Yasamal sakini ev aldığı MTK-dan narazıdır

12:10 14.04.2018 639
Yasamal sakini ev aldığı MTK-dan narazıdır
Zaur Nəcəfov: “Yeni köçdüyümüz binaya su, elektrik sayğacları çəkilmir, yüksək məbləğdə kommunal xərclər tələb olunur”
Bakı şəhəri, Yasamal rayonu Ə.Haqverdiyev küçəsi 48, mənzil 17-də yaşayan Nəcəfov Zaur Ənvər oğlu redaksiyamıza gələrək şikayətlənib. Bakı sakini bildirib ki, ötən ilin noyabr ayından etibarən adı çəkilən binaya köçsələr də, binanın su, elektrik enerjisi sayğacları çəkilməyib. Buna baxmayaraq binanın komendantı bina sakinlərindən yüksək məbləğdə kommunal ödənişlər tələb edir:

“Problemlə bağlı dəfələrlə aidiyyəti orqanlara, o cümlədən İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə, müraciət etmişəm. Lakin bütün müraciətlərim nəticəsiz qalıb. Yalnız Yasamal Rayon Polis Şöbəsindən bildirilib ki, tikinti obyektinin sifarişçisi Cavid Ağazadə və komendantla bağlı verdiyim şikayət ərizəsinə baxılıb. Bildirilib ki, bu iş məhkəmə aidiyyətli olduğu hüquqlarımın bərpası üçün məhkəməyə müraciət edə bilərəm”.

Şikayətçi məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən də cavab aldığını, lakin bu cavabın onu qane etmədiyini deyib:

“Nazirlikdən mənə bildirilib: ”Yeni tikilən binada binanın idarə edilməsini həyata keçirən qurum tərəfindən mənzillərə elektrik enerjisi və su sayğaclarının quraşdırılmaması, eyni zamanda elektrik enerjisindən və sudan istifadə üzrə ödənilmiş xidmət haqlarına görə ödəniş qəbzlərinin təqdim edilməməsi barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “Qaynar xətti” nə daxil olmuş 30 mart 2018-ci il tarixli müraciətinizə “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun olaraq aidiyyəti üzrə baxılıb.

Bununla əlaqədar olaraq bildiririk ki, müraciətinizi elektrik enerjisindən və sudan istifadə üzrə ödənilmiş xidmət haqlarına görə ödəniş qəbzlərinin təqdim edilməməsi ilə bağı hissəsi mahiyyəti üzrə baxılması üçün “Vətəndaşları müraciəti haqqında” Qanununun 7.10 maddəsinə əsasən aprelin 3-də ASİMDX-05-01 -3-188 nömrəli məktubla aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib".

Həmçinin nazirlikdən bildirilib ki, “Elektroenergetika haqqında” qanunun 8-ci maddəsinə və “Su təchizatı və tullantı suları haqqında” qanunun 23-cü maddəsinin 4-cü hissəsinə əsasən yaşayış binaları o cümlədən mənzillər elektrik xətlərinə, su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilər. Mənzilin suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir.

Nazirlikdən o da bildirilib ki, yalnız fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

Zaur Nəcəfov yaşadığı problemlə bağlı aidiyyəti orqanlardan köməklik istəyib.

Qeyd edək ki, bu məsələdə adı keçən şəxs və ya qurumların da mövqeyini dərc etməyə hazırıq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO