“Bizim yalnız bir Cəbhəmiz olmalı idi-Qarabağ!..”- Ayaz Mütəllibov

13:16 22.05.2018 820
“Bizim yalnız bir Cəbhəmiz olmalı idi-Qarabağ!..”- Ayaz Mütəllibov
“Ayaz müəllim, bilirsiz,müxalifətə münasibətinizə görə biz Sizə nə qədər rəğbət bəsləyirik?..”

...12 may 2018-ci ildəAzərbaycanın ilkPrezidenti Ayaz Mütəllibovun 80 illik yubileyi tamamlandı. Bu münasibətlə Moderator.az-ın rus versiyasının əməkdaşı tarixin çox mürəkkəb və ziddiyyətli bir dövründə Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşmasında vacib rol oynamış bu dövlətxadimindən geniş müsahibə götürüb.Eks-prezidentin həyatının bütünəsas mərhələlərini əhatə edən müsahibədə Azərbaycanın sabiq rəhbərinin tərcümeyi-halının gözlənilməz məqamları üzə çıxır. Məsələn, məlum olur ki, nə vaxtsa sovet dövründə Ayaz Mütəllibov 5 il ərzində hazırda erməni işğalı altında olan Şuşa şəhərində yaşayıb...

Azərbaycanın ilk Prezidenti ilə yubiley müsahibəsinin 5-ci hissəsinin ən maraqlı məqamlarının tərcüməsini diqqətinizə çatdırırıq...

“Bu demokratlar” başa düşməli idilər ki, onların hərəkətlərindən doğan zərbələr ayrıca şəxsə, yaxud hakimiyyətə yox, bütövlükdə Azərbaycana dəyir...”



(Materialın əvvəlki hissələri üçün bu linkə baxın: http://www.moderator.az/news/226002.html)

-Ayaz müəllim, o vaxtkı Xalq Cəbhəsinin liderləri deyirlər ki, 1988-1992-ci illərdə onlar Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizə aparıblar. Bəs siz o illərdə nə uğrunda mübarizə aparırdınız?

-Mən hakimiyyət uğrunda mübarizə aparanların şüuruna “bunu etmək lazım deyil, biz bundan qazandığımızdan daha çox itirəcəyik” fikrini yeritmək uğrunda mübarizə aparırdım...

-1991-ci il... Siz Azərbaycanın ilk seçilmiş Prezidenti oldunuz... O günlərdə özünüzü xoşbəxt sanırdınızmı?

-Açığı, yox... Ona görə ki, çiyinlərimə hansı ağır yükün qoyulduğunu dərk edirdim... Belə bir rəy formalaşıb ki, guya mən prezident postu uğrunda, hətta ondan əvvəl 1-ci katiblik uğrunda savaşırdım. Xeyr, mən heç kəsdən bu barədə xahiş etməmişəm... Mən o dövrdə öz sahəm üzrə kifayət qədər yüksək vəzifədə işləyirdim. Yəni mən tanınmış təsərrüfat xadimi idim... Öz memuarlarımın bir yerində yazıram ki, hansısa başqa bir şəraitdə vəzifələrə irəli çəkilməkdən sevinmək olardı. Ancaq o dövrdə- Qorbaçovun yenidənqurma gəmisinin bizi haraya apardığını bilmədən gələcəyə inam ola bilməzdi. Mən isə qəti şəkildə bilirdim ki, İttifaq dövlətinin əsaslarının radikal şəkildə dəyişdirilməsi çoxlu bədbəxtliklər gətirəcək... İqtisadi islahatlar hara- separatizm, millətlərarası toqquşmalar hara?.. Axı yenidənqurma bunlara yol verməməli idi... Bunu indi hətta tələbələr də bilir... O zaman isə hər şey tərsinə çevrilmişdi... Hamı küçələrə axışırdı... Vəziyyəti Ermənistanın Azərbaycana təcavüzü də körükləyirdi. Bu isə qarşısına hakimiyyətə gəlmək vəzifəsi qoyanları ruhlandırırdı... Azərbaycanda da, elə Ermənistanda da... Qalan şeylər isə sadəcə, qarnir idi...



Onu daəlavə edim ki,hiss edirdim ki, yaranmış şəraitdə mənim taleyim naməlumdur... Və öz-özlüyümdə hər şeyə hazır idim.. Hətta özümü inandırırdım ki, bu yenidənqurma mənim taleyimə yazılıb. Qarşıda seçim etməli idim: demokratik dəyişikliklərə getməli, yoxsa köhnə metodlarla işləməli?.. Mən demokratik dəyişikliklər yolunu seçdim. Və mənim davranışlarım, gedişlərim, məsələn, Ali Sovetdə 50:50 nisbətində Milli Şura yaradılması... Yəni, deputatların 50 faizi müxalifətdən idi... Bu addımlar ondan irəli gəlirdi ki, mən demokratik islahatlar yolunu ciddi şəkildə tutmuşdum, hətta öz ziyanıma olsa, belə...

-Belə hesab edilir ki, 1990-cı ilin yanvarından 1991-ci ilin noyabrınadək Sizin kadr siyasətiniz o dövr üçün əsasən düzgün olub... Təəssüf ki, 1991-ci ilin 20 Noyabr vertolyot faciəsi bir sıra layiqli silahdaşlarınızın həyatına son qoydu... Bundan sonra isə hakimiyyətiniz sanki məhvərindən çıxdı... Və müxalifət qətiyyətlə Sizin üzərinizə, ermənilər isə Qarabağa hücuma keçdi... Siz özünüzün 1991-ci ilin 20 Noyabrından 1992-ci ilin martınadək, yəni Xocalı faciəsinədək apardığınız kadr siyasətini necə dəyərləndirirsiz?..

-Sovet dövründə kadr siyasəti yaşadığımız sistemin şablonu üzrə qurulurdu. Ancaq yenidənqurma adlanan proseslər başlandıqdan sonra hər şey dəyişildi. Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətə gəlmək uğrunda mübarizəyə başladıqdan sonra bizim kadr siyasəti stabil ola bilmədi... Mən birinci katib, yaxud prezident olaraq heç cür cəbhəçilərin planlarına uyğun gəlmirdim... Yəni onlar mənim yox, mən onların... Ona görədə hər şey mənə zərbə vurulmağa doğru yönəldilirdi...Amma həmin “demokratlar” başa düşməli idilər ki, onların hərəkətlərindən doğan zərbələr hansısa konkret şəxsə, yaxud hakimiyyətə yox, bütövlükdə Azərbaycana dəyir. Hər kəs özünün məsulliyyətini müəyyənləşdirməli və bu mənada özünə qiymət verməlidir... Kişi kimi!..



Mən o vaxtkı mürəkkəb şəraitdə bütün Azərbaycan cəmiyyətinin birliyinə çalışırdım. Ona görə ki, Qarabağ faktorunun olduğu halda ölkə daxilində digər cəbhələrin açılmasına yol vermək olmazdı... Bizim bir yalnız Cəbhəmiz var idi və bir də olmalı idi- Qarabağ...Qarabağ məsələsinin həllinə zərər vuran digər amillər hökumətin və hakimiyyətə can atan ictimai qüvvələrin diqqət mərkəzində olmamalı idi.... Mən bütün bu gerçəklikləri nəzərə almaqla və səbrimi toplamaqla insanlara yaranmış siyasi məqamın xüsususiyyətini izah etməli idim... O zaman AXC-nin təzyiqi ilə Azərbaycan Qarabağ məsələsini beynəlxalq ictimaiyyətin, Qərbin müdaxiləsi səviyyəsinə qaldırmalı idi...Mən isə deyirdim ki, bu məsələ Moskvada başlanıb, Moskvada da bitirilməlidir. . Bəs indi, bütün son onilliklərdə hamı nə deyir? “Qarabağ məsələsinin açarı Moskvadadır...” Axı mən bunu 27-28 il bundan öncə deyirdim?..
Mən eyni zamanda bütün təzyiqlərə dözürdüm... Məgər o zaman keçmiş SSRİ məkanında belə bir nümunə var idimi: Milli Şuranı 50:50 prinsipi ilə yaratmaq?.. Yadımdadır ki, prezident kimi Özbəkistan televiziyasına müsahibə verərkən qadın müxbirlərdən biri mənə dedi ki, Ayaz müəlllim, bilirsizmi, biz sizə müxalifətə münasibətinizə görə nə qədər rəğbət bəsləyirik....

