Astaranın icra başçısı belə arxayınlaşıb ki... - Şikayətçiləri də qəbul etmir...

21:27 12.04.2021 227
Ayağını çətinliklə çəkir. Dərindən köks ötürür, sanki nəfəsi çatmır. Üzündəki kədəri görməmək mümkün deyil...

ZamanTV.AZ bildirir ki, bu Astara şəhər sakini Fəridə İbayeva-dır. Onu yay-qış, rayonun mərkəzi bazarının giriş hissəsində görmək olur. Gah yumurta satır, gah tərəvəz. Fəridə İbayeva bunları deyir: “Mənim 78 yaşım var. İki övladımı mən dolandırıram. Oğlum Cəfərov Qadir Məmməd oğlu 10 ildir iş axtarır, tapa bilmir. Hər iş olsa razıdır, təki iş olsun. Oğlumun 50 yaşı var, ali təhsillidir, imkansızlıqdan indiyə kimi onu evləndirə bilməmişəm. Şəhərdə yaşadığımıza görə, bizə pay torpaq düşmədi. Mən pensionerəm. Aldığım 240 manat pensiyadır. Aldığım pensiya işığa, qaza yavan çörəyə çatır. Acınacağlı vəziyyətdə yaşayırıq. Mən həm də əmək veteraniyam.”

“Yaşlı adamam, məni top kimi fırladırlar”

O deyir ki, oğluna iş tapmaq üçün Azərbaycanın Birinci vitse prezidentinə də müraciət edib:
“Mehriban xanıma şikayət ərizəsi yazmışam. Ərizəni Lənkəranda yerləşən 15 saylı Ərazi Məşğulluq Mərkəzin filialına göndəriblər. 4-5 dəfə filialın Astaradakı nümayəndəliyində olmuşam. Sonra da Astara Qaz İstismarı məntəqəsinə getmişəm. Dedilər ki,get Məşğulluq İdarəsindən kağız gətir, oğlunu fəhlə götürək. Yaşlı adamam, məni top kimi fırladırlar. Bu məmurlar haçana kimi öz işlərini düzgün quracaqlar? Hansı məmurun oğlu işsizdir? Bu qapıları nə qədər gəzim? Get-gəl. Allaha and olsun, elə gün olur ki, çörək pulu tapmırıq.”

Fəridə İbayeva qeyd edir ki,bazarda onun kimi yaşlı qadınlar çoxdur, hamsı da xəstə:

“Ehtiyac bizi məcbur edir. Bazar da ölüb. Koronavirusdan əvvəl alver var idi.”

Onun sözlərinə görə, məmurlar koronavirusu bəhanə kimi istifadə edib adamların şikayətlərini qəbul etmirlər:

“Dedilər ki, bizlik deyil”

“Astara Rayonun İcra Hakimiyyəti başcısının Aparatına getmişdim. Dedilər ki, icra hakmiyyəti başçısı şikayətçiləri qəbul etmir. Edəndə də küçədə qəbul edirlər. İcra hakimiyyəti başçısı iki aydır ki, qəbul keçirtmir. Şəhər nümyəndəliyinə getdim.Dedilər ki, bizlik deyil. Bu işlərə başçı baxır.Başçı gərək göstəriş versin, oğlun işlə təmin olunsun.”

Fəridə İbayeva deyir ki, onun kimi imkansızlara edilən yardımlar da kəsilib:

“Gündə bahalaşma gedir”

“Həyat yoldaşım hərbi əlil idi, rəhmtə gedib. Ona görə bizə yardımlar edirdilər. İki ildir ki, yardımlar da dayanıb. Bu nə şəraitdir yaşayırıq? Sovet dövründə 90 manat pul alardıq, ailəni saxlayardıq. Gündə bahalaşma gedir. 240 manat heç bir şey olub. Ət dilmizə dəymir. Gəlsinlər baxsınlar hansı gündəyik?”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO