Moskva metrosunun “Rimskaya” stansiyasında yerləşən “Madonna körpə ilə” heykəli vandallar tərəfindən zədələnib.
Zamantv.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, vandal mavi parçanı rəssam Leonid Berlinin əl işi olan heykələ mismarlayıb.
Bununla da o, kompozisiyanın lüt olan hissələrini örtüb. Lakin “əxlaq keşikçisi” hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.
Moskva metropoliteninin mətbuat xidmətindən bildiriblər ki, sənət əsərinə ciddi ziyan dəyib və o restavrasiyaya göndərilib.(oxu.az)
Zamantv.az