Azərbaycanlılar ermənilərlə birgə atəşkəsə aid film çəkdi- Gerçəyi malalamaq cəhdi...

10:06 14.05.2020 395
Azərbaycanlılar ermənilərlə birgə atəşkəsə aid film çəkdi- Gerçəyi malalamaq cəhdi...
Bir qrup erməni və azərbaycanlı rejissor Qarabağda atəşkəsin imzalanmasının 26-cı ildönümündə münaqişə ilə bağlı film hazırlayıblar.

Moderator.az Rusiya mediasına istinadla xəbər verir.

“Bu film çətin siyasi şəraitdə əməkdaşlıq imkanlarını nümayiş etdirir”- layihəni dəstəkləyən "Barışıq resursları" adlı Britaniya qeyri-hökumət təşkilatı belə hesab edir.

26 il əvvəl - 12 may 1994-cü ildə Dağlıq Qarabağda münaqişə tərəfləri atəşkəs razılaşması imzalayıblar. Bu hadisəyə həsr edilmiş film belə adlanır: “Dairənin hissələri: Qarabağ münaqişəsinin tarixi. Ermənilər və azərbaycanlılar arasında uzun müddət davam edən qarşıdurma tarixinin"Barışıq Resursları" nın dəstəyi ilə çəkilmiş salnaməsi."

“Atəşkəs altı illik zorakılığa son qoydu. Ancaq o vaxtdan bəri davamlı danışıqlara baxmayaraq barışıq sazişi imzalanmadı. Ermənilər və azərbaycanlılar uzun sürən münaqişə şəraitində qalırlar və bunun sonu görünmür ”, - “Barışıq resursları” təşkilatının saytındakı açıqlamada belə deyilir.

"Filmin müəllifi bir qrup erməni və azərbaycanlı kinematoqrafçıdır. Film “Barışıq resursları” təşkilatının dəstəklədiyi konflikt ekspertləri tərəfindən hazırlanmışdır” -bunu təşkilatın Qafqaz proqramının direktoru Lorens Broyer deyir.

Ermənistandan əsas tərəfdaş İrəvandakı Media Təşəbbüsləri Mərkəzi, Azərbaycandan isə Bakıdakı “İnternyus Azərbaycan” və Humanitar Tədqiqatlar İctimai Birliyi olub. Əsas müəlliflər Armen Sarkisyan, Tatul Akopyan, Şahin Rzayev və Əvəz Həsənovdur. Onlar birlikdə 2011-2016-cı illərdə film-triloqiya yaradıblar. Bu gün yayımladığımız film həmin trilogiyanın qısa icmalıdır və 2017-2019-cu illərdə arasında çəkilib” –deyə Lourens Broyer bildirib.

Onun sözlərinə görə, film 1988-ci ildə meydana çıxmasından tutmuş 2018-ci ildə Ermənistandakı "məxməri inqilab"a qədər hər iki tərəfdəki rejissorların perspektivlərini özündə birləşdirən Qarabağ münaqişəsindən bəhs edir və şahidlər, iştirakçılarla nadir, orijinal müsahibələrə əsaslanır.

"Flmdə prezidentlərdən hərbi komandanlara qədər, həyatları alt-üst olmuş sadə insanlardan tutmuş ATƏT-in Minsk prosesi ilə bölgəyə sülh gətirmək istəyən danışıqlar aparanlara qədər danışır" –deyir L. Broyer.

O, layihənin 2011-ci ilin sonunda başlandığını və ilk üç filmin 2016-cı ilin əvvəlində tamamlandığını söyləyib.

“Bu film Cənubi Qafqazda 100-dən çox kiçik nümayişdə göstərilib və ona 1500 nəfərə yaxın tamaşaçı baxıb. Layihənin əsas ideyası münaqişənin hər tərəfinin apardığı iki hekayəti birləşdirməkdir. Məqsəd bu gün bölgədə hökm sürən və zərərləri yalnız bir tərəfdən tanıyan və digər tərəfdən insan itkisini bir təbliğat olaraq qəbul edən mədəniyyətləri təşviq edən zəhərli informasiya müharibəsindən çıxış yollarını araşdırmaqdır" – L. Broyer belə deyib.

P.S. Dəfələrlə vurğulamışıq ki, 1988-ci ildən bu günədək Azərbaycan Respublikasının ərazisinin 20 faizində baş verən proseslər münaqişə yox, konkret olaraq Azərbaycan torpaqlarının işğalıdır- vəssəlam! Torpağı işğal olunmuş xalqı barışığa sürükləmək isə ona qarşı növbəti ədalətsizlikdir... Deməli, Ermənistan qoşunları və separatçı rejim gücləri Azərbaycan ərazilərini tərk etmədiyi halda xarici təşkilatların qrantları hesabına hansısa barışıq layihələri hazırlamaq, buna çağıran tədbirlər keçirmək, əsərlər yazmaq, filmlər çəkmək – göz qabağında olan gerçəyi malalamaq, gizlətmək cəhdidir...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO