MEDİAMIZIN YENİ ERASI…

11:01 26.02.2021 95
MEDİAMIZIN YENİ ERASI…
Bir neçə il bundan əvvəl Avropa Yayım Birliyinin və Norveç Yayımçılarının dəstəyi ilə Azərbaycan Media Mərkəzində keçirilən konfrans və seminarlarda çağdaş media dəyərləri baxımından ölkəmizdə söz və mətbuat azadlığının çiçəklənməsi, onun daha da inkişaf etməsi və fomalaşması istiqamətində görülən “möhtəşəm” işlərdən böyük qürurla danışılırdı. Fərəhlə qeyd olunurdu ki, Azərbaycan mediasının inkişafı ilə bağlı olan narahatlıq doğuran məsələlərin ardıcıl olaraq aradan qaldırılması, ölkə rəhbərliyi tərəfindən KİV-in iqtisadi əsaslarının möhkəmləndirilməsi, media peşəkarlığının yüksəlməsi, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması və s. məsələlərlə bağlı fəal siyasət həyata keçirilir. Amma, uzun illərin təcrübəsi göstərir ki, bu heç də belə deyil. Mən bu fikrimlə medianın inkişafı sahəsində qismən də olsa qazanılmış uğurların üstünə kölgə salmaq istəmirəm. Lakin, onu vurğulamaq istəyirəm ki, bu cür yanaşma, bu cür səthi münasibət və populist çıxışlar medianın inkişafi üçün heç bir zəmin yarada bilməz. Bunun bir çox qlobal səbəbləri var və bəlkə də mənim indi deyəcəyim fikirlər bəzi həmkarlarım üçün qəribə görünə bilər.
Bəs bu nədir?
Bu böyük mənada sevgidir! Vətənə, dövlətə, millətə, torpağa və nəhayət sənətə, peşəyə olan sevgi. Sevdiyin işə səthi, məsuliyyətsiz yanaşmaq olmaz. Necə ki, ikinci vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda əsgərlərimiz böyük həvəslə, böyük sevgiylə, böyük ruhla mübarizəyə atılıb, şəhidlik zirvəsinə ucaldılar!..
Bu,vətənə, dövlətə olan böyük sevgidir!
Jurnalistika da belədir. Onu sevməsən, bütün varlığınla ona bağlanmasan bu sənətə gəlir mənbəyi, ”çörək ağacı” kimi baxacaqsan. Bu sahəyə baxan dövlət qurumlarında çalışan məmurlar da belədir. Vətəni, dövləti, rəhbərlik etdiyi sahəni sevməyəndə milli maraqlar deyil, şəxsi istəklər, şəxsi maraqlar ön plana çəkilib hədəfə alınır və beləliklə də haqq-ədalət, tarazlıq pozulur. Aydınlıq, şəffaflıq itir, rüşvətxorluq və korrupsiya özünün yüksək zirvəsinə ucalır. Odur ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv edilib onun əsasında yeni bir qurum-Medianın İnkişafı Agentliyinin yaradılması zamanın, dövrün tələbi idi. Agentliyin Nizamnaməsində göstərilir və gələcək fəaliyyətinə aydınlıq gətirilir ki, yeni yaradılan qurum medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəsisslər hazırlanması və onların əlavə təhsilinin təşkili, audioviziual, çap, online media subyektlərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kamunikasiya texnologiyalarının və innovasiyalarının tətbiqinin stiumullaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

MEDİAMIZIN YENİ ERASI…

Mən deyərdim ki, bu mediada istər çap, istərsə də online media yeni bir eranın, yeni keyfiyyət mərhələsinin başlanğıcı olacaq. İnanıram ki, bu yeni era, yeni keyfiyyət mərhələsi jurnalistlərin qarşısında daha yeni və daha parlaq üfüqlər açacaq. Dövlət qurumları ilə media arasında əməkdaşlığın genişlənməsinə və məsuliyyət hissinin daha da artırılmasına əsaslı təsir göstərəcək. Açıq danışmaq lazımdır. Hər hansı bir dövlət qurumunun rəhbəri (nazir və ya nazir müavinləri ilə), Baş İdarələrin rəisləri ilə əlaqə yaratmaq, görüşmək və ya danışmaq heç də asan və əl çatan deyil. Bir informasiya almaq və ya dəqiqləşdirmək nə qədər vaxt aparır. Jurnalistikada informasiya mənbələrinə maneəsiz, birbaşa çıxışın çox böyük əhəmiyyəti vardır. Bu da keyfiyyətin və səmərəliliyin artırılmasına çox ciddi təsir göstərir, tərəflər arasındakı narazılıqlar aradan qalxır. Burda bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Bu da difformasiyadır. Yəni şərəf və ləyaqətin alçaldılması məsələsidir. Bəzən hər hansı bir məmuru tənqid etdikdə, dözümsüzlük göstərərək, dərhal şərəf və ləyaqətinin alçaldılması gücü ilə bizləri ittiham edirlər. Bu da uzun çəkişmələrə, məhkəmələrə qədər gedib çıxır. Amma, bu dövlət məmurları unudurlar ki, Azərbaycan Avropa Şurasının üzvüdür və AİHM-nin (Avropa İnsan Haqqları Məhkəməsi) sənədlərində deyilir: ”Mətbuatın vəzifəsi faktlar barədə sadəcə məlumat verməklə məhdudlaşmır, onun vəzifəsi ictimaiiyyəti məlumatlandırmaq və ictimai əhəmiyyətli məsələləri müzakirəsinə şərait yaratmaq üçün faktları və hadisələri şərh etməkdən ibarətdir.”
Avropa ölkələrində ən çox önəm verilən məhz “Yeni media erası”-nın dəyərləri- maneəsiz informasiya əldə edilməsi və yayılması, məlumatın obyektiv və qərəzsiz olması, jurnalist peşəkarlığı və s. məsələlərdir... “Medianın İnkişafı Agentliyi”-nin sənədlərində bu məsələlər öz əksini tapmışdır. Arzu edərdim ki, 2009-cu ildə difformasiya haqqında hazırlanmış yeni qanun layihəsi də tam anlaşıqlı və çevik fəaliyyət göstərəcək, işlək bir şəkildə bura salınardı. Yuxarıda qeyd etdiyim kimi indiki halda bu çox ciddi bir məsələdir və hər bir dövlət məmuru jurnalistlərin müraciətinə və sorğularına məsuliyyətlə yanaşmalıdır. Avropa İnsan Haqqları Məhkəməsinin sənədlərində göstərilən fikri onara xatırladıram:
sitat: ”Jurnalist azadlığı ... mühüm olan dərəcədə şişirtməyə, yaxud hətta, provosiyaya əl atma imkanlarını da əhatə edir. Bu da o deməkdir ki, məsələn: -kütləvi informasiya vasitələri öz məlumatlarını şişirtmək, satirik, yaxud rəngarəng obrazlar vasitəsilə çatdırmaqda azaddırlar.” Bir daha vurğulamaq istəyirəm ki, bizim respublikamız Avropa Şurasının üzvü olduğundan AİHM-nin verdiyi bu imkandan biz jurnalistlərin də bəhrələnmək hüququmuz var. Amma, mənim özüm şəxsən məsələlərin bu həddə çatdırılması düşüncəsindən çox-çox uzağam və hesab edirəm ki, bu bizim mənəvi-əxlaqi dəyərlərimizə uyğun deyil. Ümumuiyyətlə, məsələlərin bu həddə çatdırılmaması üçün hər iki tərəf AİHM-nin və “Azərbaycan Medianın İnkişafı Agentliyi”nin sənədlərində göstərilən qaydalara əməl etməlidir.