“Palmali” rəsmən müflis olur - SƏBƏB...

16:57 12.05.2018 579
“Palmali” rəsmən müflis olur - SƏBƏB...
Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi “Palmali Shipping” şirkətlər qrupunun törəmə şirkəti olan “Palmali” MMC-yə qarşı müflisləşmə prosedurunu başladıb. Virtualaz.org xəbər verir ki, məhkəmə müflisləşmə prosedurunun başlanğıcı olaraq şirkət üzərində müşahidə tətbiq edib. “Palmali” MMC-nin müflis elan edilməsinə dair iddianı “Lukoil” şirkətinin Sankt-Peterburqdakı törəmə şirkəti “Lukoul-Bunker” qaldırıb. İddiaçının təklifi ilə məhkəmə “Palmali” MMC-yə kənar idarəçi qismində Ravil Latıpovu təyin edib.

“Lukoil” şirkəti “Palmali”nin ən iri kontragentlərindən biri olub. Mübariz Mənsimovun şirkətinin gəmiləri “Lukoil”un neft məhsullarının Qara dəniz və Baltik dənizi üzərindən daşımalarını həyata keçirib. Lakin son illər tərəfdaşlar arasında münaqişə yaranıb və bu münaqişə artıq mətbuata çıxıb. “Palmali” London Yüksək məhkəməsində “Lukoil”a qarşı 2 milyard dollarlıq təzminat iddiası qaldırıb. İddiaçı bildirir ki, “Lukoil” “Palmali” ilə neft və neft məhsullarının daşınmasına dair müqavilənin şərtlərini pozub. Bu günlərdə isə məlum olmuşdu ki, “Lukoil”un törəmə şirkəti olan “Litasco” “Palmali”nin iki tankerinə bunker hesablarının ödənilməməsinə görə həbs qoydurub.



Rusiya mənbələri bildirir ki, “Palmali” üçün ilk həyacan zəngi 2014-cü ildə çalınıb. Rusiyanın vergi orqanları “Palmali” MMC-ni vəsaitləri qanunsuz yollarla offşora çıxardığı üçün 6 milyard rubl məbləğində cərimələyib.

Məhkəmə çəkişmələri zamanı şirkət cərimə məbləğinin 1.7 milyard rubla qədər azaldılmasına, habelə Apellyasiya instansiyasında cərimənin ödənilməsinin üç il təxirə salınması barədə qərar çıxarılmasına nail olub. Şirkət bunu belə əsaslandırıb ki, cərimənin hamısını birdən ödəsə müflis olacaq. Beləliklə, “Palmali” həmin məbləği 2018-ci ilin dekabrına qədər ödəməlidir.



Arbitraj məhkəməsinin sənədlərinə əsasən “Palmali” MMC-nin 51 gəmisi var. Lakin həmin gəmilərin az qala hamısı vergi orqanları ilə məhkəmə çəkişməsi başlayandan bəri “Sberbank”da girovdur. Gəmilərin balans dəyəri cəmi 16 milyard rubl qiymətləndirilir.

“Palmali” MMC 2013-2014-cü illərdə aşağıdakı məbləğlərdə kreditlər alıb: illik 6.7 faiz olmaqla 54 milyon dollar, illik 7 faiz olmaqla 104 milyon dollar, illik 6 faiz olmaqla 60 milyon dollar. İlk iki kreditin ödənilməsi üçün 134 ay, sonuncu üçün 130 ay vaxt qoyulub. Habelə məhkəmə sənədlərinə görə “Palmali” MMC-nin “Lukoil-Bunker”, “Rostovtormet-Yuq” (Taqanroq), “Baltik Turbo” (Sankt-Peterburq), “Priçal ASB” (Həştərxan), “Rusbunker” (Rostov) da daxil olmaqla daha bir neçə müəssisəyə borcları var. 1.7 milyard rubl vergi cəriməsi də hesaba alınmaqla hazırda “Palmali” MMC-nin borcu 18 milyard rubla yaxındır. Bu da şirkətin donanmasının balans dəyərindən yuxarıdır və deməli “Palmali” müflis durumdadır.



Lakin “Lukoil-Bunker”in iddiası təmin olunarsa şirkətin donanmasının az qala bütün gəmiləri “Sberbank”da girov olduğuna görə iddiaçı tərəf heç nə əldə etməyə bilər. Çünki gəmilər bankın girovluğunda olduğu üçün onların hərracda satılıb vəsaitin iddiaçıya ödənilməsi mümkün olmayacaq. “Sberbank” məsələni şərh etmək istəməyib.



Rusiya mətbuatı qeyd edir ki, Mübariz Mənsimovun donanmasının “batması” onun Rusiyada vergi orqanları ilə münaqişəsindən sonra sürətlənib. Həmin dövrlər beynəlxalq mətbuatda “Palmali”nin adı İŞİD-in Suriya və İraqdan hasil etdiyi neftin daşınmasında hallanıb. Daha sonra “Lukoil” “Palmali” ilə əməkdaşlığı dayandırıb, Mənsimov London məhkəməsində iddia qaldırıb. Mənsimov bildirir ki, 2005-2010-cu illərdə “Lukoil” şirkəti ilə “məhsuldar əməkdaşlıq” edib. 2010-cu ildə onlar müqaviləni daha 10 illiyə uzadıblar. “Biz bu müqaviləyə əsasən əlavə gəmiər aldıq, ancaq qarşı tərəf öhdəliklərini yerinə yetirmədi”-Mənsimov “Hürriyet”ə müsahibəsində demişdi.



Qeyd edək ki, “Lukoil” şirkəti ilə yanaşı “Palmali” ilə SOCAR arasında da münaqişənin yarandığı məlumdur. SOCAR bildirmişdi ki, “Palmali”nin onlara “külli miqdarda” borcu var.

“Palmali Shipping”in donanmasında cəmi 100-ə yaxın gəmi var. Həmin gəmilərin 51-i Rusiyadadır və göründüyü kimi “Sberbank”da girovdur. “Palmali”nin 14 tankeri isə SOCAR tərəfindən alınmışdı.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO