Azərbaycan Ordusu Erməniləri Şuşada BELƏ ALDATDI - VİDEO

15:34 24.11.2020 346
Azərbaycan Ordusu Erməniləri Şuşada BELƏ ALDATDI - VİDEO
Şuşaya hücumumuzu heç kim gözləmirdi. Düşmən düşünürdü ki, ordumuz cənubdan Laçına gedəcək. Amma hər şey əksinə oldu. Şuşa qələbəsinin yeganə bir sirri var. Bu gün bir bax kanalında Şuşa qələbəsinin altında yatan həmin sirdən xəbərdar olacaqsınız. Diqqətiniz bizdə olsun!

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirir:

Döyüşlərin ilk həftəsinin sonunda xəritələr üzərindən də gördük ki, Ordumuz iki istiqamətdən əks-hücum edir - şimal istiqaməti, Murov dağı tərəfdən və cənub, İran sərhəd boyu. Hətta peyk vasitəsi ilə yayılan xəritələri izləyən bir çox insan ordumuzun şimaldan hücumunun dayandırıldığını, məhz buna görə cənubdan irəlilədiyini düşünməyə başladı.
Bu, bir aldatma idi - çox düşünülmüş, strateji cəhətdən düzgün seçilmiş bir taktika idi. Yəni bu taktika bizə imkan verdi ki, düşməni istədiyimiz nöqtəyə geri çəkilməyə məcbur edib və ya əksinə, istədiyimiz nöqtədə saxlaya bilək.

Düzdür, düşmən cənubda müntəzəm məğlubiyyətlə üzləşirdi, ancaq daim elə bir vəziyyətdə saxladıq ki, düşmən bizim əsas istiqamətimizin hansı olduğunu seçə bilmədi. Düşmən elə bildi ki, biz ola bilsin ki, mərkəzdən hücum edəcəyik. Lakin bir çox ekspertin də qeyd etdiyi kimi, bu, sürətli müharibə idi. Bizə sürət baxımından üstünlük əldə etmək lazım idi. Sürəti də təmin etmək üçün məhz cənub istiqamətindən hücum edildi. Onu da qeyd edim ki, bu bölgələr düzənlik olduğu üçün və Azərbaycanın texniki imkanlarını nəzərə alaraq, bizə lazım olan sürət üstünlüyünü təmin etdi.

Digər tərəfdən, əlbəttə, İranla sərhədi tam bərpa etməli idik. Buna görə də Ordumuz Zəngilan, Cəbrayıl istiqamətində yolu bağladı. Bu da vacib bir amildir.

Türkiyə istehsalı olan "Bayraqdar” və İsrail istehsalı "Harop” PUA-larının qələbəmizdə rolu böyükdürmü?
Polkovnik deyir:
Əlbəttə, PUA-nın müasir silah növü olaraq əhəmiyyəti danılmazdır. Lakin mən deməzdim ki, PUA-lar bütün məsələləri həll etdi. Birincisi, PUA-nın döyüş imkanları birbaşa hava şəraitindən asılıdır. Yəni hava şəraiti aydın olmalıdır ki, PUA-lar verilən tapşırığın öhdəsindən yüksək dəqiqliklə gələ bilsin. Diqqət etsəniz, aktiv döyüşlərin getdiyi ərazilər başdan-başa dağlıq və meşəlik ərazilər idi. Digər tərəfdən, fəslin də payız fəsli olması heç də hər zaman PUA-nı istifadə etmək imkanı yaratmırdı. Yəni qələbəni PUA deyil, Ordumuz qazanıb. Bu qələbənin qazanılmasında isə əlindəki döyüş texnikalarından istifadə edib.
Müharibədə həlledici rolu ilk növbədə mütəşəkkil komandanlıq oynayır. Baxın, bizim Şuşaya hücumumuzu heç kim gözləmirdi. Düşmən düşünürdü ki, cənubdan biz Laçına, daha sonra isə Şuşaya gedəcəyik. Ancaq bütün gözləntilərə zidd olaraq biz Şuşaya getdik. Şuşa uğrunda gedən döyüş isə hər mənada tarixə düşəcək.
Şuşa döyüşlərində həlledici rolu nə ən yeni silahlar, nə PUA-lar, nə də başqa kənar təsirlər oynadı. Şuşa qələbəsinin tək sirri bizim hərbçilərin peşəkarlığı idi. Şuşada küçə döyüşləri getdi. Orada Azərbaycan əsgəri əlbəyaxa döyüşərək düşmən üzərində qələbə qazandı. Bu da artıq Azərbaycan Ordusunun yalnız texnika yox, əzminə, ruhuna, peşəkarlığına, igidliyinə görə çox güclü olduğunu göstərdi.
- Bəzi şəxslər ümumiyyətlə müharibəni istisna edirdi...
- Əslində, Vətən müharibəsi adlandırdığımız və Müzəffər Ordumuzun qələbəsi ilə bitən müharibənin məhz bu vaxt başlaması müəyyən şəkildə həm bizim üçün, həm də düşmən üçün gözlənilməz oldu. Digər tərəfdən, biz bilirdik ki, qarşımızdakı düşmən 30 ildir müdafiə mövqeyindədir və bu 30 il ərzində necə və nə tipdə müdafiə qurğuları qurublar. Bir çox analitiklər məhz bu səbəbdən müharibəyə başlayacağımız halda 20 minə qədər itkimizin olacağını proqnozlaşdırırdı.

Düşmən gözlədiyimizdən də yaxşı silahlanmışdı. Düzdür, onların silahı 30-40 il əvvəl istehsal olunmuş silahlar olsa da, bu, düşmənin heç də zəif olduğunu göstərmir. Azərbaycan Ordusu isə 21-ci əsrin 4-cü, 5-ci nəsil silahları ilə silahlanıb. Əlbəttə, yeni silahlar qədər bu gün Azərbaycan Ordusunun intellektual cəhətdən inkişaf etmiş bilikli kadrları var. Bunlar hamısı bir yerdə Azərbaycanı artıq yeni 21-ci əsrin tələblərinə cavab verən taktikaya keçməsinə şərait yaratdı.

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO