YENI NAZIRI BÜDRƏTMƏYƏ ÇALIŞAN KÖHNƏ HEYƏT… — ƏYLƏC ROLUNDA…

14:47 19.08.2020 378
YENI NAZIRI BÜDRƏTMƏYƏ ÇALIŞAN KÖHNƏ HEYƏT… — ƏYLƏC ROLUNDA…
Xəbər verdiyimiz kimi Rubrika.az saytı 20 saylı məktəbə yenicə direktor təyin edilmiş Esmira Ağayeva tərəfindən məhkəməyə verilib və barəmizdə 50 min manatlıq təzminat davası açılıb. Təbii ki, baş verənlərin E.Ağayevanın iradəsinin təzahürü olmadığını biz də bilirik. Təzə direktor onun təyinatında böyük rol oynamış Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın tapşırıqlarını yerinə yetirir və məhkəməyə verilmək də məhz onun sifarişidir. Hər halda zamanında mühəndis ixtisasına sahiblənən, lakin sonradan müxtəlif kursların sertifikatları ilə pedaqoqa çevrilən E.Ağayeva haqqında hər yazılana görə məhkəməyə müraciət etsə idi, indi gərək Ginnesin rekordlar kitabından da bir sertifikasiya alaydı.

Saytımızda nazir müavini haqqında silsilə yazılar dərc olunub və səsləndirilən tənqidlərdən qurtulmaq üçün Məhəbbət xanım məhkəmə yolunu seçib. Biz nə vaxtdır deyirik ki, M.Vəliyeva nazirlikdə qruplaşma yaradır, məktəblərə öz yaxınlarını yerləşdirməklə onları öz nəzarətində saxlayır. E.Əmrullayevin imzaladığı ilk qərarla paytaxtın 20-yə yaxın məktəbinin direktoru dəyişdirldi. Siyahı əvvəlcədən M.Vəliyeva tərəfindən hazırlanmışdı və yeni nazir sadəcə imza atmaqla hazır planın icraçısına çevrildi. Beləliklə, əlavə olaraq Bakının 20-yə yaxın məktəbi M.Vəliyevanın sırf nəzarəti altına keçdi.

Rubrika.Az saytına verilən məlumatlara görə, M.Vəliyeva yeni nazirin təyinatından sonra xüsusi tapşırıqla xaos yaratmaqla məşğuldur. Nazirlikdə hökm sürən ikitirəlik daha da dərinləşdirilib. M.Vəliyeva özünə sadiq rayon təhsil şöbələrinin müdirləri, eləcə də nazirlikdəki komandası vasitəsilə E.Əmrullayevin fəaliyyətini sabotaj edir. Yəqin ki,qısa zaman kəsiyindən sonra bunun “səsi” çıxacaq və o zaman Emin müəllim əslində nə qədər böyük təhlükə ilə üz-üzə qaldığını anlayacaq. Odur ki, yeni nazir cəmiyyətdə müsbət imicini qorumaq, islahatlar həyata keçirmək istəyirsə, M.Vəliyevanın komandasından nazirliyi təmizləməlidir.

Əvvəlki yazılarımızda da məlumat vermişik ki, M.Vəliyeva BŞTİ-ni bütünlüklə nəzarətdə saxlayır. Necə deyərlər onun xəbəri olmadan paytaxt təhsilində quş belə uça bilməz. Bütün şagird yerdəyişmələri, məktəblərə qəbul, müəllimlərin işə qəbulu onun monopoliyasındadır. İ.Abdullayeva vasitəsilə BŞTİ-ni idarə edən M.Vəliyeva hər həftənin cümə axşamları idarəyə gələrək müvafiq “tövsiyələrini” verir. Paytaxtın prestijli təhsil ocaqlarında “şagird əməliyyatları” və onların nəticələri bu zaman ona təqdim edilir. Məktəblərə şagird qəbulu prosesində əsas icraçı olan İ.Abdullayeva məktəb direktorları və özünə yaxın olan adamlarla, daha çox sürücüsü vasitəsilə “əlaqə yaradır”. Hətta bu barədə İ.Abdullayevanın iş otağında BŞTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri B.Məmmədovun yanında haqlı iradlarımı bildirmişəm. Lakin hər kəsin bildiyi kimi, iradımı bildirdiyim şəxs qəfildən Bakının «prestijli» 7 nömrəli məktəbinə direktor təyin edilir.

Rubrika.Az saytına verilən məlumata görə, nüfuzlu liseylərə şagird qəbulu zamanı hər sinifə 20 şagird yeri göstərilir. 20 şagird qəbulundan sonra sistem bağlanır və artıq yer yoxdur deyilir. Daha sonra həmin siniflərdə sehirli əllərin köməkliyi ilə şagird yeri 30-a çatdırılır və yenidən qəbul başlanır. Bu yeni yerlər uğrunda mübarizə isə valideynlərə çox baha başa gəlir. Bütün bunlar isə M.Vəliyevanın bilavasitə nəzarətindədir və rəhbərliyi altında həyata keçirilir.

Əvvəlki yazılarımızda M, Vəliyevanın hələ mərhum Z.Əliyevanın adını daşıdığı liseydə direktor olarkən törətdiyi korrupsiya əməlləri nə mərhum akademikin, nə də təhsilimizin adına yaraşan hərəkətlər olmayıb. Hətta 2013-cü ildə liseydə aparılan yoxlamadan sonra M.Vəliyeva infarkt keçirir, ağır vəziyyətə düşür. Amma bu dəfə də gözəgörünməz əllər onu xilas edə bilir, Nazirliyin Daxili nəzarət şöbəsi, adaşım Nicat müəllim “söhbəti bağlayır”.

Hər halda M.Vəliyeva Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva ilə qohumluq əlaqələrindən, Ramiz Mehdiyevin qızı ilə rəfiqə olmasından, SOCAR rəhbərliyindən mühüm şəxslərlə daim yaxın ünsiyyətdə olmağından, son vaxtlar isə özündə R.Mehdiyev demişkən «paxazuka» yaratmaq istəyən Azərbaycan yəhudi icmaçısının arxasında durmasından iftixarla danışıb. Elə indi də Mərdəkandakı bağ evində dincələn nazir müavini geniş əlaqələrinə arxalanaraq təhsildə öz hegomon mövqeyini qorumağa çalışır. Amma bilmir ki, onun güvəndiyi dağlara qış çoxdan gəlib!
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO