Rəsul Quliyev: “Erməni xalqı səninlə birlikdə qəbirə getmək fikirində deyil”

10:01 15.10.2020 373
Rəsul Quliyev: “Erməni xalqı səninlə birlikdə qəbirə getmək fikirində deyil”
Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın son çıxışını təhlil edərək çox da uzaq olmayan keçmişdən nümunələr gətirib, ona xəbərdarlıq edib.

Sabiq spiker erməni səfehliyinin köklərinin əsrlər öncəyə qədər gedib çıxdığını sübutlarla göstərib:

"Ermənistan və ya erməni əsilli siyasətçilər heç vaxt normal ağıl sahibi olmayıblar. Hər halda onların ağızları köpüklənə-köpüklənə 2000 illik tarixlərinin olduğunu iddia etdikləri müddət ərzində bir ağıllı siyasətçiyə rast gəlmək mümkün deyildir. Ərəb xilafəti yaranana qədər yarısı Sasani, yarısı Roma imperiyasının "altında" olan, iki yerə ayrılmış Ermənistan 100 illərlə bir-birinə qarşı vuruşub. 1990-cı illərdə Argentinada erməni əsilli birini prezident seçdilər. Bu adam havadan kredit vermək - “moşşenik” siyasətini Argentina reforması adlandırdı. Rusiya Federasiyası bu reformalardan istifadə etmək üçün böyük bir nümayəndə heyətini Argentinaya göndərdi. Ancaq tətbiq etməyə vaxt tapmadılar, çünki reforma Argentina iqtisadiyyatını darmadağın etdi... O vaxtdan bu günə qədər Argentina iqtisadiyyatı yarıölü vəziyyətdədir.

1980-cı illərdə erməni əsilli bir dəli Livanın prezidenti oldu. İsrail bu ölkəyə qaçmış Ərəfatın silahlı terroristlərinin ardınca Livana girdi və işğal etdi. ABŞ-ın terrorist təşkilat adlandırdığı, sovetin yaratdığı erməni "ASALA" təşkilatı məhv edildi. Türkiyənin yaxası bu terroristlərdən qurtardı. İndi Paşinyan ermənilərin, onların apardığı siyasətin nəticələrini araşdırmaq istəmir və verdiyi bəyanatları ilə bu ölkəni məhvə aparır. Bu adam Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyıb, onunla hərbi saziş imzalamaq istəyir. Fransa kimi (çox zəif və özündən müştəbeh prezident Makron) ölkəni də erməni lobbisindən istifadə etməklə Dağlıq Qarabağı tanımağa çağırır."

Rəsul Quliyev hesab edir ki, Ermənistan Fransanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırmaqla Rusiyanı müharibəyə cəlb etmək istəyir:

"Mən inanmıram ki, Fransa belə bir addım ata bilər. Dağlıq Qarabağı tanımaqla faktiki Ermənistan birbaşa Azərbaycana müharibə elan edir və müqavilədən istifadə edərək Rusiyanı bu müharibəyə cəlb etmək istəyir. Rusiya, fikrimcə, heç vaxt belə bir avantyuraya getməz. Digər tərəfdən isə Türkiyə Azərbaycanla hərbi müqavilə bağlamağa hazırdır. Eyni zamanda Türkiyə 1921-ci il Rusiya ilə bağladığı Qars müqaviləsinin hansısa bir maddəsinə əsaslanıb müharibəyə qoşula bilər.

Paşinyan unudub ki, Naxçıvan Azərbaycanın bir hissəsidir. Azərbaycan Naxçıvanın sərhədlərini keçilməz qalaya çevirib. Raket kompleksləri ilə təchiz edilmiş Naxçıvandan Yerevana 1 saat ərzində (maksimum 80 km-lik bir məsafəyə) yüzlərlə ağır mərmi yağdırıla bilər. Bu zonada Rusiya heç vaxt Türkiyə ilə müharibə aparmağa risk etməz! Buna hər kəs əmin olsun. Birincisi, Ermənistanda olan bazası çox qısa bir müddətdə məhv edilər. İkincisi, Suriyada olan bütün bazaları dağıdılar. Üçüncüsü isə Qara və Aralıq dənizində rusların zəif dəniz donanması darmadağın olar.

Ruslar belə bir ağılsız addımı atarsa, Avropa və ABŞ onlara qarşı olacaq və NATO-nun üzvü Türkiyəni dəstəkləyəcək."

Rəsul Quliyev deyib ki, Nikol Paşinyan xalqın qarşısına çıxıb üzr istəməli və istefa verməlidir:

"Reallıq budur cənab Paşinyan! Sən əgər həmişəki kimi erməni siyasətçilərin ağıldan kəm olduğunu sübut etmək istəyirsənsə, bu addımı at. Aydındır ki, bu siyasətinlə sən hakimiyyətini saxlamaq istəyirsən. Bu mümkün deyil. Erməni xalqı səninlə birlikdə qəbirə getmək fikirində deyil! Xalqına xidmət etmək istəyirsənsə, qoşunlarınızı işğal etdiyiniz Azərbaycan torpaqlarından çıxar, çıx, xalqın qarşısında üzr istə və istefa ver, get! Azərbaycan Dağlıq Qarabağda bir erməninin də burnunu qanatmayacaq”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO