək ki, şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Rima Ağakişiyeva
BasharaTV , ZamanTV.az -Xaçmaz.

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO