Evindən qalaq-qalaq pullar çıxan Vilyam Hacıyevin vicdanı (varsa) BUNA GÖRƏ SIZLAMALIDIR... - Dəhşətli MƏNZƏRƏ...

12:43 14.05.2020 377
Evindən qalaq-qalaq pullar çıxan Vilyam Hacıyevin vicdanı (varsa) BUNA GÖRƏ SIZLAMALIDIR... - Dəhşətli MƏNZƏRƏ...
DİA.AZ olaraq İmişlinin Bəcirəvan kəndində yaşayan bir ailənin fasiəvi durumunu təqdim edirik. O İmişilinin ki, bir neçə gün əvvəl icra başçısının qolarına qandal vuruldu və onun evindən çıxan qalaq-qalaq pullar bütün ölkəni heyrətə gətirdi. Vilyam Hacıyevin pulunu qoymağa yer tapmadığı da diqqətdən yayınmadı. Bu dəfə isə diqqətə gələn çörək almağa pul tampayan imişlilərdir. Hansılar ki, onlara çatmalı olan pulları Vilyam Hacıyev kimi vicdansızlar mənimsəyib. Prezident İlham Əliyev haqlı olaraq bu cür məmurları XAİN adlandırır. Həqiqətən də belədir. İnsanlarımızı gözüyaşlı, aclığa buraxılmış vəziyyətdə qoyaraq özünə səltənət quran bu xainlərin özgə adı yoxdur... Beləliklə...

“Pulumuzu toplayıb, çətinliklə 10 kilo un almışıq. Evdə başqa heç nəyimiz yoxdur. Ərzağın birini alırıq, ikinciyə pul qalmır. Kartof və ya soğanı alana qədər un bitir. Evdə satılmamış 2-3 əşyamız qalıb. Onlar da sınıq-sökükdü, pula getmir. İmkansızlıqdan az qalır başıma hava gəlsin. Uşaqlarım bütün günü acdır. Baxın, hamısı xəstə və zəifdir”. DİA.AZ bildirir ki, imişlinin Bəcirəvan kəndinin sakini 30 yaşlı Bəsti Əmirova belə deyir. Bəsti Əmirova erkən ailə qurub. 32 yaşlı Vasif Əmirovla evliliyindən 3 oğlu var. Deyir, hamısı xəstədir. Hərəsinin bir problemi var. Birinin bronxları, digərinin mədəsi, böyük oğlunun da burnu və boğazında artıq əti var. Ən pis durumda olan böyük oğludur ki, həkim əməliyyat deyib, ancaq etdirə bilmirlər.

“Yoldaşım olanda günü 10 manatdan fəhləlik edir. Onunla da 5 nəfər güc-bəla ilə qarnımızı doyururuq. Fəhləlik də həmişə olmur axı. Mövsümdə qonşuların bostanlarını şumlayır, alaq edir və s. Olmayanda da birdən 3 ay evdə oturur. Onda da acından yata bilmirik”, – Bəsti Əmirova deyir.

Sonra gözü güzgüyə sataşır, özünə baxır. 30 yaşlı birinə bənzəyib-bənzəmədiyini sual edir. Sonra da hönkür-hönkür ağlayır: “Bir üzümə baxın. Elə bil 50 yaşım var. Halbuki gəncəm, nə yaşım var ki – 30. Amma xalaya oxşayıram. Ağzımda dişim yox. Böyrəklərimdə olan problem gözlərimin altını qaraldıb. Yaxşı gün adamı gözəlləşdirər. Kasıblıq da bu hala salır, baxın. Üzümdə gördükləriniz sadəcə kasıblıqdır”.

Vasif Əmirov illərdir işsizdir. Buna görə kənddə günəmuzd işlərdə çalışır. Qazandığı pul isə ailəsini istədiyi kimi dolandırmasına yetmir. Deyir, dəfələrlə İmişli Rayon İcra Hakimiyyətinə, yerli bələdiyyəyə, icra nümayəndəliyinə, Məşğulluq Mərkəzinə, Sosial Fonda müraciət edib. Ancaq heç kim ona kömək etməyib:

“Dedim, heyvan verin, saxlayım. Elə bir proqram var idi bir ara. Vermədilər, dedilər sənə düşmür. Dedim, acından ölürük, heç olmasa, ünvanlı sosial yardım alaq. Cavab gəldi ki, o da bizlik deyil. İş üçün də az qala hər ay müraciət edirəm. Tapılmır. Yoldaşım deyir, vəziyyətimiz düzələnə qədər uşaqları anasına verib, o da işləyə bilər. Hanı? Mənə iş tapılır ki, ona da tapıla?”

Əmirovlar ailəsi kiçik, bir otaq, bir mətbəxdən ibarət daxmada yaşayırlar. Deyirlər ki, bunu da çox çətinliklə tikib ərsəyə gətirə biliblər: “Sadəcə tikib, üstünü alayarımçıq vurmuşuq. Təmiri yox, son vaxtlar da dam axıdır. Bir paçka mismar almağa da imkan yoxdur. Qaldı təmir, tikinti edəm. Mən çox bir şey istəmirəm. Ya haqqım olan ünvanlı sosial yardımı versinlər, ya da mənə bir iş tapsınlar. Artıq dözə bilmirik”.

Ailənin evinin tikildiyi ərazidə əlavə 0,39 hektar həyətyanı sahələri də var. Bundan əlavə, Vafif Əmirova atasından kənd təsərrüfatı təyinatlı torpaq da qalıb. Deyir, torpağı əkib-becərməyə imkanı yoxdur. Və həmin torpağın olması səbəbindən İmişli rayon Məşğulluq Mərkəzi onu “Özünəməşğulluq” proqramına yazmaqdan imtina edib: “Halbuki indiyədək nəinki torpağı, hətta iş yeri, kommersiya obyekti, bahalı xarici avtomobili və bir sürü mal-qarası olan xeyli sayda adam bu proqramdan bəhrələnərək, dövlətdən iri və xırdabuynuzlu heyvanlar alıb. Mən isə illərdir ailəmi dolandırmaq üçün günəmuzd fəhlə işləyirəm. Yer belləyir, odun doğrayır, quyu qazıram. Bir günlük qazancım 10 manatdan çox olmur. Yağışlı, qarlı günlərdə isə işləyə bilmirəm. Belə vəziyyətdə bilmirəm ailəmin dolanışacağını necə təmin edim. Yaxşı olardı ki, dövlət yetkinlik yaşa çatmayan uşaqlar üçün müavinət versin. Hətta bir uşağa görə 20 manat verilsəydi belə, bu, bizə köməklik olardı. Heç olmasa bu pulla istifadə etdiyimiz təbii qaz və elektrik enerjisinin haqqını ödəyərdik”.

Əmirovlar ailəsi kiçik, bir otaq, bir mətbəxdən ibarət daxmada yaşayırlar.

Bəsdi Əmirova deyir ki, pis güzəranına görə bəzən həyat yoldaşını qınayır. Ona hirslənir, dalaşırlar. Ancaq tezliklə də peşman olur: “Deyirəm, get pul gətir. O da başın salır aşağı ki, nə ilə, necə edim? Deyirəm, hamı necə, sən də elə. Sonra ürəyim pis olur. Əllərinə baxıram, qabar-qabar, qapqara, pis gündə, peşman oluram. Belə olan halda, hökumət əl tutmalıdır. Ya sosial yardım versinlər, ya heyvan, ya da uşaqpulu. Nə bilim, əl tutsunlar. Biz dolana bilmirik”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO