Sabiq nazirin KTN-dəki fəaliyyətini araşdıran olacaqmı? - Talan var... bəc CƏZA?

11:00 17.05.2018 482
Sabiq nazirin KTN-dəki fəaliyyətini araşdıran olacaqmı? - Talan var... bəc CƏZA?
Sabiq nəqliyyat nazirinin qudası, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda milyon manatlarla qiyməti olan 2 villası üzə çıxıb. Unikal.org-un məlumatına görə, paytaxtın Binəqədi rayonu “Vorovski” qəsəbəsində olan villalardan biri 5 mərtəbəlidir, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villa isə 2 milyon manata tikilib. Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir.

Özəlliklə neft milyonlarının ölkəyə axdığı ötən illər ərzində Azərbaycanın nazirləri ərəb şeyxlərinin həyat tərzini yaşamağa başlayıb. Belə şəxslərdən biri də eks kənd təsərrüfatı naziri Heydər Əsədov olub. Bundan əvvəl Hesablama Palatasının sədri olmuş Heydər Əsədov digər komanda üzvlərindən fərqli olaraq, öz sahəsinin peşəkarı kimi tanınırdı.

Ziya Məmmədovla quda olandan sonra nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başladı. Heydər Əsədovun Bakının “Milyonerlər məhəlləsi” adlanan məkanında da, Bakının Səbayel rayonundakı məşhur “Torqovı” küçəsində də böyük evləri var. Əlbəttə ki, həmin evlər, mənzillər Heydər Əsədov nazir postu tutarkən alınıb. Azərbaycanda kənd təsərrüfatının real durumu ilə dövlət büdcəsindən bu sahəyə ayrılan milyardlarla manatın arasında böyük bir qeyri-bərabərlik, uyğunsuzluq var.

Dövlət büdcəsindən Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin nəzdindəki təkcə “Aqrolizinq”ə son bir neçə ildə hər il 400 milyon manat ayrılıb. Bu, Heydər Əsədova tabe olan bir quruma hər il ayrılan məbləğdir və bu pullar onun əlindən keçib, onun dərkənarına əsasən xərclənib. Belə bir halda Heydər Əsədovun Bakının dörd bir tərəfindəki prestijli məhəllələrdə 5-6 milyon dəyərindəki villalarına xərclənən məbləğlərin mənbəyini axtarmaq üçün müstəntiq olmaq lazım deyil ki?

Yetər ki, Baş Prokuror yanında Korrupsiya İdarəsində stajor olan bir hüquqşünasa müvafiq araşdırma aparması tövsiyə olunsun. Qalan məsələlər texniki xarakter daşıyacaq. Məsələn, həmin hüquqşünas mətbuatda yayılan villaların fotolarını qabağına qoyub kənd təsərrüfatının ayrı-ayrı istiqamətlərindəki durumu əks edən fotolarla müqayisə etsə və yaranan suallara cavab axtarmağa başlasa, düz Heydər Əsədovun özünə uzanan ittihamlar avtomatik formalaşacaq. Üstəlik, bu ən kəsə və sadə yoldur...
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO