Britaniyanın ən zəngin iş adamlarından biri, TopShop şəbəkəsinin sahibi Filipp Qrinin qızı Xloya Qrin mediada və sosial şəbəkələrdə "dünyanın ən yaraşıqlı canisi" kimi tanınan Ceremi Miksdən hamilədir.27 yaşlı britaniyalı Xloya və 34 yaşlı amerikalı Ceremi ilk övladlarının düünyaya gəlişinə hazırlaşırlar.
Bunu US Weekly-ə verdiyi müsahibəsində Xloya Qrin deyib.
"Münasibətlərimizdə növbəti addımı atmağa hazırlaşırıq. Birlikdə yaşamaq, ailə qurmaq istəyirik", - Xloya Qrin deyib.
O, hamilə qalandan bəri spirtli içkilər qəbul etmədiyini deyib.
Xloya onu da vurğulayıb ki, Mikslə münasibətlərinə atası Filipp və anası Tina da xeyir-dua verib: "Onlar Cereminin varlı olmadığını, əvvəllər həbs edildiyini bilirlər. Amma Ceremini sevdiyimüçün onunla bəxtəvər olmağımı istəyirlər".
Xloya Qrin və Ceremi Miksin sevgili olmaları ötən ilin yayında, onlar Türkiyədə birlikdə istirahət edəndə fotoları mediada yayılandan sonra bəlli oldu.
Həmin vaxt Ceremi ailəli idi. Daha doğrusu, üç övlad atası olan Ceremi Miks xanımı Melissadan hələ də boşanmayıb.
Zamantv.az