«Əgər dərs saatını direktora “yaxınlaşmaqla” almaq mümkündürsə, bu layihələr kimə lazımdır?» — TƏHSİL NAZİRİNİN DİQQƏTİNƏ...

14:31 18.09.2020 310
«Əgər dərs saatını direktora “yaxınlaşmaqla” almaq mümkündürsə, bu layihələr kimə lazımdır?» — TƏHSİL NAZİRİNİN DİQQƏTİNƏ...
20 saylı məktəbin direktoru Esmira Ağayevadan narazı qalan alqoritma müəllimləri Rubrika.Az saytı vasitəsilə Təhsil naziri Emin Əmrullayevə müraciət ünvanladı

Yeni dərs ili cəmisi bir neçə gündür ki, başlayıb. Buna baxmayaraq artıq məktəblərdən ilk şikayətlər daxil olmağa başlayıb. Yeni direktorla yeni dərs ilinə başlayan 20 saylı məktəbdən isə elə ilk gündəncə etirazlar eşidilir. Məktəbin direktoru Esmira Ağayeva artıq kollektiv ilə münaqişələrə start verib.

E.Ağayevanın fəaliyyətindən narazı qalan müəllimlər Rubrika.Az saytı vasitəsilə Təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlayıblar. 20 saylı məktəb-liseyin alqoritma müəllimləri Babayeva Səidə , Yusibova Xatirə və Məmmədova Ulviyyə məktəbdə baş verən özbaşınalıqlara etiraz edirlər. Müəllimlər bildirirlər ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilən "Rəqəmsal bacarıqlar” layihəsinin iştirakçısı olaraq yüksək nəticə əldə ediblər.

Babayeva Səidə bildirir ki, "ötən il imtahan verərək "Rəqəmsal bacarıqlar” layihəsinə qoşulmuşam. Məktəbdə isə 16 saat dərs saatım olub. Dərs ilinin sonunda isə imtahan verərək 100 mümkün baldan 88 bal toplamışam. Bütün təlimlərdə iştirak etmişəm. Dərs ilinin sonunda dərs saatlarım müəyyənıləşdirilib və yaxşı bal topladığıma görə mənə 26 saat dərs verilib. Lakin yeni direktor E.Ağayeva avqust ayında mənə bildirdi ki, sənin dərs saatlarını azaldaraq dərs yükü az olan müəllimlərə verirəm. Beləcə heç bir əsas olmadan E.Ağayeva mənim dərs saatlarımı alaraq başqalarına verib.”

Yusibova Xatirə nazirə ünvanladığı şikayətində bildirir ki, "mən də "Rəqəmsal bacarıqlar” layihəsinə qatılaraq bütün təlimlərdən keçmişəm. Layihənin sonunda 20 saylı məktəb-liseyə təqdimat almışam. Nazirliyin göndərişinə məhəl qoymayan E.Ağayeva mənə dərs saatı verməkdən imtina edir.

Məmmədova Ülviyyə də eyni problemlə üzləşib. O da "Rəqəmsal bacarıqlar” layihəsinin iştirakçısı olub və 20 saylı məktəb-liseyə təqdimat alıb. Amma E. Ağayeva ona da dərs saatı verməkdən imtina edir.

Direktorun fəaliyyətindən narazı qalan müəllimlər Təhsil naziri Emin Əmrullayevə müraciət edərək üzləşdikləri haqsızlığa son qoyulmasını tələb edirlər.

"Hörmətli cənab nazir!

Biz sizin obyektiv, ədalətli qərarlar qəbul edən bir şəxs olduğunuzu, həmişə müəllimlərin hüquqlarını müdafiə etdiyinizi bilirik. Sizə olan sonsuz inamımızla müraciətimizi diqqətdə saxlayacağınıza və lazımi tədbirlər görəcəyinizə inanırıq.

Biz Təhsil Nazirliyinin "Rəqəmsal bacarıqlar” layihəsinə böyük ümidlərlə qatılmışdıq. Layihəni uğurla tamamlayaraq 20 saylı məktəb-liseyə təqdimat almışıq. Amma məktəbin direktoru E.Ağayeva nazirliyin təqdimatını heçə sayaraq öz bildiyini edir, halal haqqımız olan dərs saatlarını başqalarına verir. Halbuki həmin müəllimlər heç bir layihədə iştirak etməyiblər, yoxlasan bəlkə kompyuteri heç açıb-bağlaya da bilmirlər. Əgər nazirliyin keçirdiyi bu layihə hansısa məktəb direktorunun əlində oyuncağa çevriləcəkdisə, onda bu qədər vaxt, maliyyə itkisinə, həyəcana və əziyyətə nə ehtiyac vardı? Məgər məktəb direktorlar üçün sosial müdafiə fondudur ki, kimə istəsələr dərs saatı verələr, kimə istəsələr yox?! Nə üçün Təhsil nazirliyi öz layihəsinin qorunmasına diqqət yetirmir? Bəs bu layihənin reytinqi,hörməti, bilik səviyyəsi hara getdi? Əgər dərs saatını direktora "yaxınlaşmaqla” almaq mümkündürsə, bu layihələr kimə lazımdır?

Cənab Nazir!

Bir daha sizin obyektiv,ədalətli qərar qərar qəbul edəcəyinizə inanaraq 20 saylı məktəb-liseydə baş verən özbaşınalıqlara,qanunsuzluqlara müdaxilə etmənizi xahiş edirik. Biz yalnız halal haqqımız olan dərs saatlarının özümüzə qaytarılmasını istəyirik. Bu həm də nazirliyin öz layihəsinə verdiyi dəyərin göstəricisi olacaq!”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR