Kürdəmir rayonunda azyaşlı uşağı ilan sancıb.
Hadisə rayonun Şilyan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 4 yaşlı Əhmədova Nur Rəvan qızı həyətyani sahədə oynayarkən onu ilan sancıb.
Yaxınlarının köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Azyaşlıya ilan zəhəri əleyhinə zərdab vurulub.
Fakt araşdırılır. (report
Zamantv.az