Yaxud ABŞ-ın o vaxtkı dövlət katibi Ceyms Beyker Bakıya gələndə.... Danışıqlar zamanı mənim yanımda masa arxasında bir neçə AXC lideri də əyləşmişdi. Məgər bu, pis idi? Bu, hörmətə layiq addım deyildimi? Mən bu yolla gedirdim... Bəziləri isə deyir ki, Mütəllibov zəiflik göstədi... Bəs nə etmək lazım idi? Hamını biçmək?..

“Rəhmətlik Tofiq İsmayılov yanıma gəlib dedi ki, Ayaz müəllim, mən sizə kömək etmək istəyirəm...”

-Hətta sadə vətəndaşlar da deyirlər ki, əgər Ayaz Mütəllibovun yanında rəhmətlik Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov, Osman Mirzəyev kimi güclü kadrlar qalsaydı, nə Xocalı faciəsi baş verər, nə də müxalifət onun hakimiyyətini devirə bilərdi...

-Bəli... Deyim ki, bu komanda təsadüfən meydana çıxmadı... Onu şəxsən mən formalaşdırmışdım... Və bu komandanın ən başlıca xüsusiyyəti ondan ibarət idi ki, onun üzvü kimi vəzifəyə təyinat almış adamlar özləri könüllü olaraq yaranmış mürəkkəb şəraitdə Ayaz Mütəllibova kömək məqsədilə gəlmişdilər... Məsələn, mərhum dövlət katibi Tofiq İsmayılov yanıma gəldi və dedi:”Ayaz müəllim, mən sizə kömək etmək istəyirəm... Cavab verdim ki, məmnuniyyətlə sizinlə işləyərəm. Ancaq bəs SSRİ Ali Sovetinin deputatı işində kim əvəz edəcək sizi? Axı orada da böyük işlər görürsüz...” Tofiq müəllim dedi ki, narahat olmayın, orada əvəzimə adam taparıq....

Eyni qayda ilə rəhmətlik Məhəmməd Əsədov da gəldi... Onu mən hələ Sumqayıtda işləyəndən yaxşı tanıyırdım... İsti münasibətlərimiz var idi...

Mərhum İsmət Qayıbova böyük rəğbətim vardı... O, çox zəkalı, iradəli, ciddi və sadiq bir işçi idi... Və s. Onlar hamısı çalışırdı... Çalışırdılar ki, həm xalqa, həm də dövlətlərinə bir fayda versinlər... Onlar hərbi forma geyinərək birbaşa xalqın arasına, cəbhəyə yollanırdılar...

“Niyə mən Azərbaycan xalqını narahat edən problemlərin həllinə köklənmiş hakimiyyəti qoruya bilmədim?..”

-Ayaz müəllim, 80 illik həyatınız boyu Siz valideynlərinizin, müəllimlərin, rəislərin, jurnalistlərin, hətta polis və müstəntiqlərin də bir çox suallarına cavab vermisiniz. Amma hər bir insan kimi, yəqin, özünüz-özünüzə də suallar ünvanlayırsız... Bu gün Sizin üçün özünüzün daha çox hansı sualına cavab vermək çətindir?..

-(Qısa sükut)... Niyə mən Azərbaycan xalqını narahat edən problemlərin həlli üzərində köklənmiş hakimiyyəti qoruyub saxlaya bilmədim?.. Özüm bacarmadım, yoxsa zaman mənə Azərbaycan xaqı tərəfindən seçilməyimin əsas məqsədini həyata keçirmək imkanı vermədi? Daim öz içimdə, qəlbimin dərinliyində bunları böyük ağrı ilə düşünürəm...

Söhbətləşdi: Sultan Laçın
“Bizim yalnız bir Cəbhəmiz olmalı idi-Qarabağ!..”- Ayaz Mütəllibov
“Bizim yalnız bir Cəbhəmiz olmalı idi-Qarabağ!..”- Ayaz Mütəllibov
“Bizim yalnız bir Cəbhəmiz olmalı idi-Qarabağ!..”- Ayaz Mütəllibov
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO