Hacı Əbdül - 78

18:41 18.05.2018 619
Hacı Əbdül - 78
Azərbaycanlıların əvvəllər gözəl bir adəti vardı. Bir insana qiymət verərkən onun əməlinə, xalqa verdiyi faydası əsas tuturdular. Azərbaycanda işiylə əməli düz gələn insanlar hörmət sahibi idilər. Bu əsrlərdən belə idi. Bəs indi? Hörmət sahibi olmaq çoxlarına qismət olmur. Taburetkadan düşən kimi hər şeyi itirir. Elə bil xalqın nifrətini qazanır.

Ancaq Azərbaycan cəmiyyətində elə şəxslər vardır ki, illər ötdükcə bu insanların düz əməlləri üzə çıxır və onun ölkəmizə verdiyi faydanın böyüklüyünü hiss edirik. Bu saat Azərbaycan cəmiyyətini sarsıdan Azərbaycan gənclərinin narkomaniyaya uymasıdır və buna qarşı Dövlətin mübarizə üsulları olsa da, onun effektivliyi hiss olunmur. Bunun nəticəsində ailələr dağılır, ölkədə avaraların sayı artır. Əgər əvvəllər narkomaniyaya əsasən cavan oğlanlar aludə olurdularsa, indi qız xaylaqları və qadınlar da uyurlar. Səbəbini axtarsaq görərik ki, Azərbaycan cəmiyyətini dağıtmaq istəyənlər gəncləri yoldan çıxarır. KİV-lər gəncləri tərbiyə etmir və xarici ölkələrin lazımsız ideyalarını respublikaya gətirirlər.

Mənəviyyat və əxlaq cəhətdən Azərbaycan istər Avropa, istərsə başqa ölkələrin səviyyəsindən qat-qat üstün NAMUS, QEYRƏT, HAYA-ABIR ölkəsidir və ölkəmizin insanları arasında bu normalar tarazlıq yaradır, ancaq, əfsuslar olsun ki, özgə ölkələrin qrantları hesabına Azərbaycan dövlətinin bünövrəsi olan bu normalardan xalqımızı ayırmaq istəyirlər. Nəticə narkomaniya və ya bəd əməllər.
İndiyə qədər respublikada bir dənə də olsun aktiv QHT yoxdur ki, insaniyyətin ən güclü tərbiyəsi olan namus, qeyrət, haya-abır təbliğ etsin. Niyə? Çünki haya-abır, namus-qeyrəti olan insan pula görə Vətəni Qərbə satmaz və ancaq Vətənini saflığa və təmizliyə aparar.

“Tövbə cəmiyyəti” heç bir istər daxili , istərsə xarici ölkələrdən bir qəpik belə pul almadan minlərlə narkomanı, alkaşı ailəsinə, atasına, anasına qaytarıb. Baxın görün bir və yaxud digər qəzet bu haqda ətraflı məlumat verir? Çünki onlar Qərbin lüzumsuz dəyərlərinin təbliğatı ilə məşğuldurlar, namus-qeyrət, haya-abırı heçə endirirlər.

Yolunu azanları “Tövbə” cəmiyyətinə göndərmək əvəzinə onları narkodisponser deyilən ölümxanaya yollayırlar. Hacı Əbdül duasını eşidən minlərlə narkoman, əyyaşlar haq yoluna qayıdıblar. Bundan gözəl vətənə xidmət olar? Niyə Azərbaycan KİV-ləri belə şəxsiyyətləri kənarda qoyub, abırsız, həyasız fərdlərin təbliğatı ilə məşğuldurlar? Sizə elə gəlmir ki, belələri ölkəmizin mənəviyyat bünövrəsini dağıdırlar. Axı Azərbaycan xalqının namus, qeyrət, haya, abır xüsusiyyətləri onun mentalitet fərqidir. Hacı Əbdülün “Tövbə” cəmiyyəti ora üz tutanları və tövbə edənləri bu çərçivə qaytarır. Namus, qeyrət, haya, abır çərçivəsinə.

Qeyrətsiz adam Vətən dərdi çəkməz. Biqeyrət adlanar. Bu biqeyrətliyi xalqa sırıyan, özlərini avropalılara oxşatmağa çalışanlar, anlamırlar ki, ördəkdirlər, qaz yerişi yerimək istəyirlər? “Azərbaycan öz mənəvi dəyərləri ilə inkişaf etməlidir. Böyük-kiçiklik, hara-abır, namus-qeyrətlə. Vətəni sevən insanları bunun tərəfdarlarıdır” Bunlar Hacı Əbdülün siyasi tezisləridir.
Hacı Əbdülün Tövbə cəmiyyəti bu varlıqları xalqa çatdıran balaca "adacıq"dır. Bu "adacıq" hələ də xalqı bu normalarla yaşamağa dəvət edir. Bundan gözəl nə ola bilər? Hayalı-abırlı oğlanlar və qızlar, böyük-kiçik bilən gənclər və s. Hacı Əbdülü çox vaxt uzaqgörən adlandırırlar. Bunun səbəbi var. AXC xalqı aldadıb, yolundan çıxarıb küçələrə salanda Hacı Əbdül Ali Sovetin deputatı kimi üzünü ayağının altını görməyən, ölkəni fəlakətə aparan müxalifət deputatlarına tutub deyirdi: ”Tezliklə Hacıleylək gələcək, siz qurbağaları bir-bir dənləyəcək.” Doğurdanda onun dedikləri oldu. Xalq öz sevimli övladının adına lətifələr yaradır. Bu xalqın ən böyük hörmət əlamətidir.

Müstəqil Azərbaycan Respublikasında yayılan ilk siyasi lətifələr Hacı Əbdülün adıyla bağlıdır. Günü-gündən bu lətifələr aktuallaşır və xalqın dilindən düşmür. Qabaqlar Molla Nəsrəddin, Bəhlul Danəndədən danışırdılar, indi Hacı Əbdüldən. Bunun da səbəbi var, çünki xalqın sözünü deyən şəxsiyyət kimi tanıyır onu Azərbaycan milləti. Hacı Əbdül praqmatik siyasətçidir. Hərtərəfli inkişaf etmiş ensiklopedik şəxsiyyətdir. Mühəndis-mexanik, filoloq, ilahiyyatçi, gözəl şair. Şair təbiətli insan isə başqalarından fərqli olaraq həmişə xalqa daha yaxın olur. Bu şəxsiyyət Azərbaycanda stabilliyi istəyir, xalqa fayda verən insanları dəstəkləyir və ona inanan minlərlə insanı arxasınca aparır. Vətən Naminə Xalq Hərəkatı buna bariz nümunədir.
Azərbaycan xalqının görkəmli qızı Mehriban xanıma qarşı İnternet və KİV-lərdə əsassız və ədalətsiz çıxışları görən Hacı Əbdül “Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmalıdır, çünki o, xalqın ümididir”-deyərək KİV-lərdə ciddi məqalələrlə çıxış etdi. Onun harayına başqa siyasətçilər də qoşuldular. Prezident İ.Əliyev bu çağırışı eşitdi və Mehriban xanımını Birinci Vitse-Prezident təyin etdi. Çünki bu xalqın və millətin istəyi idi. Hacı Əbdülün dili ilə desək ”harınlaşmış məmurların əlindən boğaza yığılmış xalqın ümidi Mehriban xanımdır.” Yaratdığı Vətən Naminə Xalq Hərəkatı ciddi, xalqı istəyən, onun üçün çalışan insanların obyektivliklə tərəfini saxlayır, ölkədə stabilliyi pozmaq istəyən Qərbin tör-töküntülərinə qoşulmamağı vətəndaşlara tövsiyə edir. Bu balaca iş deyil. Düşmən qüvvələrin Azərbaycanda törədə biləcəyi təxribatların qabağı alır. Hacı Əbdül siyasi xadim olduğu kimi, din xadimidir. İslam dininin əsasların tamlığı ilə bilən Axunddur. Din sahəsində ali təhsilə malikdir. Onlarla dini konfranslarda iştirak edib, Azərbaycanda İslam dininin paklığı və təmizliyi uğrunda mübarizlərdən biridir.

Hacı Əbdül idmançıdır. Onlarla medal sahibidir. 70 yaşında güləş üzrə İranda keçirilən Dünya çempionatının qalibidir. Hacı Əbdül böyük ailə başçısıdır, doqquz qız, üç oğul atasıdır. 19 nəvəsi var. Allahın istədiyi insan olmalısan ki, bu qədər övlada malik olasan. Allah onu övladlarının üstündən əksik eləməsin Bu gün Hacı Əbdülün 78 yaşı tamam olur. Böyük insanın, xalqın sevimli oğlunun. İnanırıq ki, bundan sonra da Hacı Əbdül xalqın dilindən düşməyən xalq qəhrəmanı kimi qalacaq, çünki xalq ancaq istədiyi insanın adına öz gözəl lətifələrini qoşur. AMAC-hərakatı onu ad günü münasibəti ilə təbrik edir, can sağlığı arzulayır.
amac-az.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO