“Sevil Massivi işi” yenə məhkəmədə - 300-ə yaxın zərərçəkən pullarının tam şəkildə ödənilməsini istəyir

14:16 30.03.2018 697
“Sevil Massivi işi” yenə məhkəmədə - 300-ə yaxın zərərçəkən pullarının tam şəkildə ödənilməsini istəyir
Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barələrdə olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilir. Hakim qarşısına MTK təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, Zabit Çələbiyev, Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyev və Səbinə Əliyeva çıxarılıblar.

Bələdiyyə sədri ilə xanım təqsirləndirilən şəxs istisna olmaqla, digərləri həbsdədir. İş üzrə ümumilikdə 300-ə yaxın zərərçəkən var. İttiham aktına əsasən, “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Kooperativin təsisçisi A.Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub, 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda, xüsusi razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələri sübuta yetirilib.

Təqsirləndirilən şəxslər ibtidai istintaq və birinci məhkəmə instansiyasında 19 milyon manatdan 10 milyon 500 min manatı ödəyiblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Zeynalov 9 il, Z.Çələbiyev və E.İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilənlər - M.Miradıyevin və S.Əliyevanın barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyir, ittihamı qəbul etmirlər. Zərərçəkmiş şəxslər də apelyasiya şikayəti verərək dəymiş ziyanın ödənilməsini istəyir.

Martın 29-da keçirilən məhkəmə iclasında zərərçəkənlər onlara dəyən ziyanın tam həcmdə ödənilməsini istəyiblər.

Onlardan biri Namiq Tanrıverdiyev bildirib ki, “Sevil Massivi” MTK-ya ümumilikdə 25 min manat pul ödəyib. Həmin məbləğin 9 min manatı torpaq sahəsinin alınmasına, yerdə qalan hissəsi isə ərazidə tikinti aparılmasına xərclənib. MTK rəsmilərinin həbsindən sonra onu da digər zərərçəkənlər kimi massivin ərazisinə buraxmayıblar. Zərərçəkənin sözlərinə görə, 4 ildir ki, massiv ərazisindəki mənzilinə gedə bilmir. Çünki ərazidəki mühafizəçilər buna imkan vermirlər. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən zərərçəkən bu məqamları məhkəmənin diqqətinə çatdırıb. Onun sözlərinə görə, məhkəmə yalnız torpağın alınmasına xərclənən vəsaitlərin zərərçəkənlərə qaytarılmasını hökm edib. Zərərçəkənlərin həmin torpaq üzərində aparılan tikinti işlərinə xərclədikləri pulları isə qaytarmaqla bağlı məsələni açıq qoyub. Bu gün Sumqayıt Apelyasiya Məhkəməsində zərərçəkənlər həmin torpaq üzərində tikintilərə xərclənən vəsaitlərin onlara geri qaytarılmasını tələb edirlər. Əvəzində isə rəsmilər onlara “gedib həmin torpağın üzərindəki evlərinizi sökün aparın” şəklində cavab verirlər. Həbsdə olan təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmir, bildirirlər ki, hər hansı bir dələduzluq etmək fikirləri olmayıb, müqavilələrlə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün çalışdıqları bir vaxtda həbs olunublar. Bu da son nəticədə müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsini mümkünsüz edib və hazırda zərərçəkənlərlə üz-üzə qalıblar.

İstintaqın qənaətinə görə, “Sevil Massivi” MTK-nın məsul şəxsləri Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarının vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisini həyata keçiriblər. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib. “Sevil Massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdu.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?