Küçələrdə satılan ucuz əşyalar – saxta mallar, yoxsa endirim...

11:04 5.04.2018 614
Küçələrdə satılan ucuz əşyalar – saxta mallar, yoxsa endirim...
Havalar isindikcə Bakının müxtəlif küçələrində, metro çıxışlarında ticarət edənlərin də sayı artır. Küçə ticarətçiləri adətən xırdavat məhsulları satırlar və qazancları da elə xırda-xuruş olur. Lakin son zamanlar “hər şey 1 manata” şüarı altında Bakıda ticarətlə məşğul olanların sayı xeyli artıb. Bu cür ticarət quranlar 1 manata adətən telefon aksesuarları, qulaqcıqlar, usb naqilləri, müxtəlif ölçülü qənd qabları, boşqablar satırlar. 1 manata hətta kosmetik vasitələr satanların sayı az deyil.

Müşahidə etdik ki, bu cür piştaxtaların qarşısında kifayət qədər müştərilər də olur. İnsanlar ucuz gördükləri əşyaları keyfiyyətinə, istehsal yerinə baxmadan istehlak edirlər.

Bəs bu əşyalar nə üçün bu qədər ucuzdur? Onların insanların sağlıq durumuna mənfi təsiri varmı?

Metro çıxışlarında 5 manata çanta, şalvar, köynək satanlara da rast gəlinir. Onlarla söhbətimiz zamanı bildirdilər ki, əşyaları ucuz alıb, üzərinə də çox az miqdarda vəsait qoyaraq, satışı həyata keçirirlər. Bildirdilər ki, bu məhsulları normal qaydada, gömrükdən keçirərək, gətirirlər. Yəni heç bir qaçaqmal və digər bu kimi halların olması mümkün deyil.

Ekspertlər bildirirlər ki, bu cür kosmetik vasitələr və digər bu kimi malların adətən istifadə müddəti keçdiyi üçün ucuz qiymətə satılır. Ona görə də həmin məhsullar insanların sağlamlığına zərər verə bilər. Bu məhsulların saxtalığını yoxlamaq üçün ekspertlərin fikrincə onları bir qədər ağ dəsmalla sürtmək lazımdır. Əgər rəngi çıxırsa, deməli malın keyfiyyətində problem var. Eyni zamanda qabların üzərində şəkillərin silinməsi və ya standartdan kənar ölçülərlə vurulması da malın saxta olduğuna işarə verir.

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, insanlar bu cür məhsullardan uzaq dursalar yaxşıdır:

“Əslində bütün bu məhsullar Azərbaycana keçirilən zaman qanunvericiliyə görə yoxlanılmalıdır. Həmin məhsulların uyğunluq sertifikatı, istehsalçının zəmanət sertifikatı da olmalıdır. Yəni keyfiyyət göstəricisini əks etdirən bütün sənədlər toplanmalıdır. Başqa halda ölkədə məhsulların gətirilməsi qadağandır. Azərbaycanda bəzi reallıqlar da var. Bu reallıqlardan çıxış edərək demək olar ki, bütün məhsulların gigiyenik sertifikatı, sağlamlıqla, istifadə müddəti ilə bağlı tam yoxlamadan keçməsini də mümkün deyil. Azərbaycanın gömrük orqanları buna heç fiziki olaraq da hazır deyillər. İkincisi də gömrük orqanlarının prioriteti başqa məsələdir. Gətirilən malın hesabatda göstərilən qiymətə uyğun olub-olmamasını yoxlayırlar. Ona görə də təbii ki, gətirilən məhsulların bir hissəsi tam yoxlamadan, sertifikatlaşmadan keçmir. Bu isə nəticə etibarilə qiymətdə ucuz, ancaq keyfiyyətinə heç bir zəmanət verilməyən mal və məhsulların olmasına gətirib çıxarır. İnsanlarımız da qiyməti ucuz gördüyü üçün bu malları alırlar.

Çox adam alıcı satıcıdan heç bir keyfiyyət, sağlamlıqla bağlı sertifikat tələb etmir. Əslində isə qanunla buna da bizim ixtiyarımız var ki, istənilən malın uyğunluq və gigiyenik sertifikatını tələb edək. Bu baş vermir və deməli, bazarda potensial təhlükə ola biləcək malların satılması ehtimalı çox yüksəkdir. Atalar sözü də var ki, ucuz ətin şorbası olmaz. Doğrudan da ucuz məhsullar insanlara olduqca zərərlidir. Həmin mallar heç iqtisadi baxımdan da xeyir gətirmir. Keyfiyyətsiz məhsulları dəfələrlə almaqdansa daha keyfiyyətli, mənşəyi məlum, sağlamlığa ziyan vurmayan malları almaq lazımdır. Keyfiyyətli malı daha uzun zaman istifadə etmək olur. Bu isə iqtisadi baxımdan da irəli düşmək üçün diqqət etmək lazımdır ki, keyfiyyətli mal alasan”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO