Artıq bir ildən çoxdur ki, bütün dünyada koronavirus pandemiyası tüğyan edir. Bir çox mütəxəssislər bu pandemiyanın hələ bir neçə il davam edəcəyini proqnoz edirlər. Amma vaksinasiyanın koronavirus pandemiyasını daha tez bitirəcəyi ilə bağlı fikirlər də səsləndirilir. Bəs Azərbayaycanda koronavirus pandemiyası nə zaman bitəcək?
Bununla bağlı danışan professor Adil Qeybulla bildirib ki, pandemiyanın gedişatı proqnozlaşdırılmır, amma nə qədər uzansa da, bunun bir sonu var:
"Bu viruslar mutasiyaya uğradıqca tədricən sıradan çıxırlar. Bilirsiniz ki, bu gün bütün dünyada vaksinasiya prosesi gedir. Mən düşünürəm ki, yaya qədər biz bu xəstəliklə vidalaşacağıq. Amma insanlardan da məsuliyyət tələb olunur. Belə ki, vaksinasiyaya məsuliyyətli yanaşmaq və karantin qaydalarınaa əməl etmək vacibdir. Əgər məsuliyyətli yanaşılıb qaydalara əməl edilərsə və kolletiv immunitet formalaşarsa, yaya yaxın biz bu xəstəliklə vidalaşa bilərik".
Zamantv.az