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin “ Medianın İnkişafı Agentliyi” haqqında danışarkən, dediyi fikrini tamamilə dəstəkliyirəm: -“Medianın əsas vəzifəsi həqiqətə xidmət etməkdir. Agentliyin bütün fəaliyyəti ona yönəlməlidir ki, medialar həqiqətə xidmət etsin.” Bu çox ciddi məsələdir. Etiraf etmək lazımdır ki, bir çox hallarda biz jurnalistlərin maddi maraqları hər şeyi üstələyir. Beləliklə də həqiqətdən uzaqlaşır, mədhiyyəçilərə çevrilirik. Belə olan halda peşəkarlıqdan, sənətdən danışmağa dəyməz. Buna görə də “Medianın İnkişafı Agentliyi”ndən çox böyük gözləntilərimiz var. Biz buna inanırıq. Hesab edirik ki, xələfindən fərqli olaraq jurnalistlər arasında heç bir fərq, heç bir ayrıseçkilik qoymayacaq, haqq-ədalət, düzgünlük, aydınlıq, şəfflıq bütün dəyərlərin və maraqların fövqündə dayanacaq. Necə ki, Agentliyin Nizamnaməsində belə məsələlər bu və ya digər formada öz əksini tapmışdır. Qurumun görəcəyi işlər sırasına media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin media subyektləri və jurnalistlərlə bağlı Agentlik tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi ilə əlaqədar media subyektlərinin və jurnalistlərin hesabatını nəzərdən keçirmək və dəyərləndirmək kimi məsələlər öz əksini tapmışdır. Bütün bunlar çox yaxşıdır. Amma, daha yaxşı olardı ki, Agentlik təsis edilməmişdəm əvvəl mətbuatda geniş müzakirələr aparıla, maraqlı olan hər kəs öz fikir və təkliflərini bildirəydilər. Düşünürəm ki, bu daha əhatəli və effektli olardı.
Məlumdur ki, demokratik cəmiyyətdə, demokratik sistemdə medianın iki əsas funksiyası var: müzakirə platformasının təmin edilməsi və nəzarətçi rolunda çıxış.
Birinci halda hər kəsin səsinin eşidilməsi, təmin olunan ictimai müzakirələrin aparılması və media siyası müzakirələrdə yalnız rəsmi şəxslərin və hökumət nümayələrinin deyil, həmçinin müxalif fikirli insanların da dəvət olunmasının təşkil edilməsi və ikinci halda isə medianın nəzarətçi olmaq funksiyasıdır. Mediaya 4-cü hakimiyyət deyəndə məhz bu funksya nəzərdə tutulur. Arzu edərdim ki, bizdə də belə olsun. Yəni media mənsublarının, jurnalistlərin hökumət rəsmilərinin fəaliyyətini izləmək və vəzifəli şəxslərin nöqsanlarını, həyata keçirdikləri qanun pozuntularını müəyyən etmək, aşkarlamaq imkanları olsun. Təbii ki, bizdə medianın nəzarətçi funksiyasına sahib olması çətin məsələdir. Amma, bir halda ki, söhbət medianın inkişafından, onun Avropa standartları səviyyəsinə yüksəlməsindən gedir, biz buna nail olmalıyıq. Bizim dünyaya çıxışımız, ölkədə baş vermiş hadisələri dünya ictimaiyyətinə çatdırmaq imkanlarımız olduqca zəifdir və mən deyərdim ki, heç yox səviyyəsindədir. Onda biz nəyi və kimi gözləyirik?
Bizim görəcəyimiz işləri heç kim bizim əvzimizə etməyəcək! Gözlərimizin qarşısında ölkədə nələr baş verir? Cənab prezident inanıb vəzifəyə təyin etdiyi adamların mütləq əksəriyyəti, mən deyərdim bəlkə də hamısı öz şəxsi maraqları, öz şəxsi manafeləri üçün çalışır. Milli və dövlət maraqları onları qətiyyən maraqlandırmır. İndiyə qədər elə bir hadisənin şahidi olmadıq ki, vəzifəsindən azad olunan hansısa səlahiyyət sahiblərinin altından milyonlar, milyardlar çıxmasın. Əgər medianın vaxtında onları İzləmək, aşkarlamaq və nəzarət etmək səlahiyyətləri özlərinə verilsəydi axırı belə alınmazdı. Nəticədə xalqa, dövlətə bu qədər ziyan dəyməzdi...

MEDİAMIZIN YENİ ERASI…

Mən öz fikirlərimi, təkliflərimi ayrıca bir konsepsiya şəklində yazıb, “Medianın İnkişafı Agentliyi”nə göndərəcəyim üçün indi oxucularımızın vaxtını almaq istəmirəm. Nəticədə yenə o fikrimin üstünə gəlirəm ki, hər şeydən öncə xalqa, millətə, dövlətə, vətənə, sənətə, peşəyə sevgi lazımdır. Sevgi olmayan yerdə uğurdan, qələbədən danışmağa dəyməz. Sevgi olmayan yerdə vətənin malını, sərvətini, milyonlarını, milyardlarını yığmalayarlar. Necə ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icracı direktoru başda olmaqla inanıb, etibar edilib, vəzifəyə təyin olunanların hamısı bunu edirlər...

Dogruxeber.az İnformasiya Portalının rəhbəri
Kamal Əsgərov
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:11

Prezident İlham Əliyev: “İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşır”

18:44

Rövşən Rzayevin tender oyunları - “Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir?

18:41

“Ümid edirəm ki, gələn ildən məcburi köçkünlərin geri qaytarılmasına başlanacaq” - Azərbaycan Prezidenti

18:37

Bu tarixdə "Fəryad-2" filminin çəkilişlərinə başlanılacaq - RƏSMİ

18:29

"Niyə də İrəvana qayıtmayaq?" - İlham Əliyevdən düşmən ölkəni silkələyəcək sözlər

18:27

Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir

18:23

Ramazan ayı başlayır: Bu gecə niyyət gecəsidir

18:18

Qəbul imtahanları ilə bağlı mühüm - Açıqlama

18:15

Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir?

18:11

İlham Əliyev “İsgəndər” qalıqlarının niyə gec tapıldığını açıqladı

18:08

Deputat “Şəhid anası” medalı ilə bağlı məsələni gündəmə gətirib

18:06

Maaşından pul tutulanlara VACİB XƏBƏR

22:19

13.04.2021 GÜNDƏLİK BÜRCLƏR (13 APREL 2021 GÜNLÜK BÜRCLƏR)

22:16

Uşaqlarda koronavirusun əlamətləri - AÇIQLAMA

22:15

İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi

22:13

Ramazan ayında bu qadağalar tətbiq oluna bilər - VACİB AÇIQLAMA

22:11

Azərbaycanda pandemiya bu tarixdə BİTƏ BİLƏR - AÇIQLAMA

21:58

Cənab nazir, tarix müəllimi bələdiyyə sədri seçiləndən məktəbin yolunu unudub- CƏLİLABADDA

21:54

Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?

21:51

Nahid Bağırov şəkil çəkdirir, Turizm Agentliyi bəhanələr gətirir, “Kapitalbank” isə… – Qazi qardaşlar ölkə başçısına müraciət etdi

21:45

Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək

21:43

DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA

21:41

Prezident SƏRƏNCAM İMZALADI

21:39

Bakının Nobel prospektinin adı dəyişdirildi

21:36

Leyla Əliyevanın "Tanrının səsini eşitmək istəyirəm" şeir kitabının təqdimatı olub - FOTO

21:32

Prezident İlham Əliyev: “Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilmədi”

21:29

GDU-da plagiat qalmaqalı

21:27

Astaranın icra başçısı belə arxayınlaşıb ki... - Şikayətçiləri də qəbul etmir...

21:26

“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?

23:38

Müddətli hərbi qulluqçular ordudan nə zaman tərxis ediləcəklər? – Ekspert tarixi açıqladı

23:33

Rus ordusunun bölgədəki şübhəli fəallığı - Müdafiə naziri xəbərdarlıq etdi

23:30

Vəkil iş adamının yarım milyonunu, əmlaklarını ələ keçirib?

23:26

On milyonlarla pul ayrıldı, nəticə: Neftçala ekoloji fəlakətlə üz-üzə...

23:23

Fəxrəddin Altun: “Bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”